Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:38

İki həftədə Qazaxıstana 200 min rusiyalı gedib


Rusiya-Qazaxıstan sərhədi
Rusiya-Qazaxıstan sərhədi

Media Rusiya-Qazaxıstan sərhədində səfərbərlikdən qaçanların bir neçə kilometrlərlə uzanan növbələr yaratdığını yazır

Rusiyada qismən səfərbərlik elan ediləndən bəri Qazaxıstana 200 mindən çox rusiyalı gedib. Bunu Qazaxıstanın Daxili işlər naziri Marat Axmetjanov deyir.

Nazir elə həmin müddətdə ölkəni 147 min rusiyalının tərk etdiyini sözlərinə əlavə edib.

Axmetjanovun dediyinə görə, Qazaxıstandan 7 rusiyalı deportasiya olunub. Onlardan üçü sərhədi qanunsuz keçib, dördü isə Uralda xırda xuliqanlıq törədib.

Qazaxıstan DİN bir həftə öncə bildirmişdi ki, ölkəyə 98 min rusiyalı girib, 64 mini isə çıxıb.

Səfərbərlikdən qaçanlar təhvil verilməyəcək

Prezident Kasım Jomart Tokayev rusiyalıların kütləvi axını fonunda Rusiya hakimiyyəti ilə danışıqlara hazır olduğunu bildirib. DİN başçısı vəd edib ki, Qazaxıstan səfərbərliklədn yayınan, beynəlxalq axtarışa verilməyən Rusiya vətəndaşlarını təhvil verməyəcək.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də qismən səfərbərlik elan edəndən ölkəni tərk etmək istəyənlərin sayı kəskin artıb. Onların ən çox üz tutduqları ölkələrdən biri Qazaxıstandır, çünki bu ölkəyə giriş üçün nəinki viza, heç xarici pasport da tələb olunmur.

Media Rusiya-Qazaxıstan sərhədində səfərbərlikdən qaçanların bir neçə kilometrlərlə uzanan növbələr yaratdığını yazır.

Rusiyalıların kütləvi köçü Qazaxıstanda kirayə ev qıtlığı yaradıb, qiymətləri qaldırıb.

XS
SM
MD
LG