Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:16

İsrailə ultimatum verməsi Baydeni iki od arasında qoyub


Baş nazir Benyamin Netanyahu İsrail və HƏMAS arasında davam edən qarşıdurma fonunda İsrailə gələn prezident Co Baydeni qarşılayır. 2023
Baş nazir Benyamin Netanyahu İsrail və HƏMAS arasında davam edən qarşıdurma fonunda İsrailə gələn prezident Co Baydeni qarşılayır. 2023

ABŞ prezidenti Co Bayden İsrailə ultimatum verib ki, Rəfah şəhərinə irimiqyaslı hücum gerçəkləşdirsə, ona bəzi silahları verməyəcək. Konqresin hər iki partiyadan olan millət vəkilləri onun bu addımını bəyənmirlər.

Mayın əvvəlində CNN müxbiri Erin Barnettə müsahibəsində bu ultimatumu açıqlamaq qərarı Baydeni millət vəkillərinin sərt tənqidi ilə üzləşdirib.

"Bir yandan deyirlər ki, həddindən çox fələstinli öldürülüb, o biri yandan da bizi, əslində, mülki ölümlərin sayını azaldacaq yüksək dəqiqliyi olan silahlardan məhrum edirlər", - Ohayo ştatının təmsilçisi olan respublikaçı senator Ceyms Devid Vens CNN-ə müsahibəsində belə deyib. Ancaq Bayden ayrıca bomba və top mərmilərinin adını çəkib. Prezident administrasiyası onları heç kimi ayırmayan qeyri-dəqiq silahlar sayır.

"Ən pis qərar"

ABŞ İsrailə idarəolunan aviabombaların (JDAM) satışı və ya verilməsi üzərində də düşünür, ancaq ölkə rəsmiləri bu transferlərin olub-olmayacağının dəqiq bilinmədiyini və yalnız gələcəkdə ola biləcəyini söyləyirlər.

Baydenin bu açıqlaması oktyabrda başlanan İsrail-HƏMAS münaqişəsinin yeddi aylıq tarixində ABŞ-la İsrail arasındakı münasibətlərin dönüş nöqtəsidir. Bununla yanaşı, prezidentin köməkçiləri deyirlər ki, baş nazir Benyamin Netanyahuya dəfələrlə xəbərdarlıq edildiyindən həmin açıqlama İsrail üçün sürpriz olmamalıdır.

Bu ay ABŞ İsrailin Rəfaha atacağından təlaşlandığı 3 min 500 bombanın İsrailə verilməsini müvəqqəti dayandırıb.

Cənubi karolinalı respublikaçı senator Lindsi Qrem ultimatumu "ABŞ-İsrail münasibətlərinin tarixində ən pis qərar" adlandırıb. Ağ evi tez-tez tənqidə tutan Qrem Bayden administrasiyasını silah axınını qoruyub saxlamağa çağırıb.

Lindsi Qrem
Lindsi Qrem

Florida ştatını təmsil edən respublikaçı senator Rik Skott mayın əvvəlində "Fox News" kanalına deyib ki, Baydenin bu qərarı İsrailə qorxunc mesaj ötürür. Onun iddiasına görə, "prezident, təəssüf ki, indi öz partiyasının HƏMASyönlü qanadının bir parçasıdır".

"Prezidentin haqlı olduğunu düşünürəm"

Mayın 10-da Nümayəndələr Palatasının 26 demokrat üzvü Baydenə məktub göndərib. Onlar administrasiyanın İsrailə silah göndərilməsini dayandırmaqla HƏMAS və İranın dəstəklədiyi digər terrorçu proksilərə ötürdüyü mesajdan dərin narahatlıq keçirdiklərini bildiriblər.

Nyu-Cersi ştatını təmsil edən demokrat millət vəkili Coş Qotteymerin rəhbərlik etdiyi bu qrup Ağ evdən Baydenin qərarı, habelə Konqresin İsrailə ayırdığı yardımın necə və nə zaman çatdırılacağı ilə bağlı brifinq keçirməsini də istəyib

Konqresin aşağı palatasının Vaşinqton ştatından seçilən demokrat üzvü Adam Smit isə İsrailə transfer edilməsi dayandırılan silah növlərinə diqqət çəkib: "Prezident …müsahibəsində bu məsələyə gərəkən qədər aydınlıq gətirmədi. Bugünədək [transferi dayandırılan silahlar] sadəcə …900 kiloqramlıq bombalardır. Çünki prezidentin fikrincə, - və mən onun haqlı olduğunu düşünürəm,- bu silahlardan Rəfahda istifadə edilməməlidir".

Kris Mörfi
Kris Mörfi

Azı, 35 min dinc sakin öldürülüb

Demokratların başqa bir bölümü Baydeni güclü şəkildə müdafiə edib. Bayden bu ultimatum qərarından öncə, fevralın ortalarından bəri dəfələrlə Netanyahu ilə telefon danışıqları aparıb.

Konnektikut təmsilçisi, demokrat senator Kris Mörfinin sözlərinə görə, prezident Bayden "israillilərə deyir ki, biz tərəfdaş olacağıq, ancaq dinc sakin ölümlərinin sürətlə çoxalması, fəlakətin böyüyən həcmi uzunmüddətli perspektivdə HƏMAS-ı gücləndirəcək, İsrailə növbəti dəfə hücum edilməsi ehtimalını artıracaq…".

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, ABŞ-nin fikrincə, İsrail Qəzzada apardığı müharibədə HƏMAS terrorçularından daha çox mülki şəxs öldürüb və İsrail mülki ölümlərin sayını azaltmaq üçün daha çox iş görməlidir.

Qəzzanın Səhiyyə Nazirliyi iki həftə öncə İsrail ordusunun anklavda öldürdüyü insan sayının 35 mini keçdiyini bildirmişdi.

XS
SM
MD
LG