Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:57

Təbrizlilərin sevimli Traktoru


Ötən cümə Təbrizin Traktorsazi klubu öz meydanında Sepahana 1-3 hesabıyla uduzdu. Və İran Çempionatının sonuna 4 oyun qalmış çempion olmaq şansını itirdi.

İndi Traktorsazi 4-cü yerdədir, amma onun azarkeşlərini komandanın idman uğurları lap da çox maraqlandımır. Məsələn Təbrizli azarkeş Əlirza Hüseynzadə elə bir il əvvəl də, növbəti məğlubiyyətdən sonra deyir di ki, «Udsa da, uduzsa da, biz komandamızı sevirik».

BAŞARILAR GƏLİR- GEÇƏR, LƏYAQƏTİN BİZƏ YETƏR

Elə Traktorsazi – təbrizlərin dilində - «Tiraxtur» dedikləri komandanın indi satışa çıxardığı şarfın üzərində türkcə belə yazılıb. «Başarılar gəlir geçər, ləyaqətin bizə yetər».

Traktorsaziylə Təbrizdə oynamaq İran SuperLiqasındakı istənilən komanda üçün çətin olur. Çünki az qala hər oyunda Təbrizdəki «Yadegare İmam» staionunda 60 min azarkeş toplaşır.

Özü də toplaşanlar qırmızı qurdlar adı verdikləri komandaların oyununu izləməkdən daha çox özlərini izləyirlər, məsələn milli rəqslərini...

İranda azərbaycanlıların toplu halda öz dillərində danışıb, şüarlar səsləndirdikləri yeganə yer az qala stadiondur deyə, futbol oyunlarından da Təbrizli azarkeşlər milli duyğularını dilə gətirmək üçün istifadə edir. «Türk dilində mədrəsə, olmalıdır hər kəsə», «Bakı-Təbriz, Ankara», «Azərbaycan var olsun, düşmənləri kor olsun!» şüarlarını da tez-tez bu stadionunda eşitmək olar.

«İRAN TÜRKLƏRİNİN BARSELONASI»

Traktora İran türklərinin Barselonası da deyirlər. Düzdür elə məhz bu üzdən Tiraxtur azarkeşlər tez-tez oyunlardan sonra təzyiqlərlə üzləşir, həbs edilirlər. Təzyiqlər həmişə davam edir. Elə bu üzdən də «Traktorsazi azərbaycanlılar üçün nədir?» sualıyla müraciət etdiyim İrandakı azərbaycanlılar da danışmağa ehtiyatlanırdılar.

Amma onlara sadəcə milli hissləri təbliğ etdiklərinə görə yox, İranın, hətta Asiyanın ən çılğın futbol azarkeşləri olduqlarını da iddia edirlər. Qırmızı geyinən, əllərini, üzlərini qırmızı boyayan azarkeşlər, hələ üstəlik ağ göyərçinlərin də qanadlarını qırmızı boyayıb stadionda buraxırlar.

Düzdür, komanda onların çılğınlığından çox az faydalanıb. Hələ bir dəfə də olsun nə İran çempionatı, nə də kubokunu udmayıb. 1995-ci ildə Hindistanda keçirilən bir kubokda qalib olublar, vəssəlam.

NEYTRAL TRAKTORSAZİ

Əslində futbol klubu olaraq Traktorsazi rəsmən azarkeşlərin milli duyğuları məsələsinə heç vaxt toxunmur da. Klubun internet səhifəsində, istərsə də rəsmi fan səhifəsində qeydiyyat keçən də sizə şərt qoyulur ki, siyasi, milli və dini məsələləri qabartmaq olmaz. Elə komandada oynayan oynayan azərbaycan türklərinin azlığı və hətta ən yaxşı oyunçularından birinin Andranik Teymurian adlı erməni olması da, Traktorsazinin neytrallığını göstərir...

Amma əvvəldə dediyim kimi, Traktorsazinin azarkeşləri üçün bu komanda nə oyunu, nə də oyunçularına görə yox, tamam başqa şeyə görə əziz qalır. Azarkeşlər üçün Tehranda keçirilən oyunda hamılıqla şüarlar səsləndirib, həbsə düşmək də mümkündür.


XS
SM
MD
LG