Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

Türk dövlətlərinin latın əlifbasına keçid təcrübəsi


Egemen.kz saytından screenshot. 13Apr2017.
Egemen.kz saytından screenshot. 13Apr2017.

Qazaxıstanda növbəti dəfə latın əlifbasına keçidlə bağlı diskussiyalar başlayıb.

AzadlıqRadiosu-nun qazax xidmətinin əməkdaşı bu islahatın digər türkdilli ölkələrdə necə baş verdiyini öyrənməkdən ötrü ekspertlərə müraciət edib.

“LATIN ƏLİFBASINA ÇOXDAN KEÇİLMƏLİ İDİ”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2017-ci ilin sonunadək yeni qazax əlifbası və qrafikasının vahid standartının işləyib hazırlanmasına dair göstəriş verib. Bu məsələ ölkədə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.

Buna da bax:​ Rusiya, Türkiyə və çoxqütblü dünya - 'Alınana oxşamır'

Sosial şəbəkələrdə latın əlifbasına keçid tərəfdarları və əleyhdarları arasında qızğın diskussiyalar başlayıb. Bəziləri hesab edirlər ki, «latın əlifbasına çoxdan keçilməli idi». Digərləri isə qorxurlar ki, latın əlifbasına keçəndən sonra ölkədə rus və latın əlifbasından istifadə edənlər arasında bölünmə baş verəcək.

Qazaxıstan rəhbərliyi bundan öncə də latın əlifbasına keçid barədə təkliflər irəli sürüb. Ancaq əvvəllər bu təkliflər ümumi xarakter daşıyırdı. Ancaq indi, latın əlifbasına keçid barədə söhbətlərin başlamasından illər sonra prezidentin 2017-ci ilin sonunadək qazax əlifbası və qrafikasının vahid standartının hazırlanması haqda göstəriş verməsi artıq keçid və konkret addımlar təsiri bağışlayır. On illərlə latın qrafikasına əsaslanan əlifbanın hazırlanması üzərində çalışan alimlər bu göstərişin onlar üçün gözlənilməz olduğunu deyirlər.

Buna da bax:​ Qazaxıstan latın əlifbasına keçir

100-Ə QƏDƏR VARİANT HAZIRLANIB

Ahmet Baytursynov adına Dilçilik İnstitutunun elmi işçisi Alimkhan Zhunisbek akademik dairələrdə illərlə latın qrafikalı qazax əlifbasının işlənib hazırlanması ilə məşğul olan alim kimi tanınır. Onun sözlərinə görə, «laltın qrafikasına keçidlə bağlı təşəbbüslər 1992-ci ildən səslənir və bugünə qədər ...əlifbanın yüzə qədər variantı işlənib hazırlanıb». «Bir neçə illik müzakirələrdən sonra Dilçilik İnstitutu qazax dilinin düzgün səslənməsini pozmayan əlifba işləyib hazırlayıb. ...Keçidi işarələrin digərləri ilə əvəz edilməsi kimi yox, yazı islahatı kimi nəzərdən keçirmək lazımdır», – deyə o bildirib.

"Bu, təkcə əlifba deyil. Bütün bunların arxasında yazılış qaydaları dayanır. Türk dövlətlərinin 1990-cı illərin əvvəllərində qəbul etdikləri ümumi layihə var. Biz ona əməl edərək əlifbanı «bir səs — bir hərf» prinsipi ilə işləyib hazırladıq və alınma səsləri çıxardıq. Rusdilli vətəndaşlar hazırda işlətdiyimiz əlifbanı oxumurlar, ona görə də bu barədə narahat olmaq lazım deyil", – o deyib.

Buna da bax:​ Türklərin əcdadları necə yaşayırdı. "Orda" filmi bu suala cavab axtarır

Alimkhan Zhunisbek-in sözlərinə görə, qazax alimləri latın əlifbasına keçmiş Özbəkistan, Türkmənistan və Azərbaycanın təcrübəsi ilə tanış olublar.

AZƏRBAYCAN TƏCRÜBƏSİ

"Özbəkistanla Türkmənistan türk xalqlarının ümumi əlifbasına bir neçə hərf əlavə ediblər. Diqqət yetirmişik ki, onların yazı islahatı bu günə qədər o qədər də uğurlu olmayıb. Ona görə də bu yolu seçməmişik. Görünür, Azərbaycanın təcrübəsi daha uğurlu olub", – alim deyir.

Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov «latın əlifbasına əvvəldən keçilsəydi, daha asan olardı» fikri ilə razılaşmadığını deyir. Onun sözlərinə görə, Azərbaycan 1992-ci ildə latın qrafikasına keçəndə qonşu dövlətlərin təzyiqi daha çox idi. Bəziləri «ərəb qrafikasına keçin», digərləri «kiril əlifbasında qalın» deyirdilər. Keçmiş nazir qeyd edir ki, 1991-ci ildə İstanbulda ümumi türk əlifbasına dair simpozium keçirilib və burada 34 hərfdən ibarət ümumi türk əlifbası qəbul edilib.

Buna da bax:​ Türk dili ilk dəfə latın hərfləri ilə nə vaxt yazılıb?

"Keçid dövrü çox çətin olacaq. Yeni əlifba gənclər, gənc nəsil üçün nəzərdə tutulub. Bizsə öyrəşdiyimiz kiril əlifbası ilə yazırıq. Biz qazaxların ümumi türk əlifbasına dəyişiklik etməsini istəməzdik. Türkmənistan və Özbəkistan bir neçə hərfi dəyişib. Əlifbanın görünməyən siyasi mənası var. 1990-cı ildə keçməyin daha asan olduğu fikri yanlışdır. Əksinə, o vaxt İran ərəb əlifbasına keçməyimizi, Rusiya isə kiril əlifbasında qalmağımızı tələb edirdi", – Firudin Cəlilov deyir.

TÜRKMƏNİSTANDA PROSES BİTMƏYİB

Türkmən yazıçısı Amanmurad Bugayev-in sözlərinə görə, latın qrafikasına keçid barədə qərarı 1993-cü ildə vermiş Türkmənistanda bu proses hələ başa çatmayıb.

"2000-ci ildən rəsmi sənədləri tamamilə latın qrafikasına keçirməyə başladılar. Əhalinin əksər hissəsi, özəlliklə, yaşlı nəsil çətinlik çəkdi. Bizdə tədris prosesi olmadı. Elə indi də əhalinin 30-40 faizi latın qrafikasını bilmir", – o deyir.

Özü hələ də kiril qrafikası ilə yazmağa davam edən Amanmurad Bugayev qazaxıstanlıların latın əlifbasına keçməsinin türk xalqlarını daha da yaxınlaşdıracağını düşünür.

Buna da bax:​ "Türk dilini öyrənmək çox çətindir"

UĞURSUZ KEÇİD

AzadlıqRadiosu-nun özbək xidmətinin müxbiri Uktambek Karimov deyir ki, Özbəkistanın latın əlifbasına keçidi uğurlu olmayıb. Özbəkistanda yeni əlifbaya keçid haqqında qanun 1993-ci ildə qəbul olunub. Yeni qrafikaya mərhələli keçmək, prosesi 2010-cu ilədək başa vurmaq planlaşdırılıb.

"Bu gün bütün təhsil müəssisələri latın qrafikasına keçib. Gənclərin bir neçə nəsli bu qrafika əsasında təhsilini başa vurub. Ancaq bütün əhalinin latın qrafikasına keçdiyini demək olmaz. Saytlara daxil olsanız, qəzetlərə baxsanız, onların kiril əlifbası ilə yazdığını görərsiniz. Dövlət idarələrində hər iki əlifbadan istifadə edilir", – jurnalist deyir.

Buna da bax:​ «Udi dilini latın əlifbası əsasında keçirik...»

XS
SM
MD
LG