Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:22

Təbrizdə etiraz aksiyası


«Persepolis»-«Traktorsazi» , 27 iyul 2010

Avqustun 1-də Təbrizdə keçirilən etiraz aksiyasında həbs edilən 12 nəfərdən yalnız dördü haqqında məlumat var. Qalan azərbaycanlı fəalların harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

Bu barədə AzadlıqRadiosuna aksiya iştirakçılarından biri məlumat verib.

Həmsöhbətimizin dediyinə görə, iyulun 27-də Təbrizin «Traktorsazi» komandası ilə Tehranın «Persepolis» komandası arasında Tehranda keçirilən oyun zamanı fars azarkeşlər Təbriz komandasının azarkeşlərinə qarşı təhqiredici şüarlar səsləndiriblər.

Bu şüarları irqçi şüarlar kimi dəyərləndirən azərbaycanlılar buna cavab olaraq avqustun 1-də Təbrizdə aksiya keçiriblər.

«Yaşasın Azərbaycan!», «Ana dilində mədrəsə istəyirik!», «Azərbaycan milləti çəkməz belə zilləti!» və s. şüarlar səsləndiriblər.

Aksiya insidentsiz ötüşməyib. Belə ki, polisin mitinqçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi, bəzi aksiya iştirakçılarının müxtəlif bədən xəsarətləri aldığı və ən azı 12 nəfərinsə həbs edildiyi bildirilir.

Onlardan dördünün adları və harada saxlanıldığı məlum olsa da, səkkiz aksiya iştirakçısının taleyindən heç bir xəbər yoxdur.
XS
SM
MD
LG