Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:02

Rumın yeni dalğasının 15 əsas filmi


Radu Judenin "Afərin!" filmi "Oskar" mükafatına namizəd göstərilib
Radu Judenin "Afərin!" filmi "Oskar" mükafatına namizəd göstərilib

Dünya kinosevərləri müxtəlif platformalarda, əsasən, ABŞ, Fransa, İtaliya, Yaponiya və Koreya filmlərinə baxırlar. Rumıniya filmləri dünya kino bazarında o qədər də yaxşı təmsil olunmayıb.

"Rumın yeni dalğası" termini isə dəqiq çərçivəyə malik deyil. Bura əksər müasir rumın filmləri, xüsusən də Kann, Berlin və Lokarno festivallarında mükafatlar qazanmış filmlər aid edilir. "Taste of Cinema" saytı yazır ki, rumın yeni dalğası son illərdə dünya kinosunda ən ciddi dəyişiklik sərgiləyən kinolardan biridir.

Gənc rejissorlar

Rumın kinosu ilə maraqlananların Korneliu Porumboyu, Kristian Munciu Kristi Puyu kimi rejissorlardan, habelə Dardenn qardaşlarının realizmindən xəbəri var.

Rumın kinosunun bu dalğası qısa tarixinə rəğmən, davamlı dinamizm nümayiş etdirib. Burada Puyunun yol filmi olan "Mal və pul" (Stuff and Dough. 2001) da var, Ketelin Mituleskunun "Yol" (Trafic. 2004) adlı qısa filmi də.

Sözügedən dalğa iki nəslə aid rumın rejissorlarının işləri ilə dolu çox məhsuldar bir onilliyi əhatələyir. Bu dövr ərzində kinematoqrafçıların dövlətin maliyyə dəstəyini cəlb etmək baxımından da problemləri olub, ölkə daxilində auditoriyanı genişləndirmək baxımından da. Ancaq rumın yeni dalğası hələ də ayaqdadır və davam edir. Rejissorların çoxunun hələ nisbətən gənc olması isə bu dalğanın hələ xeyli qalacağından xəbər verir.

"Oskar"a namizəd

Radu Judenin "Afərin!" (Aferim!) filmi 2015-ci ildə "ən yaxşı rejissor" işinə görə Berlin kinofestivalının Gümüş Ayı mükafatına layiq görülüb. Film eyni ildə "ən yaxşı xarici dilli film" nominasiyasında "Oskar" mükafatına namizəd göstərilib. Tarixi drama janrında çəkilmiş film XIX əsrin reallığı olan qaraçı quldarlığından söz açır.

2010-cu ildə çəkilmiş "Avrora" (Aurora) filmi Puyunun "Buxarest ətrafından altı hekayə" silsiləsindən ikinci hekayədir. Burada Puyu özünü təkcə kamera arxasında yox, həm də kameranın önündə göstərir. Çoxlu səbir tələb edən bu üç saatlıq sakit dram əsərinin final səhnəsi rejissorun məharətini çox gözəl göstərir. Filmdə uzun səhnələr və çox gözəl xoreoqrafiya nümunələri var. Onların hamısı ev şəraitində çəkilib.

Kristian Nemeskunun 45 dəqiqəlik "Yeddinci küçədən Marilena" (Marilena from P7. 2006) filmi isə rumın yeni dalğasının bu zamana qədərki ən eksperimental nümunəsi sayılır.

Kiçik büdcəyə çəkilmiş film

Bir neçə sənədli filmə imza atmış Adrian Sitarunın ilk bədii filmi olan "Piknik" (Hooked. 2008) çox kiçik büdcə ilə çəkilib. Film şəhərdən çıxıb balıq tutmağa gedən cütlük haqqındadır. Mihay və sevgilisi Yubi artıq maşında mübahisə etməyə başlayırlar. Yibinin diqqəti yayınır və o, maşınla kənd yolunda bir seks işçisini vurur. Onlar qadını öldürdüklərini düşünürlər. Yubi özünü heç nə olmayıbmış kimi aparmaq istəyir. Məsələnin əxlaqi tərəfini göz önünə gətirən Mihay isə belə düşünmür. Ancaq Ana ayılır və cütlüklə birlikdə piknikə getmək istəyir. Ana cütlüklə yaxınlaşdıqca, gərginlik daha da artır.

Vlad Petrinin "Haradasan, Buxarest?" (Where Are You Bucharest 2014) adlı sənədli filmi gənclik enerjisi və qəzəblə doludur. Film 2012-2013-cü illərdə Buxarestin Universitet meydanında baş vermiş etirazların tam xronikasıdır. Bu, ölkənin 1989-cu il inqilabından bəri görmədiyi qədər böyük bir etiraz dalğası idi. Etiraz doğulur, ömrünü sürür və yavaş-yavaş ölür…

Kristian Munciunun Kann festivalının Qızıl Palma mükafatına layiq görülmüş "Dörd ay, üç həftə və iki gün" (4 Months, 3 Weeks and 2 Days. 2007) filmi dünyanın 60-dan çox ölkəsində göstərilib və iki il ard-arda xarici kino tənqidçilərinin siyahılarının ilk onluğuna düşüb. Film Çauşesku rejiminin təhlili kimi nəzərdən keçirilir. Filmdə abortlarla bağlı müəyyən mövqe də ortaya qoyulub.

XS
SM
MD
LG