Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:17

Koronavirusun dərmanı nə vaxt olacaq?


Bugün bu sual bütün planet boyunca yüz minlərlə narahat insanı düşündürür.

Sualın cavabı hələ olmasa da, ümidverici hadisələr artıq baş verməkdədir.

Hazırda bütün dünyada COVID-19 virisuna qarşı onlarca potensial preparat üzərində tədqiqat gedir.

Onlardan bəzilərinin səmərəliliyi təsdiqlənib. Amma bu, məhdud kliniki tədqiqatlar zamanı baş verib.

Bu preparatların əksəriyyəti vaxtilə başqa xəstəliklərin, məsələn qripin, Ebola virusunun, HIV və malyariyanın müalicəsi üçün hazırlanıb.

Məsələ burasındadır ki, hazırda müxtəlif ölkələrin müxtəlif klinikalarında bu məlum preparatlardan yeni koronavirusun – SARS-CoV-2 xəstəliyinin müalicəsi üçün eksperimental qaydada istifadə edilir.

Amma həkimlər bu üsula çarəsizlikdən, necə deyərlər “tutdu qatıq, tutmadı ayran” prinsipi ilə əl atırlar. Dərmanlar bəzi hallarda müsbət nəticə verir. Amma problem burasındadır ki, həkimlər bunun niyə baş verdiyini bilmirlər. Bunu başa düşmədən isə sözü gedən dərman preparatlarından kütləvi istifadə etmək olmur.

Preparatlar kütləvi istehsala və istifadəyə verilməzdən əvvəl bir sıra kliniki tədqiqat mərhələlərindən keçməlidir.

Bu mərhələlər zamanı preparatların həm də yan təsirləri və ya mümkün fəsadları öyrənilir.

Koronavirusun yayılma xəritəsi. Martın 23-ə olan vəziyyət
Koronavirusun yayılma xəritəsi. Martın 23-ə olan vəziyyət

İstənilən dərman preparatı canlı orqanizmdəki biokimyəvi prosesləri təsirləndirir. Dərmanlar nəyə isə xeyir verirsə, nəyə isə də ziyan vurur. Bu zaman tədqiqatçılar ziyanla xeyirin arasındakı balansı düzgün müəyyən etməlidirlər.

Bu prosesin mürəkkəbliyi ucbatından üzərində tədqiqat aparılan preparatların çox az bir hissəsi bütün maneələri aşa bilir.

Söhbət infeksiyalara qarşı preparatlardan gedirsə, onlar üç icbari mərhələdən keçməlidir.

Burada çox vaxt hətta ilk mərhələni keçmiş preparatların üçdə ikisi sonuncu mərhələni aşa bilmir. Yəni məsələ bu qədər ciddidir.

Koronavirusun müalicəsi üçün tədqiqat altında olan preparatların əksəriyyəti isə heç hələ birinci mərhələni də tam keçməyib.

Burada sevindirici hal odur ki, adi hallarda hər hansı preparatı işləyən şirkət bu iş üçün böyük məbləğlərdə pul axtarır. Bir sıra dərmanların tədqiqatı vəsait çatışmazlığına görə dayandırılır.

Amma koronavirus pandemiyası pul problemi barədə heç düşünmək imkanı da yaratmır.

Dünya Səhiyyə Təşkilatının Cenevrədəki iqamətgahı
Dünya Səhiyyə Təşkilatının Cenevrədəki iqamətgahı

İndiyədək Dünya Səhiyyə Təşkilatı (DST) koronavirus üçün hazırlanan preparatların ən ümid verən qisminin maliyyələşdirilməsi üçün Solidarity (Həmrəylik) adlı qlobal layihəyə başlayıb.

Amma bütün hallarda məlum olan budur ki, koronavirusun vaksini və dərmanının tam hazır edilməsinə aylar lazım gələ bilər.

AzadlıqRadiosu tədqiqat mərhələsində olan yeni preparatlar, habelə artıq koronavirus üçün istifadəsinə çalışılan bir sıra mövcud preparatlar barədə məlumat toplayıb.

Ən ümid verən namizəd - Remdezivir

Mövcud preparatlardan biri də Remdezivirdir. ABŞ-ın Gilead Scienсes şirkəti bu dərmanı hərbçilərin köməyi ilə Ebola virusuna qarşı hazırlayıb. O qədər də uğurlu dərman sayılmır, amma bir neçə halda COVID-19 xəstəliyinin müalicəsində müsbət təsir göstərib.

Bu dərmanı 2015-ci ildə Ebola infesksiyasının yayıdığı vaxt hazırlamışdılar. O hələ rəsmən dərman kimi təsdiq edilməmişdi. 2019-cu ildə ikinci Ebola epidemiyası başlananda bu dərman ondan gözlənilən effekti vermədi.

Buna baxmayaraq, Remdezivirin işləmə prinsipi onu COVID-19-un müalicəsi üçün real namizədlərdən biri edir. Preparat genetik materialı RNT-sində yerləşən viruslara qarşı yaxşı təsirə malikdir. Dərman başqa sözlərlər belə virusların çoxalmasına mane olur.

Atipik pnevmoniyanın törədicisi olan koronavirusların, o cümlədən COVID-19-un da genetik materialı RNT-sindədir.

ABŞ-ın hərbi laboratoriyalarından birində COVID-19 tədqiq edilir
ABŞ-ın hərbi laboratoriyalarından birində COVID-19 tədqiq edilir

ABŞ-da rəsmən COVID-19-a yoluxmuş ilk şəxs Remdezivir kursunu keçib və elə növbəti gün vəziyyəti xeyli yaxşılaşıb. Kaliforniyadan olan başqa bir pasient bu preparatla müalicədən sonra sağalıb. Halbuki həkimlər onun vəziyyətini ümidsiz hesab edirdilər. Bu dərman İtaliyada 79 yaşlı pasientin də sağalmasında rol oynayıb.

Amma alimlərin fikrincə, hər hansı preparatın bir neçə pasientə yaxşı təsir etməsi hələ o demək deyildir ki, preparat kütləvi tətbiq edildikdə də lazımi nəticəni verəcək.

Buna baxmayaraq bu preparata böyük tələbat yaranıb, amma Gilead Sciences martın 22-də bildirib ki, kütləvi istehsalı təmin edəcək gücə malik deyil.

Remdezivir Solidarity layihəsinə daxil edilib və artıq 5 böyük klinikada sınaqdan keçirilir. Nəticələr aprel ayında açıqlanacaq.

Çin fəallıq göstərir

Başqa bir namizəd preparat kimi Favipiravir adlı dərmanın adı çəkilir. Ticarət adı Aviqan olan bu dərman Yaponiyada istehsal olunub və qripə qarşı preparat kimi nəzərdə tutulub.

Amma bu preparata daha ehtiyatla yanaşılır, çünki onun bəzi təhlükəli yan fəsadları var. Məsələn müəyyən edilib ki, preparat kişilərdə spermlərə müdaxilə edə bilir. Digər tərəfdən məlum olub ki, preparat tənəffüs yollarının müalicəsi üçün yüksək səmərəliliyə malik deyil.

Tehran banklarından birinin heyəti
Tehran banklarından birinin heyəti

2020-ci ildə Çin həkimləri bildirirdilər ki, Aviqan preparatından 200 koronavirus xəstəsinin müalicəsində istifadə olunub və yaxşı nəticə alınıb.

Onlar bildiriblər ki, preparatın sayəsində sağalma müddəti 11 gündən 4 günə enib.

Çin alimləri bunu da deyirlər ki, preparat təhlükəsizdir və xəstələr onun qəbulunu yaxşı keçirirlər.

Lakin Yaponiyada və Cənubi Koreyada Çin həkimlərinin bu nikbin məlumatlarına ehtiyatla yanaşırlar. Bu ölkələr Favipiravir preparatını özləri sınaqdan keçirirlər. Nəticələr bir neçə aydan sonra məlum olacaq.

Çində bu preparatdan o qədər razıdırlar ki, hətta onun analoqunu müstəqil istehsal etməyi planlaşdırırlar. Buna baxmayaraq Favipiravir DST-nin proqramına daxil edilməyib.

Trump-ın tələsmiş “müjdəsi”

ABŞ prezidenti Donald Trump COVID-19 epidemiyasının Birləşmiş Ştatlarda yayılmağa və vahimə yaratmağa başladığı bir vaxta çox nikbin bəyanat vermişdi.

Təbii ki, hökumət təbiblərinə güvənən prezident “şad xəbəri” verməyə tələsmişdi.

O bildirmişdi ki, Hidroksixloroxin və Azitromitsin adlı iki preparat birlikdə tətbiq edildikdə koronavirusun müalicəsində effektli vasitə ola bilər.

Amma sonradan məlum olmuşdu ki, Trump şad xəbəri verməkdə bir qədər tələsib.

Çünki Hidroksixloroxin malyariyaya qarşı preparat, Azitromitsin isə antibiotik kimi çoxdan tanınırdı və alimlər çox ehtiyatla bu iki preparatın qarışığından istifadə olunacağını bildirmişdilər.

Donald Trump bu bəyanatı verərkən Fransada cəmi 36 pasientin üzərində keçirilmiş tədiqiqatın nəticələrinə əsaslanmışdı.

Xloroxindən alınan Hidroxloroxin 1934-cü ildən bəri malyariyaya qarşı uğurla istifadə olunan preparatdır və DST-nin preparatlar kitabına daxil edilib.

Amma bu preparatın da diareya (ishal), ürək bulanması və hamilə qadınlarda dölün qüsurlu inkişaf etməsi kimi çoxlu fəsadları var.

DST Çin həkimlərinə çox da etibar etmir

Bu preparatlardan malyariya və amöbiaz kimi parazitar infeksiyalar zamanı istifadə olunur.

Bu yaxınlarda Çində aparılmış bir tədqiqat bu preparatlardan koronavirusa qarşı effektli istifadə oluna biləcəyini göstərən təcrübə keçiriblər. Preparatlar SARS-CoV-2 virusunun çoxalmasını dayandırıb, amma bu təcrübə sınaq şüşəsində və böyük həcmdə preparatlarla aparılıb.

Buna baxmayaraq Çin alimləri preparatlardan 100 xəstənin müalicəsində uğurla istifadə olunduğunu bildirirlər.

Bu da qeyd olunmalıdır ki, Çində artıq bu qəbildən olan 20-dək təcrübə aparılıb və DST onların nəticəsini ziddiyyətli kimi qiymətləndirir.

Xloroxindən əvvəllər də məsələn, Denge qızdırmasına qarşı istifadə cəhdləri olub. Lakin bu halda da preparat sınaq şüşəsində yaxşı nəticələr versə də, insanlara ziyanı, xeyrindən çox olub.

Koronavirusa qarşı HIV dərmanları da sınaqdan çıxarılır
Koronavirusa qarşı HIV dərmanları da sınaqdan çıxarılır

İndi isə bu preparatların daha böyük kliniki tədqiqatı aparılmalıdır. Buna artıq Çində başlanıb, ABŞ-da isə tezliklə başlanmalıdır.

Koronavirusa qarşı Lopinavir (Kaletra) və ritonavir adlı preparatlardan da istifadə cəhdləri olub.

Bu preparatlar 2000-ci ildə ABŞ-da HIV-yə qarşı dərman kimi rəsmən təsdiq edilib.

Koronavirusun müalicəsində elə də uğurlu olmayıb.

Buna baxmayaraq Kaletra da koronavirusa qarşı namizəd preparat kimi DST-nin Solidarity layihəsinə daxil edilib.

Koronavirus: Stresslə necə mübarizə aparmalı
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

Vaksinə çox var, amma dərman daha tez ola bilər

Alimlər bildirirlər ki, hazırda tədqiq olunan bu preparatların bəzilərinin təsiri barədə artıq aprel ayında nəticələr çıxarılacaq. Buna baxmayaraq virus infeksiyalarına qarşı preparatların hazırlanması son dərəcə mürəkkəbdir.

Məsələn adi qripin müalicəsi üçün indiyədək tam təsirli preparatların hazırlanması mümkün olmayıb. Bunun əsas səbəbi qrip virusunun tez-tez mutasiya etməsi və hər dəfə yeni “cilddə” qayıtmasıdır.

COVID-19 da mutasiya qabiliyyətinə görə belə bir xüsusiyyətə malikdir.

Bununa da yadda saxlamaq lazımdır ki, indiyədək artıq 4 koronavirus növü insanlar arasında dövriyyə edir.

Bunlar özünü adətən zökəm və ya soyuqdəymə formasında birüzə verir.

Bu viruslar üçün də hələlik heç bir vaksin hazırlanmayıb.

XS
SM
MD
LG