Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:03

İsrail tankerinə İranın hücum etdiyi xəbər verilir


İsrailin Pacific Zircon neft tankeri
İsrailin Pacific Zircon neft tankeri

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, noyabrın 16-da Oman sahillərində tankerə hücum İran istehsalı olan dronla həyata keçirilib

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, noyabrın 16-da Oman sahillərində tankerə hücum İran istehsalı olan dronla həyata keçirilib.

Reuters komandanlığa istinadla bildirir ki, bu aksiyaya Britaniya donanmasına məxsus hərbi gəminin başçılığı ilə beynəlxalq dəniz əməliyyatı ilə reaksiya verilib.

Qumda təhsil alan qadın: 'Bizə vətəni sevməyənlər kimi baxılır'
Gözlə

No media source currently available

0:00 0:07:50 0:00

İsrail rəsmiləri İsrailin Eastern Pacific Shipping şirkətinin Pacific Zircon neft tankerinə hücuma görə İranı ittiham edib.

Şirkət bildirir ki, gəmiyə azacıq zədə dəyib, xəsarət alan olmayıb və neft sızması baş verməyib.

Bundan əvvəl Ağ Ev rəsmilərindən biri demişdi ki, Vaşinqton hücumun İran PUA-sı tərəfindən edildiyinə tam əmindir.

İran təhlükəsizlik xidmətlərinə bağlı Nournews agentliyi isə hücuma görə İsraili ittiham edib.

İranla münasibətlər gərginləşəndə

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə dronun qalıqları onun İran istehsalı Şahed tipli kamikadze dronu olduğunu göstərir:

"Bu mühüm dəniz boğazında mülki gəmi üzərinə PUA ilə hücum edilməsi bir daha İranın bu regionda pozucu fəaliyyətlərini nümayiş etdirir”.

Məlumatda deyilir ki, hadisə ilə bağlı əməliyyatda Britaniyanın Lancaster, ABŞ-ın The Sullivans gəmiləri və sahil patrul katerləri iştirak ediblər.

Körfəz hövzəsində tankerlərə hücumlar adətən İranla münasibətləırin gərginləşdiyi vaxtlara təsadüf edir.

2021-ci ilin iyulunda da Oman sahillərində İsrailin neft məhsulları tankerinə dron hücumu edilmişdi.

İran o vaxt da ona qarşı ittihamları rədd edirdi.

XS
SM
MD
LG