Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:15

Ərdoğan və Netanyahu münasibətlərin yaxşılaşdırılmasından danışıblar


Türkiyə prezidenti Recep Tayyip Ərdoğan və Binyamin Netanyahu
Türkiyə prezidenti Recep Tayyip Ərdoğan və Binyamin Netanyahu

Ərdoğanla Netanyahu arasında münasibələr Həməsə qarşı müharibəyə və 2010-cu ildə Qəzzaya gedən Türkiyə gəmisinə İsrailin hücumuna görə korlanmışdı

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan və İsrailin yeni baş naziri olacağı gözlənilən Binyamin Netanyahu noyabrın 17-də bəyan ediblər ki, ölkələri arasında münasibətlərin yaxşılaşdırılması prosesini davam etdirəcəklər.

Associated Press (AP) agentliyi yazır ki, Türkiyə-İsrail münasibətləri məhz Netanyahunun baş nazirliyi dövründə korlanmışdı.

Lakin son dövlərdə iki ölkə münasibətlərini normallaşdırmağa çalışır.

Ərdoğan və baş nazir Yair Lapid bu ilin sentyabrında Nyu Yorkda görüşmüşdülər.

Bu, iki ölkənin başçıları arasında son 14 ildə ilk görüş olmuşdu.

Təlatümlü münasibətlər

Ərdoğanla Netanyahu arasında münasibələr Həməsə qarşı müharibəyə və 2010-cu ildə Qəzzaya gedən Türkiyə gəmisinə İsrailin hücumuna görə korlanmışdı.

Netanyahu 12 illik hakimiyyətdən sonra baş nazir vəzifəsini tərk edəndən bəri Ərdoğan Türkiyə-İsrail münasibətlərinin normallaşdırılmasına cəhdlər edir.

Noyabrın 17-də iki siyasətçi arasında telefon söhbəti ondan xəbər verir ki, bu münasibətlər sıxlaşmaqda davam edəcək.

Netanyahunun ofisi bildirib ki, telefon söhbəti zamanı iki ölkə arasında “münasibətlərin yeni erası” müzakirə olunub.

Netanyahu seçki nəticələri bəlli olandan sonra İsrailin yeni hökumətini tərtib edəcək.

Paşinyandan Azərbaycana sülh təklifi
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Münasibətlərin “yeni erası”

Ərdoğanın administrasiyası bildirib ki, Türkiyə liderinə Netanyahu zəng edib və İstanbulda baş vermiş partlayışın qurbanlarına görə başsağlığı verib.

Ərdoğan arzu etdiyini bidlirib ki, İsrail seçkisinin nəticələri iki ölkənin münasibətləri üçün xeyirli olacaq.

Məlumata görə Ərdoğan habelə qeyd edib ki, Türkiyə və İsrail münasibətləri yeni eraya daxil olub.

Ötən illər ərzində Ərdoğan İsraili Fələstin siyasətinə görə tənqid edib. İsrail isə öz növbəsində Türkiyənin Həməslə yaxın münasibətlərindən narazı olub.

İki ölkə arasında diplomatik münasibətlər 2010-cu ildə pozulub.

Amma İsrail prezidenti İshaq Herzoqun ötən mart ayında Türkiyəyə dövlət səfəri zamanı iki ölkə arasında səfir mübadiləsi barədə razılaşma əldə olunub.

XS
SM
MD
LG