Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:40

41 milyon manatdan çox ziyan ödənilib


Müsadirə olunan pullar dövlət büdcəsinə qayıdırmı?
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

Müsadirə olunan pullar dövlət büdcəsinə qayıdırmı?

Azərbaycanda son illər nazirlər, nazir müavinləri, icra başçıları və digər yüksək vəzifəli şəxslər milyonlarla manatın mənimsənilməsində suçlanaraq həbs olunublar. Sonradan məhkəmənin gedişatında onlardan bəziləri dövlətə vurulmuş ziyana görə ödənişlər ediblər.

Bu cür yüksək vəzifəli şəxslərin işinə çıxan vəkil adının çəkilməməsi şərti ilə AzadlıqRadiosuna deyib ki, dəymiş zərər məhkəmə prosesi gedərkən ödənilsə, bu onların cəzasını yüngülləşdirir. Cəzanın nə qədər yüngülləşməsi işin mahiyyətinə görə hakimin qərarı ilə olur. Ödəmə mexanizmi isə belədir: Hesablanmış zərərin miqdarı müvəqqəti olaraq Baş Prokurorluğun hesabına köçürülür və bunun təsdiq qəbzi məhkəmə işinə əlavə olunur. Məhkəmə həmin ittiham olunan şəxsi təqsirkar bilərsə, prokurorluğun hesabında müvəqqəti saxlanan həmin vəsait dövlət hesabına köçürülür. Yox, əgər şəxs bəraət alarsa, vəsait onun özünə geri qaytarılır.

Elə bu günlərdə, avqustun 6-da xəbər yayıldı ki, Mədəniyyət Nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov mənimsəməkdə ittiham olunduğu büdcə vəsaitinin 5 milyon manatını geri qaytarıb. Vəkili məhkəmədən onun zərəri ödədiyi üçün ev dustaqlığına buraxılmasını istəyib, amma dövlət ittihamçısı buna etiraz edib.

Dövlətə vurulan ziyanın məmurdan geri alınması qaydaları
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Adlar açıqlanmır

Mədəniyyət Nazirliyinin əməkdaşlarından savayı, Rabitə Nazirliyinin, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbərlərinin də dəymiş ziyanın bir hissəsini istintaq orqanına ödəmələri haqda məlumatlar yayılıb.

Baş Prokurorluğun bu gün, avqustun 10-da yaydığı məlumata görə, 2021-ci ilin ilk 6 ayında prokurorluq orqanlarında istintaqı tamamlanan cinayət işləri üzrə 41 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə AzadlıqRadiosuna deyib ki, ziyanı ödəyənlər arasında məmurlar da var. Amma onlarla bağlı ayrıca statistika aparılmır.

2016-cı ildə "rabitəçilərin işi" ilə bağlı prosesdə vəkil Bəylər Məmişov öz çıxışında bildirmişdi ki, keçmiş nazir Əli Abbasov 7 milyon manata yaxın pul qaytarıb. Amma onun nədə günahlandırıldığı, bu qədər böyük pulun ondan niyə alındığı bilinmir.

Ziyanın yarısını qaytarmaq da xeyirdir

Vəkil Fariz Namazlı deyir ki, Azərbaycan qanunvericiliyinə əsasən, istər vəzifəli, istərsə də hüquqi şəxslər məhkəmə prosesində dəymiş ziyanı ödəyirlərsə, bu, cəzanı yüngülləşdirir və məhkəmə bunu öz qərarında nəzərə alır: "Tutalım, dövlətin əmlakını aidiyyəti üzrə istifadə etməmə və bunun da nəticəsində dövlətə, deyək ki, 1 milyon manat ziyan vurulub, bu da ittiham aktında göstərilib. Məhkəmə prosesində həmin ziyanı ödəyir. Hər bir halda, dəyən ziyan ödənirsə, bu, məsuliyyəti yüngülləşdirən haldır".

Özəlliklə, 2015-ci ildə dünya bazarında neftin qiyməti ucuzlaşanda, Azərbaycanda manatın iki dəfə devalvasiyaya uğradığı zamanlarda yüksək vəzifəli şəxslərə qarşı əməliyyatlar keçirilib. Son illər isə DTX müxtəlif bölgələrdə icra hakimiyyətlərində əməliyyatlar aparıb, icra başçıları da daxil, digər vəzifəli şəxsləri həbs olunub. Onların böyük əksəriyyəti dövlət əmlakını mənimsəmə, dövlətə böyük miqdarda zərər vurma və digər maddələrlə ittiham olunublar. Korrupsiya ittihamı ilə saxlananların əmlakının dəyən ziyana görə müsadirə olunması barədə qeyri-rəsmi məlumatlar yayılsa da, hələlik, bu barədə rəsmi xəbər yoxdur.

XS
SM
MD
LG