Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:21

Miqrantlar taksi sürə bilməyəcək


Taksi
Taksi

Rusiyanın Çelyabinsk vilayətində miqrantlar taksi sürə bilməyəcək. Vilayətin qubernatoru Boris Dubrovsky bu il yanvarın 13-də imzaladığı sərəncamla regiondakı nəqliyyat şirkətlərinə 2017-ci ildə «müxtəlif iqtisadi fəaliyyət növləri üzrə patent əsasında əmək fəaliyyəti həyata keçirən xarici vətəndaşları» işə götürməyi qadağan edib.

Qadağa şəhərdaxili və şəhərlərarası avtomobil (avtobus) sərnişin nəqliyyatına və taksilərə şamil edilir.

Bu qadağa hələ Rusiya pasportu almağa imkan tapmamış miqrantlara, ilk növbədə Orta Asiyadan olan şəxslərə təsir göstərəcək.

NOVOSİBİRSKDƏ OXŞAR QADAĞA VAR

2016-cı ilin avqustunda Novosibirsk vilayətinin qubernatoru Vladimir Gorodetsky əmək miqrantlarına qarşı analoji sərəncam vermişdi. Miqrantlara regionda ov, vəhşi heyvanların yetişdirilməsi, balıqçılıq, faydalı qazıntıların çıxarılması, uşaq qidası və dietik qida məhsullarının istehsalı ilə məşğul olmaq yasaqlanırdı. Onlara tətil zamanı uşaq düşərgələrində işləmək, ictimai nəqliyyatda və taksidə sürücülük etmək, maliyyə fəaliyyəti, mühasiblik, kommersiya fəaliyyəti üzrə konsultasiya vermək və hətta redaktor və tərcüməçi işləmək qadağan edilirdi.

Hüquq müdafiəçiləri bu sərəncama qarşı çıxış edirdilər. Onların arqumenti bu idi ki, miqrantlar artıq həmin növ fəaliyyətlərə patent əldə ediblər. Ancaq hüquq müdafiəçilərinin səyləri nəticə vermədi.

Rusiya Federal Miqrasiya Xidmətinin məlumatına görə, 2015-ci ildə Rusiya ərazisində 10 milyon xarici vətəndaş olub. 2016-cı ildə onların sayı bir qədər azalıb. Qurumun məlumatına görə, miqrantların 2 milyondan çoxu Ukraynadan, bir o qədəri Özbəkistandan, təqribən 1 milyonu Tacikistandan gəlib.

XS
SM
MD
LG