Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:13

İki prezidentin fərqli Ehtiyat Fondu [kiçik araşdırma]


İlham Əliyev və Giorgi Margvelashvili
İlham Əliyev və Giorgi Margvelashvili

Rəsmi məlumatlarda tez-tez belə xəbərlərə rast gəlinir: Prezidentin Ehtiyat Fondundan filan yolun tikintisinə filan qədər vəsait ayrılıb.

Elə həmin xəbərlər belə sualları doğurur: Nədir Prezidentin Ehtiyat Fondu? Onun vəsaitləri nə qədər səmərəli xərclənir? Bu vəsaiti xərcləməkdə prezident tam sərbəstdirmi?

Prezidentin Ehtiyat Fondu dövlət büdcəsində ayrıca bənd kimi 2006-cı ildən göstərilir. O vaxtdan indiyədək, yeni başlanan il də daxil, dövlət büdcəsindən Prezidentin Ehtiyat Fonduna toplam 2 milyard 771 milyon manat vəsait ayrılıb. Müqayisə üçün: Bu rəqəm Azərbaycanın 2005-ci il dövlət büdcəsindən 770 milyon manat çoxdur.

Buna da bax:​ 'Təhlükəsizlik yastığı' olmadan yola davam...

Büdcədən adıçəkilən Ehtiyat Fonduna ayırmalar neft gəlirləri artdıqca, ilbəil çoxalıb və 2015-ci ildə ən yüksək həddə - 382 milyon manata çatıb. Həmin il neft köpüyü partlayandan sonra növbəti il Prezidentin Ehtiyat Fondunun vəsaiti 100 milyon azaldılaraq, 285 milyon manat olub. Bu il həmin fonda 200 milyon manat ayrılıb.

Biri asfalta, o biri demokratiyaya...

Sadalanan rəqəmlər qonşu Gürcüstanla müqayisədə hədsiz böyük görünür. Misal üçün, 2012-ci ildə Gürcüstan Prezidentinin Ehtiyat Fondu 50 milyon lari, ovaxtkı kursla 30 milyon dollar idi (həmin il Azərbaycan Prezidentinin Ehtiyat Fondu 235 milyon dollar olub). Gürcüstan parlamenti 30 milyonu belə, prezidentə çox görüb. Bu məbləğ 2014-cü ildə 10 milyon lariyə, o vaxtkı kursla 6 milyon dollara (həmin il Azərbaycan Prezidentinin Ehtiyat Fondu 272 milyon dollar olub), növbəti ildəsə 5 milyon lariyə endirib. Elə 2017-ci ildə də bu qədər ayrılıb.

Buna da bax: Böhran prezidentin ehtiyat fondunu da 'vurub'

Bu, hazırkı kursla cəmi 1.8 milyon dollar və dövlət büdcəsinin cəmi 0.05 faizi deməkdir. Azərbaycan Prezidentinin Ehtiyat Fondu isə hələ ötən ilə nisbətən 100 milyon manata yaxın azaldılandan sonra da dövlət büdcəsinin 1.3 faizi qədərdir.

Prezidentin əlindəki "səxavət kisəsi"

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

Prezidentinin Ehtiyat Fonduna büdcədən bu qədər vəsaitin ayrılması çoxmu zəruridir? Ayrılan vəsait nə dərəcədə səmərəli xərclənir?

İqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, əslində, büdcənin öz ehtiyat fondu var. Bu, Nazirlər Kabinetinin ehtiyat fondudur: "Bu baxımdan Prezidentin Ehtiyat Fondunun bu həcmdə olması adekvat görünmür. Axı büdcənin icraçısı Nazirlər Kabinetidir. Bu halda prezidentin fondu simvolik ola bilər. Amma bizdə prezident fondu prezidentin əlində "səxavət kisəsi" kimi istifadə edilir. Yol çəkmək, filan rayonda filan işin görülməsi və s. kimi adi büdcə əməliyyatlarına vəsait ayrılır. Bunun nəyi ehtiyat fondu oldu? Ehtiyat Fondu fövqəladə hallar və gözlənilməz xərclər üçün nəzərdə tutulmalıdır".

Buna da bax:​ “Milli Bankın anbara yığdığı manatın heç bir dəyəri yoxdur”

Zöhrab İsmayıl deyir ki, şəffaflığa gəlincə, istər prezidentin, istərsə Nazirlər Kabinetinin ehtiyat fondundan ayrılan vəsaitlərin şəffaflığı və hesabatlılığı sıfır səviyyəsindədir.

Bir müddət öncə jurnalist Rövşən Hacıbəyli Prezidentin Ehtiyat Fondunun şəffaflığı ilə bağlı araşdırma aparıb. Jurnalist deyir ki, vəsaitlərin xərclənməsi barədə heç bir rəsmi qurumdan bilgi ala bilməyib:

Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli

"Çox təəssüf ki, o fonddan ayrılan vəsaitlər, əsasən, korrupsiya layihələrinə sərf olunur. Həmin məbləğlər infrastruktur layihələri, regionların sosial iqtisadi inkişafı adıyla xərclənir. Hər hansı mənbədə hesabatlılığa rast gəlmək mümkün deyil. Regionların sosial iqtisadi inkişafı anlayışı da çox geniş anlayışdır. Bu ad altında küçə təmiri, əsasən, Heydər Əliyevin heykəllərinin ətrafının təmiri şəklində həmin vəsaitlər silinir. Bu ayırmaların da çoxu prezidentin regionlara səfərlərindən sonra baş tutur. 3 milyon, 5 milyonlar haqda sərəncamlar verilir".

Rövşən Hacıbəyli: 'O fonddan ayrılan vəsaitlər, əsasən, korrupsiya layihələrinə sərf olunur'
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00
Direct-ə keçid

Buna da bax:​ Bohranla dirəşən Azərbaycan adəti

Gürcüstan örnəyinə baxınca dərhal görünür ki, Azərbaycanla müqayisədə fərq təkcə rəqəmlərdə deyil, həm də bu vəsaitin şəffaf xərclənməsindədir. Gürcüstanda Prezident Administrasiyasının rəhbəri hər ilin yanvarında Prezidentin Ehtiyat Fondunun ötənilki xərcləri barədə hesabat verir. Məsələn, 2015-ci il hesabatında qeyd olunurdu ki, vəsaitin 32 faizi uşaq və qocalara yardıma, 29 faizi məhkəmə islahatlarına dəstəyə, 18 faizi mədəni müxtəlifliyin inkişafına sərf edilib. Yaxud 2016-cı ildə Gürcüstan Prezidentinin Ehtiyat Fondu hesabına həyata keçirilən layihələrdən biri əhalinin seçkilərdə fəallığını təşviq etməyə yönəlmiş "Sənin səsin bizim gələcəyimizdir" adlı layihə olub. Prezident Giorgi Margvelashvili-nin noyabrda "Siz Konstitusiyamızın və şəxsən mənim keşiyində durmalı olduğum dəyərləri - insan hüquqlarını qorumaqla məşğulsunuz", - deyə açılışını etdiyi vəkillər üçün təlim mərkəzi də Prezidentin Ehtiyat Fondunun vəsaiti hesabına fəaliyyət göstərir.

Yol, bina və abidə təmirinə 133, məktəb təmirinə cəmi 3 milyon manat

Azərbaycanda isə Prezidentin Ehtiyat Fondunun xərclərinə dair heç bir hesabat verilmir. Dövlət başçısının bu Fonddan ayırmalar barədə sərəncamlarını ümumiləşdirəndə isə görünür ki, həmin vəsaitin xeyli hissəsi təmir-tikinti və abadlıq işlərinə ayrılır. Məsələn, ötən il Prezidentin Ehtiyat Fonduna ayrılmış vəsaitin 54 milyonu yolların tikinti və təmirinə, 59 milyonu yaşayış binalarının əsaslı təmirinə, 20 milyonu dini və mədəniyyət abidələrinin bərpasına, 6.5 milyon manatı da ayrı-ayrı qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi adı ilə xərclənib. Halbuki il ərzində həmin Fonddan məktəb tikintisi və təmirinə cəmi 6 milyon, xəstəxana tikintisinə isə, vur-tut, 1 milyon manat ayrılıb.

Buna da bax: Gürcüstan Kutaisidə 1 mlrd. avroluq şəhərcik salır

Beynəlxalq təcrübədə prezidentin ehtiyat fondunun istər məbləği, istərsə istifadə təyinatları ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur. Məsələn, Rusiyada Prezidentin Ehtiyat Fondu dövlət büdcəsi gəlirlərinin 1 faizini aşa bilməz. Üstəlik, bu Fondun vəsaiti yalnız gözlənilməz xərclərin maliyyələşdirilməsinə sərf oluna bilər.

“Bu il daha diqqətli xərclənəcək”

İqtisadçı ekspert Rəşad Həsənov Prezidentin Ehtiyat Fondu üçün bu ilin dövlət büdcəsində 200 milyon manat nəzərdə tutulmasına diqqət çəkir. İqtisadçı güman edir ki, bu il həmin pul hara gəldi xərclənməyəcək:

Rəşad Həsənov: 'Düşünürəm ki, 2017-də vəsaitlərin xərclənməsinə daha diqqətli yanaşacaqlar'
Gözlə

No media source currently available

0:00 0:00:29 0:00
Direct-ə keçid

"Ola bilsin ki, 2017-ci il ərzində bu vəsaitlərin böyük bir qismi istifadə olunmasın. Ya da infrastruktur təyinatlı olmasın. Ola bilsin, bu il ayrı-ayrı inkişaf istiqamətləri daha prioritet olsun. Düşünürəm ki, 2017-ci ildə vəsaitlərin xərclənməsinə daha diqqətli yanaşacaqlar".

Buna da bax:​ Ekspert: 'Bilmirik ki, böhranın dibinə çatmışıq, yoxsa...'

Qanun qadağan etsə də...

Azərbaycanda "Büdcə sistemi haqqında" Qanuna əsasən, Prezidentin Ehtiyat Fondu dövlət büdcəsinin maksimum 2 faizi qədər ola bilər. Üstəlik, həmin vəsaiti nəyə sərf etməkdə Azərbaycan prezidenti, demək olar, tam sərbəstdir. Qanunda yalnız bir məhdudiyyət nəzərdə tutulub: Prezidentin Ehtiyat Fondunun vəsaiti onun fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.

Qanun belə hökm etsə də, Prezidentin Ehtiyat Fondunun vəsaiti ilə təmir olunmuş yolların qırmızı lentli açılışında yerli icra hakimiyyətinin nümayəndələri dövlət başçısının fəaliyyətini alqışlayır, kənd ağsaqqallarının dili ilə, ona ömürlük rəhbərlik arzulayır və bunlar dövlət mediasında aramsız yayımlanır. Dolayısı ilə, qanunun sözügedən müddəasına əməl olunmur. Hüquqşünas Xalid Ağaliyev deyir ki, Prezidentin Ehtiyat Fondundan ayrılan pulla hansısa obyekt inşa olunursa və ölkə başçısı da oraya qatılıb onun açılışını edirsə, demək, həmin maddə pozulmuş olur.

Buna da bax:​ Azərbaycanda bu il iqtisadi artım 1.2% olacaq – DB

Xalid Ağaliyev: 'Açılışların əksəriyyəti Prezidentin Ehtiyat Fondunun vəsaitləri hesabına gerçəkləşib'
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00
Direct-ə keçid

"Həmin açılışlarda ölkə başçısının əsas obraz kimi göstərilməsi də onun təbliğinə, təşviqinə xidmət edir. Bu, seçki kampaniyaları dövründə daha qabarıq görünür. Həmin açılışların əksəriyyəti Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitlər hesabına gerçəkləşib. Bu da həmin tələbin aşkar pozulduğunu göstərir".

XS
SM
MD
LG