Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:55

Qubad İbadoğlunun Müdafiə Komitəsi yaradılıb


Qubad İbadoğlunun hüquqlarının Müdafiə Komitəsi
Qubad İbadoğlunun hüquqlarının Müdafiə Komitəsi

Azərbaycan Demokratiya və Rifah Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun hüquqlarının Müdafiə Komitəsi yaradılıb.

Bununla bağlı qərar iyulun 25-də İşgəncələr əleyhinə Araşdırmalar Mərkəzində keçirilən mətbuat konfransında açıqlanıb.

"Vəkillər Kollegiyasına şikayət olunub"


Q.İbadoğlunun qardaşı Qalib Toğrul mətbuat konfransında bildirib ki, Baş Prokurorluğunun təqdimatı ilə vəkil Zibeydə Sadıqova ilə bağlı Vəkillər Kollegiyasına şikayət olunub: "Güya Zibeydə xanım istintaq sirrini yayıb. Ona görə də vəkillərin sayını artırmaq qərarına gəldik".

Onun sözlərinə görə, dünən, iyulun 24-də Bakı İstintaq Təcridxanasına paltarları və sovqat aparsalar da, təcridxanadan bildirilib ki, Q.İbadoğlunun adı sistemdə yoxdur, gətirilənləri qəbul etməyiblər.

Daha sonra bir sıra hüquq müdafiəçiləri müdafiə işinin təşkilindən danışıblar.

Sonunda Müdafiə Komitəsi və işçi qrupları yaradılıb.

Mətbuat konfransında səslənən fikirlərə, Baş Prokurorluq və başqa rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq ölkədə siyasi həbslərin olması ilə bağlı səslənən fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarına daxil edilən şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Qubad İbadoğu İlham Əliyevin sifarişi ilə saxlandığını deyir
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də saxlanıb.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb . Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğlu ittihamları qəbul etmir.

Azərbaycan Demokratiya və Rifah Partiyası dövlət qeydiyyatına alınmayıb.

XS
SM
MD
LG