Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:07

Ukrayna Donbasda ABŞ raketləri ilə manevr keçirir


Ukrayna əsgəri Javelin raketi ilə
Ukrayna əsgəri Javelin raketi ilə

Ukrayna silahlı qüvvələri ölkənin şərqindəki separatçı Donbas münaqişə bölgəsində ABŞ istehsalı Javelin antitank raketləri ilə manevr keçirib

Ukrayna silahlı qüvvələri ölkənin şərqindəki separatçı Donbas münaqişə bölgəsində ABŞ istehsalı Javelin antitank raketləri ilə manevr keçirib.

Reuters yazır ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı – NATO-ya üzv olmağa can atan Ukraynaya 2018-ci ildən bəri ABŞ-dan bir neçə dəst silah, habelə Javelin raketlərinin gətirilməsi Moskvanı qəzəbləndirib.

Kiyev isə Moskvanı onun sərhədləri yaxınlığında yüz minədək əsgəri qüvvə və hərbi texnika cəmləşdirməkdə ittiham edir.

Ukrayna və ABŞ kəşfiyyatları Rusiyanın Ukraynaya hərbi müdaxilə edə biləcəyini deyirlər.

Belə olarsa ölkənin şərqində közərən separatçı münaqişə tammiqyaslı müharibəyə çevrilə bilər.

Rusiya da manevr keçirir

Rusiya öz növbəsində Ukraynaya hücuma hazırlaşdığına dair iddiaları rədd edir və bildirir ki, Birləşmiş Ştatlar öz davranışı ilə bu regionda ehtirasları qızışdırır.

Moskva ABŞ-dan NATO-nun şərqə doğru genişlənməyəcəyinə yazılı qarantiya tələb edir.

Dekabrın 22-də Interfax agentliyinin verdiyi xəbərdə deyilir ki, Rusiya da bu bölgədə öz hərbi təlimlərini keçirir.

Hərbi təlim zamanı Su-30 qırıcılarına və Su-24 bombardmançı təyyarələrinə Qara dəniz və Krım üzərində havada yanacaq doldurulması məşq edilib.

Xəbər verilir ki, manevr zamanı 20 pilot bir sıra mürəkkəb uçuş tapşırıqlarını yerinə yetiriblər.

Bunlardan biri də saatda 600 kilometrədək sürətlə uçan təyyarələrə 2 min və 6 min metr yüksəklikdə yanacaq doldurulması idi.

Rusiya müharibə üçün 600 min əsgər gıtirməli olacaq

Ukrayna təhlükəsizliyinin ən yüklsək vəzifəlisi - Oleksiy Danilov dekabrın 22-də bildirib ki, hazırda Ukrayna sərhədindən 200 kilometrlik məsafədə 122 minədək Rusiya hərbçisi yerləşdirilib.

Danilov ötən həftə Reuters agentliyinə demişdi ki, müharibə başlayarasa, Ruysianın vəziyyətə nəzarəti əldə saxlaması üçün ona 500-600 min hərbçi lazım olacaq.

O habelə deyib ki, Rusiya hərbçilərin sayını çox çevilk şəkildə artira bilər, lakin müdaxilə üçün lazımi sayda əsgərin gətirilməsi üçün ən azı 24 saat vaxt tələb olunur.

Ukrayna hazırda Qərblə Rusiya arasında gərginliyin əsas amilidir.

Ukraynanın şərqində davam edən münaqişənin çözümü üçün yaradılmış Normand qrupu Almaniya, Fransa, Rusiya və Ukraynadan ibarətdir.

Almaniyanın xarici işlər naziri Annalena Berbok dekabrın 22-də deyib ki, istər Normand formatı olsun, istərsə də NATO-Rusiya Şurası, Moskva ilə dialoqa ehtiyac var.

XS
SM
MD
LG