Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:14

Rusiyada səfərbərlik: təmizlik işinə də miqrant, orduya da?


Rusiya polisi qırğız miqrantın sənədlərini yoxlayır, arxiv fotosu
Rusiya polisi qırğız miqrantın sənədlərini yoxlayır, arxiv fotosu

Orta asiyalı miqrantlar Moskvanın çirkli işlərini görməyə öyrəşiblər. Hər il Orta Asiya ölkələrinin yüzminlərlə vətəndaşı Rusiyanın paytaxtına gedərək orada süpürgəçi, təmizlikçi, tikinti işçisi kimi işlərdə çalışır. Onlar xidmət sektorunda çalışanların əsas hissəsini təşkil edirlər. Bunlar yerli rusların görmək istəmədiyi işlərdir.

İndi isə Rusiyanın Ukraynada apardığı müharibə fonunda Dövlət Dumasının qəbul edə biləcəyi bir düzəlişlə insanlara Rusiya vətəndaşlığına “sadələşdirilmiş” sürətli keçid verilə bilər. Ancaq bunun əvəzində onlar “Rusiya Federasiyasının silahlı qüvvələrində, digər qüvvələrində və ya hərbi birləşmələrində” bir illik hərbi xidmət keçməlidirlər.

Qanunvericilikdə dəyişikliklə bağlı bu təklif Putinin sentyabrın 21-də qismən hərbi səfərbərlik elan etməsindən bir gün sonra səsləndirilməyə başlayıb. Səfərbərlik elanı və prezident sərəncamının çox şeyi izah etməməsi nəticəsində ölkədə ciddi panika meydana gəlib. Rusiyadan təyyarə uçuşlarının qiyməti həddindən artıq yüksəlib. Müharibənin ilk həftələrində belə bir hal müşahidə olunmurdu.

Rusiyadakı azərbaycanlılar səfərbərlik haqda: ‘Böyük narahatıq var’
Gözlə

No media source currently available

0:00 0:15:56 0:00

"Mogilizatsiya"

Səfərbərliyin elan olunduğu günün sonunadək Moskva, Sankt-Peterburq və ölkənin 30-dan çox digər şəhərində keçirilən etiraz aksiyalarında 1300 nəfərdən çox adam saxlanıb. Bu aksiyalarda bir çox iştirakçılar əllərində Ukrayna bayrağı rənglərində plakatlar tutublar. Etirazçılar "Səfərbərliyə yox!" və "Putinsiz Rusiya" kimi şüarlar da səsləndiriblər.

İnternet istifadəçiləri isə “mobilizatsiya” sözünü "mogilizatsiya" (“mogila” (qəbir) sözündən – tərc.) ilə əvəz ediblər.

Rusiya Müdafiə naziri Sergey Şoyqu ordunun şəxsi heyətində itkilərlə bağlı mart ayından bəri ilk rəsmi açıqlamasında müharibədə 5937 nəfərin öldüyünü deyib. Qərb hökumətləri isə 15 mindən 30 minədək itkiylə bağlı rəqəmlər səsləndirirlər.

Səfərbərlik elanının xüsusən də Moskva kimi şəhərlərdə olduqca mənfi qarşılanması bir daha ölən əsgərlərin böyük əksəriyyətinin ölkənin ucqar və yoxsul bölgələrindən olması faktını anlamağa imkan verir. Bu əsgərlərin çoxu etnik ruslar deyil.

Hüquq müdafiəçisi: "Hökumət itkilərin miqyasını gizlətməyə çalışır"
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

İmkanlı rusları səfərbərlikdən qurtarmaq

Miqrasiya tədqiqatçısı Yan Matuseviç deyir ki, hökumətin miqrantlara üz tutması xüsusən də Moskva və Sankt-Peterburqdan olan imkanlı rusları səfərbərlikdən qurtarmaq məqsədi daşıyır. Bu siyasət iri şəhərlərdə imkanlı ruslara toxunmadan səfərbərlik sayını artırmağa imkan verə bilər.

Moskva meri Sergey Sobyanin prezidentin sərəncamından az sonra öz şəxsi səhifəsində Saxarovo miqrasiya mərkəzində "xarici vətəndaşların hərbi xidmətə cəlb edilməsinin təşkili ilə bağlı Rusiya Müdafiə nazirliyini dəstəkləmək üçün infrastrukturun” yaradıldığını yazıb.

Həm Putin, həm də Şoyqu bildiriblər ki, bu səfərbərlik ilk növbədə uyğun döyüş təcrübəsi olan ehtiyat əsgərləri hədəfə alır. Ancaq onların bu kimi bəyanatları az təlim görmüş kişilərin cəbhəyə göndəriləcəyi ilə bağlı narahatlıqları aradan qaldırmayacaq.

Kreml dəfələrlə orduya yeni çağırılanların Ukraynaya göndərilməyəcəyini deyib. Ancaq əslində, çağırışda olan əsgərlərin orduya göndərildiyi hallar az deyil.

Rusiya pasportu

İşadamı və Rusiyada Qırğızıstandan olan miqrantların diaspora lideri kimi tanınan Azamat Adılqaziyev AzadlıqRadiosuna deyib ki, onun həmvətənləri, “xüsusən də gənclər bir qədər panika içindədirlər”. Onun sözlərinə görə, bəziləri təyyarə biletlərinin bu qədər baha olmasına rəğmən ölkəni tərk etməyə tələsirlər. O əlavə edib ki, ölkədən çıxanların çoxu artıq Rusiya vətəndaşlığı ala bilmiş qırğızlardır.

O deyib ki, vətəndaşlıq ala bilməyənlər üçünsə hərbi xidmət müqabilində Rusiya pasportu cəlbedici ola bilər. Çünki Rusiya pasportu almaq asan olmaya bilər. Bunun üçün bəzən “iki il ora-bura qaçmaq” lazım gəlir.

"Nə qədər adam yazılacaq? Saxarovoda növbə görməyənədək bunu demək mümkün deyil. Ancaq müəyyən qədər maraq və bunun nəticələrini anlamayan çoxlu insan var”, – Adılqaziyev söyləyir.

Özbəkistan

Orta asiyalı miqrantların böyük əksəriyyəti üç ölkədəndir: Qırğızıstan, Tacikistan və Özbəkistan.

Hər üç dövlət Rusiyaya siyasi loyallığı ilə seçilir. Bununla yanaşı bu dövlətlər Rusiya və Belarusa qarşı beynəlxalq sanksiyalara önəm verdiklərindən öz vətəndaşlarına qanunları pozaraq xarici müharibədə iştirak edənləri həbs cəzası gözlədiyi haqda xəbərdarlıq ediblər.

Özbəkistanın Baş Prokuroru sentyabrın 22-də xarici müharibədə iştirak etməyə görə 5 və 10 il arasında həbs cəzası nəzərdə tutulduğunu bəyan edib.

Rəsmi Rusiya statistikasına görə, bu ilin ikinci rübündə Orta Asiyadan Rusiyaya işləməyə gələnlərin tən yarısı, yəni 1,54 milyon nəfəri Özbəkistan vətəndaşlarıdır.

Ermənistan dronlara qarşı yeni imkanları nəzərdən keçirir
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

500 minədək qırğızıstanlı

Qonşu Qırğızıstanın Moskvadakı səfirliyi isə eyni gündə xarici müharibələrdə döyüşməyə görə “10 ilədək” həbs cəzası nəzərdə tutulduğunu bəyan edib.

Qırğızıstanın keçmiş Baş naziri Feliks Kulov hökuməti artıq Rusiya pasportu alan və buna görə səfərbərliyə məruz qala biləcək 500 minədək Qırğızıstan doğumlu həmvətəninə kömək etməyə çağırıb.

"Bu insanların hərbi xidmətə çağırılması onların yaxınlarına mənfi, hətta faciəvi təsir göstərəcək. Onlar yaxınlarının yeganə gəlir gətirənidir”, – Kulov yazıb.

Qırğızıstan rəsmən Rusiya ilə ikili vətəndaşlığı qəbul etməsə də, praktikada bir çox vətəndaşlar hər iki ölkənin pasportuna sahibdirlər.

Tacikistan hökuməti də sentyabrın 22-də bəyanatında xaricdəki hərbi fəaliyyətlərdə iştirak edənlərə qarşı "cinayət məsuliyyətinin” nəzərdə tutulduğunu bildirib.

Ukraynaya muzdlu döyüşçü kimi göndərilən Orta asiyalıların dəqiq sayı bəlli deyil. Ukrayna Baş qərargahının mətbuat katibi Oleksandr Ştupun sentyabrın 10-da Moskvanı sosial media qrupları vasitəsilə “Qırğızıstan Respublikasında istefada olan hərbi heyətin arasından əsgər cəlb etməkdə” suçlayıb.

Eyni gündə ukraynalı hərbi müxbir Yuriy Butusov Özbəkistandan olduqlarını deyən əsgərlərin görüntüləndiyi bir video paylaşıb.

İtkilər

AzadlıqRadiosunun tacik və qırğız xidmətləri Ukraynada Rusiyanın tərəfində döyüşən vətəndaşlar arasında bir neçə ölüm halının olması haqda xəbərlər veriblər. Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin də bu regiondan vətəndaşları cəlb etməsi haqda xəbərlər var.

Moskvanın səfərbərliyi məhdud miqyasda saxlayacağı ilə bağlı vədləri şübhə ilə qarşılanır. Bunun səbəblərindən biri Ukrayna qüvvələrinin irəliləyərək yüzlərlə kənd və şəhəri öz nəzarətinə qaytarmasıdır.

Ukraynanın bu yaxınlarda başlamış əkshücumu Rusiyanın qısa müddətdə qələbə adlandıra biləcəyi nəticə əldə edəcəyini şübhə altına alır.

XS
SM
MD
LG