Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:15

Borrel Rusiyadan yan keçən Azərbaycan marşrutundan yazır


Jozep Borrel
Jozep Borrel

Diplomat ilk növbədə Çini və Avropanı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək birləşdirən Trans-Xəzər dəhlizindən söz açır

Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri qarşılıqlı əlaqələrin dərinləşdirilməsində və Rusiyadan yan keçən dəhlizlərin inkişaf etdirilməsində maraqlıdırlar.

Bu barədə Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel yazıb.

Borrelin fikrincə Mərkəzi Asiya öz münasibətlərini şaxələndirməyə çalışır və Avropa İttifaqına “ən etibarlı partnyor” kimi baxır.

Avropanın baş diplomatının AI-nin Xarici Fəaliyyət İdarəsinin saytında dərc etdiyi məqalədə yazdığına görə Avropa İttifaqı da həm enerji daşıyıcıları, həm də “strateji mühüm xammal” baxımından bu regionla münasibətlərin inkişaf etdirilməsində maraqlıdır.

Borrel etiraf edir ki, mövcud əılaqələr çox zəif inkişaf edib. O düşünür ki, Mərkəzi Asiyanın bir çox ölkələrinin Avropa və dünya bazarlarına çıxışı yalnız Rusiya vasitəsi ilədir.

Acı təcrübə

O qeyd edir ki, Rusiyadan həddən ziyadə asılılıq və seçimin olmaması təhlükəlidir və baha baş gələ bilər.

Borrel bildirir ki, “artıq belə bir acı təcrübəmiz var”.

Diplomat ilk növbədə Çini və Avropanı Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək birləşdirən Trans-Xəzər dəhlizindən söz açır.

Borrel qeyd edir ki, Avropa Yenidənqurma və İnkişaf Bankı bu dəhlizin texniki-iqtisadi əsaslandırılması və onun mümkün çətinliklərinin aradan qaldırılması üzərində işləyir.

Borrelin sözlərinə görə Rusiya və Çin Mərkəzi Asiyada mühüm rol oynaymaqda davam edirlər, amma Avropa İttifaqı artıq bu regionun ticarət və investisiya partnyorudur.

Paşinyandan Azərbaycana sülh təklifi
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Aİ Mərkəzi Asiyaya Rusiya və Çindən çox pul yatırıb

Diplomatın qeyd etdiyinə görə Avropa İttifaqı son 10 ildə bu regiona 100 milyard avrodan çox investisiya yatırıb və bu, Rusiya və Çinin regiondakı investisiyalarından çoxdur.

Onun sdözlərinə görə Aİ bu regiona daha 300 milyard avro investisya yatırmağı planlaşdırır.

Bu da qeyd olunur ki, Rusiya Ukraynaya müdaxilə edəndən bəri Qərbin qoyduğu sanksiyalarla bağlı Mərkəzi Asiya regionu ilə əməkdaşlığını daha fəal inkişaf etdirməyə başlayıb.

Ermənistanla həmsərhəd Astaf kəndinin bərbad durumu
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

2022-ci ilin oktyabrında tarixdə ilk dəfə olaraq “Rusiya-Mərkəzi Asiya” formatında sammit keçirilib.

Bu konfransda çıxış edən Vladimir Putin bəyan edib ki, Rusiya Mərkəzi Asiya regionunun ən böyük investorudur.

Onun sözlərinə görə Moskvanın Mərkəzi Asiya ölkələrinə birbaşa yatırımları 5 milyard dollar təışkil edib.

XS
SM
MD
LG