Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:01

Dağıstanda səfərbərliyə çağrılanların ‘90%-i kumıklardır. O biri millətlərə nə olub?’


Rusiyadakı türk xalqlarını Ukraynadakı müharibəyə belə aparırlar
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Rusiyadakı türk xalqlarını Ukraynadakı müharibəyə belə aparırlar

Yerli hökumət mediası səfərbərliyə etiraz edənləri islamçı ekstremist və qorxaq kimi qələmə verməyə çalışır


Prezident Vladimir Putinin sentyabrın 21-də qonşu Ukraynaya qarşı başladığı müharibədə canlı qüvvəsini artırmaq məqsədilə səfərbərlik elanından sonra Rusiyanın bir çox şəhər və kəndlərində etirazlar baş qaldırıb. Dağıstan ən sürətli, ən böyük və qətiyyətli etirazlarla dünya mətbuatının gündəminə gəlib.

Qumuqlar

"Son nəfəsimizə qədər mübarizə aparacağıq”, – Babayurt rayonundakı etiraz aksiyasının iştirakçılarından biri deyir.

Sentyabrın 22-də Babayurt rayonunun sakinləri federal magistral yolu bağlayıblar. Eyni ərazidə başqa bir qrup yerli hərbi komissarlıqda hərbi heyətlə dalaşıb. Növbəti günlər ərzində qəzəbli etirazlar yaxınlıqdakı Xasavyurt rayonunun Endirey kəndinə, daha sonra Dağıstanın paytaxtı Mahaçqalaya yayılıb.

Babayurt və Xasavyurt rayonlarının əhalisi əsasən türkdilli müsəlman kumıklardan ibarətdir (onlar özlərinə “qumuqlar” deyirlər). Sayları 500 minə yaxındır, son illər xeyli artıb.

Dağıstanda onlarla etnik qrup yaşayır.

“Onlar başa düşürlər ki, geri qayıtsalar...”

"Bu rayonlardan artıq çox sayda əsgər gedib. Çox sayda kumık müharibədə olub. Bəziləri müharibədə ölüb. Döyüşməkdən imtina edən kişilərin də sayı çoxdur. Bəziləri müharibədən yenicə qayıdıb, indi də təzədən səfərbərliyə cəlb olunur. Onlar başa düşürlər ki, geri qayıtsalar, onlar üçün çox çətin olacaq. Anaları, həyat yoldaşları və bacıları bunun necə bitəcəyini çox yaxşı bilirlər. Buna görə də münaqişə qaçılmazdır”, – “Azad Rusiya” Fondunun Şimali Qafqazda etnik araşdırmalar üzrə mütəxəssisi Denis Sokolov deyir.

Sokolovun sözlərinə görə, səfərbərlik ətrafındakı həyəcan kumıklarla avarlar arasında gərginliyi artırıb.

“Babayurt və Xasavyurtda avarlarla kumıkların sayı demək olar eynidir. Ancaq icra hakimiyyətlərində, hüquq-mühafizə orqanlarında və təhlükəsizlik qurumlarında çoxlu avar var”, – deyə Sokolov AzadlıqRadiosunun “Idel.Realities” layihəsinə izah edib. Onun sözlərinə görə, ortada artıq siyasi məcraya keçmiş ərazi münaqişəsi var.

Müharibədən yenicə gələnlər də çağırılır

“Hər kəs başa düşür ki, səfərbərlik insanları müharibəyə göndərmək deməkdir. Hərbi komissarlıq avarlardan ibarətdirsə, səfərbərliyə də kumıklar cəlb olunursa, bu, gərginliyi artırır”, – Sokolov deyir.

AzadlıqRadiosu kumıkların səfərbərlik yolu ilə hədəfə alınması haqda suallarla hər iki rayonun rəhbərliyinə müraciət edib. Ancaq onlar suallara cavab verməyiblər.

8 min nəfər əhalisi olan Endirey Xasavyurt rayonunun ən böyük kəndlərindən biridir. Sentyabrın 25-də sosial mediada yayılan videolarda 100-dən çox adamın qəzəbli nümayişlərdə iştirak etdiyini, polisin havaya atəş açdığını görmək olur. Yerli media 110 nəfərədək endireyliyə hərbi çağırış vərəqəsi gəldiyini bildirir. Onların arasında Ukrayna müharibəsindən yenicə gələnlər də var.

Səfərbərliyə dəstək nümayişləri

Bir neçə gün sonra Endirey sakinləri sosial mediada rayon rəhbərliyinin orta məktəb müəllimləri və dövlət qurumlarının işçilərinə səfərbərliyə dəstək nümayişlərinə qatılmaq əmri verdiyini bildiriblər. Endireydəki 2 saylı məktəbin direktoru Muratbek Aydemirov nümayiş zamanı AzadlıqRadiosuna danışaraq səfərbərliyi dəstəklədiyini və özünün də “ana vətən uğrunda döyüşmək üçün” Ukraynaya gedəcəyini deyib.

Aydemirov heç bir dəlil göstərmədən deyib ki, Endireydə səfərbərliyə qarşı nümayişi yerli sakinlər yox, kənardan gələnlər təşkil edib.

“Zona Kavkaza” adlı “Telegram” kanalı sentyabrın 28-də yazıb ki, səfərbərliyə dəstək nümayişlərinin tez-tələsik təşkilində məqsəd Dağıstan rəhbəri Sergey Melikovun "respublikada vəziyyətə nəzarət etdiyini, Putin və partiyanın siyasətini həyata keçirdiyini” göstərmək olub.

Laçından çıxmış erməni ailələr vətənlərində kirayə pulunu ciblərindən verirlər
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

“O biri millətlərə nə oldu?”

Eyni zamanda yerli hökumət mediası səfərbərliyə etiraz edənləri islamçı ekstremist və qorxaq kimi qələmə verməyə çalışır.

"Ancaq bütün normal adamlar bizim niyə küçələrə çıxdığımızı bilir. …Çağrılanların 90%-i kumıklardır. O biri millətlərə nə olub? Onlara dəymirlər”, – Babayurtdan olan bir etirazçı deyib. O əlavə edib ki, hərbi komissarlıq onu çağırsa getməyəcək, çünki “gedib vuruşmaq və Putin üçün ölmək” fikrində deyil.

Hökumətyönlü “Eurasia Daily” saytı sentyabrın 27-də Dövlət Dumasının Dağıstandan seçilmiş deputatı Biisultan Xamzayevə istinadən yazıb ki, Dağıstanda səfərbərliyə etirazları "Kiyev və Vaşinqton" təşkil edib. Xamzayev deyib ki, etirazçılar "cihadçılar" və "antirus kumık millətçiləridir" və I Pyotr zamanından bəri Türkiyədən təlimat alaraq Rusiyaya qarşı cihad edirlər. Ancaq o bu iddialarla bağlı hər hansı dəlil və ya açıqlama verməyib.

XS
SM
MD
LG