Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:25

Müstəntiq tutulan şəxsin və vəkilinin adından sənədlərə saxta imzalar atıb


Söhbət paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “099” çay evində bıçaqlanma hadisəsi ilə bağlı cinayət işinin istintaqından gedir

Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi Rəşad Cəfərov haqqında xüsusi qərar çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi belə nəticəyə gəlib ki, onun əməli araşdırılmalı, barəsində tədbir görülməlidir. Səbəb isə Cəfərovun istintaqını apardığı cinayət işinin materiallarında saxtakarlıq hallarının üzə çıxmasıdır.

Saxlanan imzaların ona məxsus olmadığını deyir

Söhbət paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “099” çay evində bıçaqlanma hadisəsi ilə bağlı cinayət işinin istintaqından gedir.

Bu hadisəyə görə iki nəfər cinayət məsuliyyətinə cəlb edilib – Sədullah SərdariOrxan Abbasov. Onlara qəsdən bədənə ağır xəsarət yetirmə, xuliqanlıq kimi ittihamlar verilib. Lakin istintaq dövründə həbsdə saxlanmalarına ehtiyac duyulmayıb, barələrində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Lakin istintaqın gedişində - iyulun 5-də Sərdari Novxanı qəsəbəsində baş vermiş başqa bir bıçaqlanma olayına görə həbs edilib. Elə saxtakarlıq halı da bununla bağlı üzə çıxıb.

Kəndin adı Keçmədin, yolları keçilməz, məktəbi xaraba
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Birinci bıçaqlanma hadisəsi – “099” çay evindəki hadisə ilə bağlı cinayət işi məhkəməyə göndəriləndə Sərdari deyib ki, iş materiallarındakı imzalar ona məxsus deyil. Onun sözlərinə görə, müstəntiq onun adından sənədlərə imza atıb.

Məsələ burasındadır ki, Sərdari iyulun 5-də Novxanı hadisəsinə görə həbs ediləndən bir gün sonra onun əvvəlki işi üzrə istintaqın yekunlaşması haqda qərar çıxarılıb.

İstintaq yekunlaşandan sonra isə cinayət işinin materialları təqsirləndirilən şəxsə, onun vəkilinə təqdim olunmalı, onlar da materiallarla tanış olduqlarını imzalarıyla təsdiqləməlidilər.

Hökumətin siyahısında yoxdursa, jurnalisti nələr gözləyir?
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Vəkil də imzasının saxta olduğunu söyləyir

İş materiallarından belə görünür ki, Sərdari iyulun 8-də cinayət işinin materialları ilə tanış olub, bu haqda sənədi imzalayıb. O isə deyir ki, bu yalandır, ayın 5-dən artıq həbsdə idi, Binəqədi Rayon Polis İdarəsinə gedib materiallarla tanış olması mümkün deyildi. Heç müstəntiq də materialları onun yanına istintaq təcridxanasına gətirməyib.

Üstəlik, tanışlıq prosesində vəkil İsrafil İsgəndərovun da iştirak etdiyi, sənədləri imzaladığı görünür.

11 saylı vəkil bürosunun vəkili olan İsgəndərov məhkəmədə dindiriləndə deyib ki, onun adından atılan imza da saxtadır.

Onun sözlərinə görə, Sərdari çay evindəki hadisə ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib, təqsirləndirilən şəxs qismində tanınarkən onu da dövlət hesabına vəkil kimi dəvət ediblər.

O da ilkin dindirmə zamanı iştirak edib, sonradan Sərdarinin aqibəti haqda heç bir məlumatı olmayıb. Bu cinayət işi üzrə materiallarla tanış olmağa da nə çağırılıb, nə də gedib imza atıb.

'İydən boğuluruq': Broyler təsərrüfatını kəndin ortasında kim tikib?
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

“Ola bilər, texniki səhv olub”

Sərdarinin vəkili Rəşad Əliyev vəsatət qaldırıb ki, məhkəmə müstəntiqi də çağırıb dindirsin, ziddiyyətlərə aydınlıq gətirilsin. Məhkəmə müstəntiq Rəşad Cəfərovu çağırıb.

Müstəntiq deyib ki, hər iki təqsirləndirilən şəxs istintaqın sonunda cinayət işinin materiallarıyla tanış olub. O, iş materiallarındakı ziddiyyəti isə belə izah edib: “Ola bilər, texniki səhv olub...”

Vəkil Rəşad Əliyev vəsatət qaldırıb ki, cinayət işi təkrar araşdırma üçün istintaqa qaytarılsın: “Məhkəmə bu vəziyyətdə işə baxa bilməz. Faktiki təqsirləndirilən şəxsin, müdafiəçinin adından saxta imzalar atılıb”.

Məhkəmə vəsatəti təmin edib və cinayət işi təkrar araşdırma üçün istintaqa qaytarılıb. Müstəntiqin haqqında isə xüsusi qərar çıxarılıb.

XS
SM
MD
LG