Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:49

Çovdarov: 'Siz bu işə hakimlik etmək iqtidarında deyilsiniz'


Akif Çovdarov
Akif Çovdarov

Keçmiş MTN generalı Akif Çovdarov məhkəmə zalında oksigen balonu ilə oturub...

"Akif Çovdarovu məhkəməyə zorla, sürüyərək gətirirlər" - MTN generalının vəkili Sadiq Rəsulov AzadlıqRadiosu-na belə deyib.

Buna da bax:​ 'Gülağa Tənha' və 'Çovdarov işi'ində adı keçənə 13 il həbs istənildi

Məhkəmə günün 1-ci yarısında baş tutmadı

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun və onun tabeliyində çalışmış daha üç nəfərin - Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işi üzrə noyabrın 14-də günün birinci yarısına təyin olunmuş məhkəmə iclası baş tutmadı. Çovdarov sağlıq problemlərinə görə məhkəməyə gətirilməmişdi.

Onun və daha üç nəfərin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət heyət Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxır.

Buna da bax:​ MTN-in agenturasına ayrılan milyonlar

Vəkilləri Çovdarovun məhkəmədə iştirakının mümkünsüzlüyü haqda tibbi arayış təqdim eləsələr də, hakimlər qəbul etməyib. Qərar veriblər ki, Akif Çovdarov gətirilsin. Bu məqsədlə də məhkəmə prosesində fasilə elan olunub.

Ağzında oksigen balonu?

Bir müddət sonra Çovdarov ağzında oksigen balonu və həkimlərin nəzarəti altında məhkəməyə gətirilib. Elə məhkəmə zalında da bu vəziyyətdə olub.

Çovdarov və digərlərinin məhkəməsində jurnalistlərin iştirakına qadağa qoyulduğundan, prosesdə baş verənlərdən vəkillər vasitəsilə məlumat almaq mümkün olub.

Buna da bax:​ Çovdarov məhkəməyə xərəkdə gətirildi

Çovdarovun vəkili Kamandar Nəsibov AzadlıqRadiosu-na bildirib ki, MTN generalı məhkəməyə müdafiəçilərindən imtinası barədə ərizə təqdim edib. General bu addımını vəkillərinin heç bir vəsatətinin təmin olunmaması, müdafiə tərəfi kimi, onlara heç bir imkan yaradılmaması ilə əsaslandırıb: "Akif Çovdarov məhkəmədə dedi ki, "əgər vəkillərim mənim səhhətimlə bağlı bir məsələni həll etmək iqtidarında deyilsə, onların verdiyi vəsatətlərə hakimlər baxmaq istəmirsə, mənə, ümumiyyətlə, vəkil lazım deyil".

Daha öncə vəkillərin özü də işə baxan hakimlərə etiraz ediblər. Onlar etirazı hakimlər heyətinin işə obyektiv baxmaması, qərəzli olmasıyla əsaslandırıblar. Etiraz baxılmamış saxlanılıb.

Buna da bax: 'Akif Çovdarovun durumu gündən-günə pisləşir'- vəkil

Vəkillərinin məhkəmə tərkibinə etirazının qəbul edilməməsi haqda qərar elan olunandan sonra Çovdarov hakimlərə üz tutaraq belə deyib: "Siz onsuz da bu işə hakimlik etmək iqtidarında deyilsiniz, göstərişlə işləyirsiniz. Siz heç bir məsələni həll edə bilmirsiniz".

Vəkillərdən imtina məsələsi

Akif Çovdarovun vəkillərindən imtina məsələsinə noyabrın 15-də keçiriləcək növbəti məhkəmə iclasında baxılacaq.

Çovdarovun başqa bir vəkili Sadiq Rəsulov deyir ki, o, oktyabrın 25-dən başladığı aclıq aksiyasını hələ də davam etdirir: "Səhhəti əvvəlkindən də ağırdır. Yemək, dərman qəbul eləmir. Artıq iki dəfədir ki, məhkəmə iclasına zorla, sürüyərək gətirirlər. Ona görə əsəbləri daha da pozulur, psixoloji durumu gərginləşir. Məhkəmədə də vəziyyəti tez-tez pisləşirdi, oksigen çatışmazlığı yaranırdı. Məcbur olub həkimlər onu zaldan çıxarırdı. Hətta yarım saatacan zaldan kənarda qaldı. Başa düşmürük ki, onu bu vəziyyətdə məhkəməyə gətirməyin səbəbi nədir".

Buna da bax:​ Prokurorluq generalın açıqlamasını araşdırır

Vəkilin sözlərinə görə, hakimlər Çovdarovun səhhətindəki problemlərə biganə yanaşırlar: "Akif müəllim deyir ki, "xəstəyəm, səhhətimdə problemlər var". Hakim cavab verir ki, "biz mütəxəssis deyilik, heç nə edə bilmərik". Biz vəkilləri olaraq, xəstəliyi ilə əlaqədar ekspertiza təyin olunması haqda vəsatət vermək istəyirik, hakim deyir ki, "indiki mərhələdə buna ehtiyac yoxdur".

Xatırlatma

A. Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Buna da bax: Generalın məktubu yayılıb: 'Məni öldürmək istəyirlər...'

A. Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Buna da bax:

Akif Çovdarov məhkəmədə şikayət edib
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

XS
SM
MD
LG