Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:58

Gənclər 21 il baş nazir, 23 il daxili işlər naziri olanlardan nə gözləyir? [video]


Ahıl yaşlarına qədər nazir olmaq ölkəni nələrdən məhrum edir?
Gözlə

No media source currently available

0:00 0:14:12 0:00

Prezident yaşlı nazirləri niyə dəyişmir? [video]

20 il əvvəl mərhum prezident Heydər Əliyev gənclərə qayğı göstərdiyini nümayiş etdirmək üçün fevralın 2-ni Azərbaycanda Gənclər Günü elan eləyib.

Bəs indiki Azərbaycan hökuməti gənclərə nə qədər qayğı göstərir? Məsələn, gənclərə hökumətdə qərar vermək səlahiyyəti verilirmi? Və ya gənclərin hakimiyyətdə təmsil olunması dövlət idarəçiliyində hansı dəyişiklik yaradardı?

İndiki hökumət və gənclər

Buna da bax:​ Gənclər Günüdür

Sosial şəbəkələrdə Azərbaycan hökumətinin əsasən yaşlılardan ibarət olunması tənqid olunur, 21 ildir baş nazir postunda qalan 81 yaşlı Artur Rasizadə, 23 ildir ki, daxili işlər naziri olan 68 yaşlı Ramil Usubov və başqaları misal gətirilir.

34 yaşlı Bəxtiyar Hacıyev Harvard Universitetinin Kennedi Hökumət məktəbinin məzunudur. Deyir ki, onun keçmiş tələbə yoldaşlarının çoxu indi dövlət idarəçiliyində təmsil olunur. O da hökumətdə işləmək istərdi, amma şərti var:

“İslahat və dəyişiklik istəyi olan yerdə o kadrların heç biri olmamalıdır. Hansılar ki, 15-20 il eyni vəzifədə otururlar, eyni problemlər vətəndaşlar tərəfindən minlərlə dəfə səsləndirilir, amma həmin komanda eyni tərkibdə qalırsa, deməli, komanda heç bir müsbət dəyişiklik etmək niyyətində deyil. Əgər görsəm ki, komanda daxilində müəyyən dəyişiklik olur və köhnə kadrlar minlərlə dəyişiklik gətirəcək kadrlarla əvəz olunur, o vaxt bu barədə düşünmək olar”.

Buna da bax:​ Artur Rasizadə - ən yaşlı baş nazir

"Gənclər daha həvəslə işləyə bilərlər"

Bəxtiyar Hacıyev deyir ki, gənc nəslin hakimiyyətdə təmsil olunmasının bir sıra üstünlükləri var. Məsələn, gənclər yeni ideyalar, yeni yanaşmalar təqdim edə, daha həvəslə işləyə bilərlər. O, ASAN xidmətin yaxşı işləməsini orda çalışanların çoxunun gənc olması ilə izah edir.

Bakı sakinlərinə bu sualı vermişik: Azərbaycan hakimiyyətini bir adama bənzətsəydiniz, onun davranışlarına neçə yaş verərdiniz?

Azərbaycan hökuməti neçə yaşlı insana bənzəyir?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Gənclər və idman naziri Azad Rəhimov isə deyir ki, hökumət gənclərə şərait yaradır:

“Daim çalışırıq ki, ətrafımızda gənclər toplaşsın, gənclərlə bağlı 300 dən artıq qeyri-hökumət təşkilatı fəaliyyət göstərir, çoxlu layihələr dəstəklənir. Cənab prezident tərəfindən fəal gənclərə mükafat təqdim olunur”.

Buna da bax:​ İndiki prezidentin atasındanqalma təcrübə [video]

"Nə qədər gənc tanıyıram ki, hakimiyyətə yarınmaqla məşğuldur"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə deyir ki, hakimiyyətdə təmsil olunanların yaşına yox, onların biliyinə önəm vermək lazımdır:

“Gənclərin üzə çıxması və ya geridə qalması bir o qədər əhəmiyyət kəsb eləmir. Cavanın və ya yaşlının kim olması önəmlidir. İndiki zamanda Azərbaycanda bir gənc nəsil var. Bu gənc nəslin hamısı keyfiyyətlidirmi? Gənc olmaq özü özlüyündə imtiyaz verirmi? Nə qədər gənc tanıyıram ki, bizim yarıtmaz hakimiyyətə yarınmaqla məşğuldur və müxtəlif vəzifələrdə irəli çəkilib, Azərbaycanın gələcəyini bada verir”.

Buna da bax:​ Belçikada həbsdəki gənclərə dəstək

Zərdüşt Əlizadə deyir ki, bütün yaşlardan olan şəxslərə bərabər şəraitin yaradılması üçün ölkədə demokratik islahatlar aparılmalı, məsələ kökündən həll olunmalıdır.

XS
SM
MD
LG