Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:29

Siqaret istehsalçılarının qazancı 3,5 dəfə artıb


Siqaret istehsalı (İllüstrasiya)
Siqaret istehsalı (İllüstrasiya)

►Daha öncə siqaretin pərakəndə satış qiyməti əvvəlki illə müqayisədə 169 faiz artmışdı

Siqaretin kəskin qiymət artımı istehsalçıları bir az da ruhlandırıb. İlin əvvəlindən bəri Azərbaycanda bu “zərərli və öldürücü” məhsulun istehsalı 82,9 faiz artıb.

Bu ilin iki ayında yerli müəssisələrdə 476,7 milyon ədəd siqaret bükülüb və istehsalın həcmi 12,3 milyon manat olub. Müqayisəli qiymətlərlə, yəni inflyasiya nəzərə alınmaqla, artım 80,4-ə çatıb.

Dövlət Statistika Komitəsinin (DSK) sənaye və tikinti şöbəsində AzadlıqRadiosuna deyiblər ki, faktik qiymətlərlə istehsal 3,5 dəfə artıb. Ötən ilin ilk iki ayında siqaret istehsalçılarının dövriyyəsi 3,5 milyon manat idi.

O da diqqət çəkir ki, yanvar və fevralda ölkədə siqaretin pərakəndə satış qiyməti əvvəlki ilin eyhi dövrü ilə müqayisədə 169 faiz artıb.

Naxçıvan “zərərli vərdiş”dən əl çəkir?

İstehsalın artım tempini, eləcə də qiymətlərin yüksəlməsini nəzərə almaqla demək olar ki, istehsalçılar yetərincə qazanc götürüblər.

DSK-da deyiblər ki, Azərbaycanda siqaret istehsalı ilə 4 müəssisə məşğul olur.

Geniş ictimaiyyətə bunlardan yalnız ikisinin adı məlumdur (European Tobacco-Baku, Cahan Tobakko). Naxçıvan DSK-sı xəbər verir ki, 2015-ci ildə muxtar respublikada 12,4 milyon ədəd siqaret buraxılıb. Istehsal təqribən 3 dəfə aşağı düşüb.

Buna da bax: İntiqam Əliyev 5 il şərti azadlığa buraxıldı...

İntiqam Əliyev 5 il şərti azadlığa buraxıldı...
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

XS
SM
MD
LG