Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:01

Türk dili ilk dəfə latın hərfləri ilə nə vaxt yazılıb?


Tarix-i-kadim
Tarix-i-kadim

Tarix boyu türk dili müxtəlif əlifba sistemləri ilə yazılıb.

"Türk dili ilk dəfə nə zaman latın hərfləri ilə yazılıb?". Türkiyənin “Milliyet” qəzeti “Tarix-i-kadim” ə istinadla bu sualın cavabını açıqlayıb.

ƏN UZUNÖMÜRLÜ ƏLİFBA

Qəzetin yazdığına görə, yayılma sahəsi və istifadə müddəti baxımından Osmanlıda ərəb əlifbası ən uzunömürlü əlifba olub.

Buna da bax:​ "Türk dilini öyrənmək çox çətindir"

1928-ci ildə Mustafa Kamal Atatürk, “türk dilinin ehtiyaclarına daha yaxşı cavab verdiyi və Cümhuriyyətin dünyayla daha asan bütövləşməsinə nail olmaq üçün” əlifba islahatını gerçəkləşdirib.

Həmin ildən türk dili latın əlifbasına keçib. Bu əlifbadan lazımsız hərflər atılıb, yeni hərflər əlavə olunub.

Bəs türk dili ilk dəfə nə zaman latın hərfləri ilə yazılıb?

Buna da bax: Qədim Azərbaycan dilində danışan son insanların axtarışında

QANUNİ SULTAN SÜLEYMANIN ƏN QISA SÜRƏN SAVAŞI…

1526-cı ildə indi Macaristan sərhədində yerləşən Mohaçda Osmanlılar ilə Habsburglar arasında tarixin ən qısa sürən meydan savaşlarından birisi gerçəkləşib.

Savaşı Qanuni Sultan Süleymanın komandanlığındakı Osmanlı ordusu qazanıb. Bu zəfərdən sonra artıq Mərkəzi Avropada onun qarşısına çıxacaq bir güc qalmayıb.

Buna da bax:​ '39 il qadağadan sonra İranda Azərbaycan dili tədris olunur'

SAVAŞIN DAHA BİR TARİXİ ƏHƏMİYYƏTİ

Amma bu savaş sonrası maraqlı bir tarixi fakt da baş verib. İlk dəfə türkcə latın hərfləri ilə yazılıb.

Tarix-i-kadim
Tarix-i-kadim

XS
SM
MD
LG