Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:51

Saakashvili: “Nəfəsləri gəlmir, amma dəqiqdir ki, ölməyiblər...”


Mikheil Saakashvili Odessa hava limanı terminalının tikintisində
Mikheil Saakashvili Odessa hava limanı terminalının tikintisində

Ukraynada Odessa şəhərinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili AzadlıqRadiosuna müsahibə verib.

Ukraynada Odessa şəhərinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili AzadlıqRadiosuna müsahibə verib.

AzadlıqRadiosunun müxbiri Yelena Rıkovtseva bildirir ki, Odessa qubernatoru ilə şəhər hava limanının ərazisində görüşüb.

O buraya yeni terminalın tikintisi ilə maraqlanmağa gəlibmiş.

Mikheil Saakashvili bildirib ki, Odessaya təyyarə uçuşları ən münasib qiymətlərə olmalıdır.

Məxluqatın 7-ci növü

AzadlıqRadiosu müxbiri soruşub:

- Mikheil Nikolayevich, Rusiya bir vaxtlar sizə qibtə edirdi ki, Gürcüstanda korrupsiyaya qalib gəlmisiniz. İnanırsınızmı ki, burada, Ukraynada da bu alınacaq?

-Görürsünüz də, əynimdə hərbi forma var. Sərhədçilərin yanına gedirik. Çalışrıq ki, qaçaqmalçılığın bütün dəlmə-deşiyini bağlayaq. Bu, təkcə

Bu Ukrayna məmurları korrupsiyalaşmış məxluqatın hansısa yeddinci növünə aiddirlər

sərhədçilərin fiziki varlığı deyil, axı burda bu işlərlə məmurlar məşğul olurdular. İndi yeni Ukrayna məmurlarının çox ciddi bir qrupunun hücumu baş verir. Əksəriyyəti ukraynalılardır, lakin aralarında gürcülər də var. Onlar köhnə məmurların üzərinə hücum edirlər. Köhnə məmurlar təhlükə zamanlarında marığa yatmağı xoşlayırlar. Təhlükə vaxtı marığa yatan heyvanların 6 növü var. Bu Ukrayna məmurları korrupsiyalaşmış məxluqatın hansısa yeddinci növünə aiddirlər. Marığa yatıblar, özlərini ölülüyə qoyublar, amma dəqiqdir ki, ölməyiblər.

Gürcüstanda alınıb, burda da alınacaq

Müxbir: Odessada belə bir söhbət yayılıb ki, korrupsiya, bir növ özək kimidir, dartıb çıxarsalar bütün şəhər batacaq...

Saakashvili: Biz Gürcüstan barədə də belə düşünürdük. Bir çox qabiliyyətli insanlar başqa imkan olmadığı üçün qaçaqmalçılığa, maxinasiyalara, cürbəcür sxemlərə getmişdilər. Orda başqa cür işləmək mümkün deyildi. Onlar çox qabiliyyətli adamlar idi. Hara baxırdın özləri üçün sərvət yaratmışdılar.

Baxırsan özlərinin hər şeyləri var. Amma şəhərə baxırsan, bütün bunlar görünmür. Burda hər şeyi dəyişmək lazımdır

Çoxlarının sərvəti vardı, amma axı, bu, cəmiyyət üçün sərvət yaratmır. Korrupsiyalaşmış sistemin açıq sistemdən, bilirsiniz fərqi nədir? Açıq sistemdə adamlar özləri üçün işləyib, cəmiyyəti varlandırırlar. Amma indi bura belə deyil. Baxırsan özlərinin hər şeyləri var. Amma şəhərə baxırsan, bütün bunlar görünmür. Burda hər şeyi dəyişmək lazımdır.

Müxbirin “burda, Odessada alınacaqmı” sualına Saakashvili “bütün Ukraynada alınacaq” cavabını verir.

Paxıl qonşu

O Rusiya televiziyasının bir xəbərinin də onsuz ötüşmədiyindən məlumatlıdır. O Rusiya kanallarının onun barəsində verdiyi məlumatları cəfəngiyyat adlandırır.

-Bu ondan xəbər verir ki, öz iş-gücləri yoxdur. Paxıl qonşu kimi, öz həyaatları yoxdur. Açar deşiyindən baxıb gözləyirlər ki, başqalarının da işi yaxşı getməsin, çünki özlərində alınmayıb axı...Mən düşünürəm ki, hamıda rusiyalılarda da, ukraynanılarda da alına bilər.

-Sizdən qorxurlar?

-Nəyimdən qorxacaqlar, - deyir Saakashvili, - Bura rusdilli şəhərdir. Mən burda özümü evdəki kimi, balıq suda olduğu kimi hiss edirəm. Mən onların Kreml təbliğatında yaratdıqları stereotiplərə uyğun gəlmirəm.

Öz siyasi perspektivləri, Odessanın perspektivləri haqqında quberbanator əminliklə danışır:

-Mən nəticə əldə etməyi xoşlayıram. Ələlxüsus da sevdiyim insanlar üçün. Mən özümü Ukraynanın bir parçası hiss edirəm. Mən Ukraynanı sevirəm. Ömrümün çox illərini burada yaşamışam. Ukrayna dilində danışa bilirəm. Ümumilikdə, mən sadəcə gürcü deyiləm. Mən həm də avropalıyam, deməli, odessalıyam, ukraynalıyam.

XS
SM
MD
LG