Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

Paşinyan: Ermənistan heç bir ərazi tələbinin olmadığını təsdiq etməlidir


Paşinyan: 'Sülh istəyirik, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır'
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

Pasinyan:"Sülh istəyirik, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır"

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü “birmənalı” olaraq tanıyır və Bakıdan da belə bir mövqe gözləyir.

Bunu Rusiyanın RIA Novosti dövlət xəbər agentliyinin teleqram kanalında dərc olunmuş məlumata görə Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 18-də parlamentdə etdiyi çıxışında deyib:

"Mən elə indi təsdiq etmək istəyirəm ki, Ermənistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və gözləyir ki, Azərbaycan da Ermənistan SSR-in bütün ərazisini Ermənistan Respublikası kimi tanımaqla eyni addımı atacaq”.

Ermənistan SSR-in xəritəsi

Paşinyanın sözlərinə görə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi yalnız o halda reallığa çevrilə bilər ki, hər iki ölkə birmənalı şəkildə biri digərinin ərazi bütövlüyünü tanısın və bir-birinə ərazi tələbləri olmayacağına dair öhdəlik götürsün:

“Sülh o halda mümkün ola bilər ki, biz özümüzün bütün beynəlxalq münasibətlərimizdə, təkcə bugün üçün yox, həm də gələcək üçün Ermənistan Respublikasının 29.8 min kvadrat kilometrlik ərazisini, daha dəqiq desək 1991-ci ildə müstəqillik əldə etdiyimiz Ermənistan SSR-nin ərazisini tanıyaq və heç bir ölkəyə ərazi tələbimizin olmadığını və heç vaxt olmayacağını təsdiq edək”.

Baş nazir xatırladıb ki, bu barədə razılaşma 2022-ci ildə Praqada və Soçidə Azərbaycan prezidenti İlham Əliyevlə əldə olunub.

Paşinyan bunu da qeyd edib ki, Ermənistan tərəfi ərazi bütövlüyünün əsası kimi sülh müqaviləsinə Ermənistan SSR və Azərbaycan SSR-in xəritələrini əlavə edəcək.

“Azərbaycan eyforiyadadır, lakin...”

Bununla belə Paşinyanın fikrincə Azərbaycan 2020-ci ilin payızından bəri “eyforiyadadır” və “maksimum mümkün olanı və ya hər şeyi əldə etmək istəyir”.

Ermənistan baş nazirinin sözlərinə görə buna hazırda yaranmış geosiyasi vəziyyət də təsir göstərib:

“Azərbaycan birbaşa və ya dolayısı ilə enerji və logistik yol kəsişməsinə çevrilib və onun Rusiya və eləcə də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb”.

Paşinyan bildirib ki, Rusiya və Qərb Cənubi Qafqaz regionunda sülh və sabitliyə dair konsensusa gəlməsələr, regionda problemlərin yeni partlayışı baş verə bilər.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də (ABŞ-ın dəstək verdiyi) Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG