Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:58

Şengen vizası almaq istəyən rusiyalıların sayı kəskin artır


Şengen vizası üçün anket forması
Şengen vizası üçün anket forması

Avropada rusiyalılara səyahət qadağası qoymaq çağırışları səsləndiyi bir vaxtda Şengen vizası üçün müraciət edən rusiyalıların sayı kəskin artıb. Bu haqda “Kommersant” qəzeti turizm agentlikləri rəsmilərinə istinadla xəbər yayıb.

“Vizaxod” şirkətinin meneceri Marina Şirokova qəzetə deyib ki, son iki həftədə Şengen vizası üçün müraciətlərdə 40 faiz artım baş verib.

90 günlük Şengen vizası şəxsə Avropanın 26 ölkəsinə turizm, yaxud biznes məqsədilə səyahət imkan verir. Şengen zonasının istənilən ölkəsi belə viza verir.

Estoniyanın planı

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 8-də Avropa İttifaqını (Aİ) rusiyalı turistlərə qadağa qoymağa, bununla da Moskvanı artıq altıncı aydır davam edən işğala görə cəzalandırmağa çağırıb.

Bundan üç gün sonra Estoniyanın Xarici işlər naziri Urmas Reinsalu deyib ki, ölkəsi tərəfindən Şengen vizası verilmiş Rusiya vətəndaşlarına Estoniyaya daxil olmağı qadağan edəcək. Ancaq onun sözlərinə görə, bu vizalar digər üzv ölkələrə giriş üçün etibarlı sayılacaq.

Rusiyalılar artıq Avropaya səyahətlə bağlı çətinliklərlə üzləşirlər. Bəzi ölkələr Kremlin müharibəsinə etiraz olaraq rusiyalılara turist vizası verilməsini dayandırıblar.

Bundan başqa, Aİ Rusiya üçün hava məkanını bağlayıb.

Nəticədə Şengen vizası olan bir çox rusiyalı Avropaya Baltik ölkələri, yaxud Finlandiya ərazisindən uçmalı olur. Estoniya planını gerçəkləşdirsə, rusiyalılar üçün bu yol da çətinləşəcək.

90 faiz azalma

Müharibədən öncəylə müqayisədə indi Avropaya gedən rusiyalıların sayı 90 faizədək azalıb. Bunu “Kommersant”a Rusiya Turizm Operatorları Assosiasiyasının icraçı direktoru Maya Lomidze deyib.

Onun sözlərinə görə, Şengen vizası almaq istəyən rusiyalıları əsasən Fransa, İtaliya, İspaniya və Yunanıstanda kurort zonalarına səyahət maraqlandırır.

Avropanın ən böyük ölkəsi Almaniya isə rusiyalıların hamısına viza qadağası qoyulmasına qarşı çıxır. Kansler Olaf Şolts bunun “günühsız insanlar”ı incidəcəyini söyləyib.

XS
SM
MD
LG