Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:51

Bakı və Yerevan komissiyaların birgə fəaliyyətləri haqqında Əsasnaməni razılaşdırırlar


Demarkasiyadan sonra qoyulmuş sərhəd nişanları
Demarkasiyadan sonra qoyulmuş sərhəd nişanları

Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə komissiyaları birgə fəaliyyət haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzərində işləyirlər.

İyulun 1-ə olan vəziyyətə görə, komissiyalar işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar.

Bu haqda iyulun 1-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin ofisi məlumat yayıb.

"Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır", deyə məlumatda bildirilir.

***

Ermənistan hökuməti də iyulun 1-də Yerevan və Bakı arasında sərhədin delimitasiyası üzrə davam edən danışıqlarda irəliləyiş olduğunu bildirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyunun yazdığına görə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan danışıqların “konstruktiv davam etdiyini” deyib.

Qriqoryan bildirib ki, delimitasiya üzrə Ermənistan və Azərbaycan hökumət komissiyaları bir-birinə birgə fəaliyyətin “tənzimlənməsinə” dair layihə təqdim ediblər və müvafiq ortaq sənəd tezliklə bəyan ediləcək.

Azatutyun yazır ki, iyulun 1-də səhər baş nazir Nikol Paşinyan delimitasiya prosesinin vəziyyəti barədə suala cavab verməmişdi.

Bundan əvvəl

Aprelin 19-da Yerevan və Bakı sərhədin Qazax-Tavuş sektorunun bəzi hissələrinin dəqiqləşdirilməsi barədə ilkin razılaşma əldə olunduğunu bildirmişdilər.

Bəyanatda deyilirdi ki, iki ölkə arasında dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsi anında mövcud olmuş sərhəd xətti əsasında aparılır.

Bunun ardınca Ermənistanın bir sıra sərhəd kəndlərinin, əsas etibarilə Kirants sakinləri demarkasiyaya etiraz etdiklərini bildirmişdilər.

Onlar demarkasiya işlərinə mane olmaq üçün Yerevan-Tbilisi magistral avtomobil yolunun Kirants kəndi yaxınlığından keçən hissəsini bağlamışdılar. Bu hissə razılaşmaya görə Azərbaycanın nəzarətinə düşür.

Ermənistan müxalifətinin nümayəndələri və yerli Tavuş mərzinin arxiyepiskopu Baqrat Qalstanyan da etirazçılara qoşulmuşdular.

Daha sonra Qalstanyan bir ay müddətində paytaxt Yerevanda etiraz aksiyalarını davam etdirmişdi.

O vaxtdan bəri sərhəd komissiyalarının işi barədə heç bir xəbər verilmirdi.

XS
SM
MD
LG