Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Daha bir yol xəritəsi: Sahibkarlığın inkişafı ilə bağlı


Kassa aparatı.
Kassa aparatı.

Ölkə başçısının rəsmi internet səhifəsinə yerləşdirilən sənəd “Azərbaycanda kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” adlanır.

Hökumət xəritədə 5 strateji hədəf müəyyən edib.

İlk hədəf “Kiçik və orta sahibkarlıq (KOS) fəaliyyəti üçün biznes mühitinin, tənzimləyici bazanın yaxşılaşdırılması”nı nəzərdə tutur.

Buna da bax:​ Ağır sənayenin də Yol xəritəsi açıqlandı

Bu hədəf çərçivəsində mərkəzləşdirilmiş KOS agentliyi və KOS evi yaradılmalıdır. Dövlət-özəl tərəfdaşlığı dərinləşdirilməli, rəqabət mühiti təkmilləşdirilməlidir.

Bu çərçivədə həmçinin, KOS üzrə xüsusi sənaye zonalarının, məhəllələrinin yaradılması və biznes assosiasiyalarının gücləndirilməsi nəzərdə tutulur.

Maliyyə resurslarına çıxış

Növbəti hədəf KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi ilə bağlıdır.

Buna da bax: Azərbaycanın turizm yol xəritəsi: 'Dövlət yenə əsas oyunçudur'

Xəritə KOS subyektləri ilə bağlı kreditlərə zəmanət fondunun yaradılmasını, lizinq və alternativ maliyyə alətləri (forvard, fyuçers, opsion, svop, faktorinq və s.) bazarının inkişaf etdirilməsini nəzərdə tutur.

Xaricin bazara çıxış

Digər hədəflər «KOS subyektlərinin beynəlmiləlləşdirilməsi və xarici bazarlara çıxış imkanlarının artırılması» adlanır.

Hədəflərə nail olunmasından ötrü ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının yaradılması planlaşdırılır. Habelə, model müəssisələrin yaradılması, qadın sahibkarlığının inkişaf etdirilməsi, onların assosiasiyalarının və peşə təşkilatlarının yaradılması qarşıya məqsəd qoyulur.

Buna da bax:​ Turizmin də strateji xəritəsi açıqlandı

Strateji hədəflərə nail olmaqdan ötrü 2020-ci ilədək azı 700 milyon manat investisiya tələb olunur. Həmin vəsaitlər dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondu, yerli büdcələr və xarici investisiyalar hesabına təmin edilməlidir.

XATIRLATMA

Dekabrın əvvəli hökumət «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»ni açıqlayıb. Həmin sənəd ümumilikdə 12 yol xəritəsindən ibarət idi.

Bunun ardınca maliyyə xidmətlərinin, kənd təsərrüfatının, ixtisaslaşmış turizm sənayesinin və ağır sənayenin inkişafına dair Strateji Yol Xəritəsi» açıqlanıb.

XS
SM
MD
LG