Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:27

Leyla Əliyevanın Azərbaycanda neçə investisiya şirkəti var? [araşdırma]


Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva. 10may2017
Birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva. 10may2017

Bugünlərdə Maliyyə Bazarlarına Nəzarət Palatası «Xalq Kapital İnvestisiya Şirkəti» QSC-yə lisenziya verməklə, ölkədəki investisiya şirkətlərinin sayı 7-yə çatdı. Bu hadisəni normal qarşılamaq olardı, bir ciddi nüans olmasaydı.

Məsələ bundadır ki, «Qiymətli kağızlar bazarı haqqında» qanun bir şəxsin birdən artıq investisiya şirkətinə sahibliyini qadağan edir. Bundan öncə lisenziya almış investisiya şirkətlərindən birinin sahiblərindən biri həm də «Xalq Kapital İŞ» QSC-yə nəzarət edir. Söhbət «Paşa Kapital İnvestisiya Şirkəti» QSC-dən və onun sahiblərindən biri olan Leyla Əliyevadan – prezident İlham Əliyevin böyük qızından gedir.

Buna da bax: Bazara Leyla Əliyeva ilə bağlı yeni investisiya şirkəti girir

«PAŞA» VƏ «XALQ»

Həm «Paşa Kapital İŞ»də, həm də «Xalq Kapital İŞ»də Leyla Əliyeva 50 faiz və daha çox paya sahibdir.

«Paşa Kapital İŞ»in maliyyə hesabatına əsasən, onun təsisçisi və səhmlərinin 100 faizinin mülkiyyətçisi «Paşa Holdinq» MMC-dir. «Paşa Holdinq»in sahibləri haqqında məlumatı isə bu holdinqə daxil olan «Paşa Bank» ASC-nin Gürcüstanda 100 faizli törəmə bankı olan «Paşa Bank Gürcüstan» ASC-nin maliyyə hesabatından əldə etmək olur (səhifə 9).

Buna da bax: Əliyevlər devalvasiyadan milyonlar qazandılar [araşdırma]

Burada qeyd olunur ki, «Paşa Bank Gürcüstan»ın təsisçiləri Azərbaycandakı «Paşa Bank»dır, sonuc olaraq sahiblik iki nəfərin – prezidentin qızları Leyla və Arzu Əliyevaların əlində cəmləşib. Azərbaycandakı «Paşa Bank»ın da əsas sahibi «Paşa Holdinq»dir (60%). Arzu və Leyla Əliyevaların seçici kimi qeydiyyatda olduğu ünvanda qeydiyyatdan keçmiş «Ador LTD» 30 faizə, Arif Paşayev isə 10 faizə malikdir. Gürcüstan və Azərbaycandakı payların bölgüsü onu göstərir ki, Leyla və Arzu Əliyevalar «Paşa Holdinq»in tam sahibləridir.

Buna da bax: Yastıq altında pulu olan bunu oxusun

«Xalq Bank» ASC maliyyə hesabatında bildirir ki, onun törəmə şirkətləri arasında «Xalq Kapital İŞ» QSC də var. Bank şirkətin yeganə təsisçisidir. Bankın özünə gəlincə, onun üç təsisçisi var. Bunlar «Port Baku Towers» iş mərkəzində yerləşən «İdeal Business Ko» MMC (50 faiz), «Yevro Standart» MMC (33.85 faiz) və «Amal Invest Group» MMC-dir (16.15 faiz). Bankın maliyyə hesabatında ona son nəzarət edən tərəfin Leyla Əliyeva olduğu yazılır.

Buna da bax:​ Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

«Xalq Bank» ASC-nin maliyyə hesabatından

Buna da bax: Sahibi olan və sahibi bilinməyən Azərbaycan bankları [araşdırma]

Beləliklə, həm «Paşa Kapital İŞ», həm də «Xalq Kapital İŞ»də Leyla Əliyeva dolayısıyla 50 faiz və daha çox paya sahibdir.

NƏ BİRBAŞA, NƏ DOLAYISIYLA

«Qiymətli kağızlar bazarı haqqında» Qanunun lisenziyalaşdırmaya dair tələbləri tənzimləyən 62.1-ci maddəsində deyilir:

Buna da bax: 2016-da Azadlıq Radiosunun Youtube-da ən çox baxılan videoları [top-10]

«Eyni şəxs Azərbaycan Respublikasında birdən artıq investisiya şirkətinin fəaliyyəti üzrə lisenziyaya malik olan şəxsin səhmlərinin nəzarət zərfinə (50 faiz və yuxarı həddi) birbaşa və ya dolayı yolla sahibi ola bilməz».

Maliyyə Bazarlarına Nəzarət Palatası qanunun bu normasının «Xalq Kapital İŞ» QSC-yə nə dərəcədə aid olması, eləcə də lisenziya verilməsi öncəsi mərhələdə bu məqamın araşdırılıb-araşdırılmadığı ilə bağlı informasiya sorğusuna cavab verməyib.

Buna da bax: Paşa Holdinq haqda bilmədikləriniz

Əkrəm Həsənov
Əkrəm Həsənov

«Paşa Bank Gürcüstan»ın təsisçiləri Azərbaycandakı «Paşa Bank»dır, sonuc olaraq sahiblik iki nəfərin – prezidentin qızları Leyla və Arzu Əliyevaların əlində cəmləşib.

Bəs hüquqşünasların bu məsələyə dair mövqeyi nədir? Ekspert Əkrəm Həsənov deyir ki, əgər səhmdarların pay bölgüsü qeyd olunan kimidirsə, «Xalq Kapital İnvestisiya Şirkəti» QSC-yə investisiya şirkəti lisenziyasının verilməsi pozuntu olaraq dəyərləndirilə bilər:

«Amma düşünmürəm ki, Palata belə sadə səhvə yol vermiş olsun. Həmin şirkətlərdə payların hansı həcmdə kimə mənsub olmasını aydınlaşdırmaq lazımdır. Təəssüf ki, Azərbaycanda bu məlumat kommersiya sirridir».

Buna da bax: Bə Vircin adaları?

SAHİBİN KİMLİYİNİ TƏHLİL ETMƏYİBLƏR

Bunu «Xalq Kapital İnvestisiya Şirkəti» QSC-nin direktoru Tural Bayramov AzadlıqRadiosu-na lisenziyanın alınmasının qanuna uyğunluğu məsələsinə münasibətdə bildirib. Onun fikrincə, qanun lisenziyalaşdırılan şəxsin yekun sahibləri ilə bağlı yox, birbaşa sahiblərinin kimliyinə məhdudiyyət qoyur. O əlavə edib ki, MBNP şirkətin yekun sahibinin kimliyini təhlil etməyib.

«Xalq Kapital İŞ» QSC 2007-ci ildə yaradılmış «Xalq Broker» MMC-nin çevrilməsi nəticəsində 2015-ci ildə qurulub. Onun nizamnamə kapitalı 420 min manatdır. Şirkətin yeni lisenziya almasının yubanmasını T.Bayramov əməkdaşlara ixtisas şəhadətnaməsinin verilməsinin və müəyyən sənədlərin Palatada dəqiqləşdirilməsinin çox zaman alması ilə əlaqələndirib.

Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Qeyd edək ki, Palata yarananadək investisiya şirkəti fəaliyyətinə lisenziyanı «ASAN Xidmət» vasitəsilə İqtisadiyyat Nazirliyi verirdi. Palata publik hüquqi şəxs statusu ilə 2015-ci ildə fəaliyyətə başlayandan bəri bir lisenziya («PSG Kapital İŞ» QSC) verib.

MBNP «Xalq Kapital İnvestisiya Şirkəti» QSC-nin lisenziyalaşdırıldığını iyunun 14-də elan etsə də, şirkətin direktoru T.Bayramov lisenziyanın hələ onlara təqdim edilmədiyini bildirib.

XS
SM
MD
LG