Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:44

İşğalçıyla əməkdaşlıq edənlər: 32 şübhəli saxlanıb


Şevçenkove sakinləri, ata-bala altı aydan sonra görüşürlər
Şevçenkove sakinləri, ata-bala altı aydan sonra görüşürlər

Ukraynanın Xarkov vilayətində azad edilmiş Şevçenkove kəndi altı aydan çox çəkmiş Rusiya işğalının qorxunc xatirəsi ilə yaşayır. İşğala müqavimət göstərənlərin və işğalçılarla əməkdaşlıq edənlərin hekayələri artıq kənd həyatının bir hissəsinə çevrilib.

AzadlıqRadiosunun Ukrayna xidmətinin araşdırma layihəsi “Schemes”in reportajında işğal zamanı həyatda qalmağın çox vaxt insanları ağır şəxsi seçim qarşısında qoymasına diqqət çəkilir. İnsanları seçimə məcbur edən amillər arasında işgəncə də var, ailə bağları da.

Təchizat qovşağı

Şevçenkovenin polis rəisi Volodımır Yaroşenko öz seçimini müharibənin başlanmasından bir ay sonra, dəhşətli şərtlər altında etməli olub.

Xarkovdan Kupyanska gedən yolun üzərində yerləşən 7 min nəfərlik Şevçenkove kəndi Rusiya ordusu üçün əsas təchizat qovşağı idi. Bu kənddə Moskvaya loyal polis əməkdaşları toplamaq işğalçıların əsas prioritetinə çevrilmişdi.

Martın 23-dən 24-nə keçən gecə işğalçılar Yaroşenkoya işgəncə veriblər. Onu başıaşağı qaldırıcı krandan asıb, dəyənəklə döyüblər.

'Kənddə qəbir qazmağa gənc qalmayıb'
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

2-3 gün vaxt veriblər

"Onlarla əməkdaşlıq edib polis əməkdaşlarına işə çıxmaq əmri verməyimi istəyirdilər”, – o söyləyir. İşğalçılar ona 20 polis əməkdaşının artıq onlarla işləməyə razı olduğunu, ancaq onun əmrini gözlədiyini deyiblər.

Rus əsgərləri onu krandan endirib əllərini açıblar. Ona “fikirləşmək üçün iki-üç gün” vaxt verdiklərini bildiriblər.

Polis rəisi öz qərarını verib: rusların xəbəri olmadan kənddən qaçaraq ukraynalıların nəzarətində olan əraziyə keçib. Yaroşenko ailəsini də kənddən çıxara bilib.

Ancaq yerli polis əməkdaşlarının hamısı onun kimi davranmayıb.

Siyahı

Ukrayna qüvvələri sentyabrın 8-də Şevçenkoveni azad etdikdən sonra prokurorluq əməkdaşları burada “Xarkov vilayəti müvəqqəti mülki administrasiyasının daxili işlər departamenti” (rus işğalçılarının qoyduğu addır) əməkdaşlarının siyahılarını tapıblar. Rus hərbi polisi ərazidən çıxarkən sənədləri özü ilə götürməyib.

Siyahılarda işğal başlayanda tam ştatlı polis əməkdaşı olan şəxslərin və işğaldan sonra polisdə işləməyə başlayanların adları var, Kupyansk rayonunun prokuroru Eduard Mırhorodski bu haqda danışır.

İşğaldan öncə aktiv və ya keçmiş polis əməkdaşı olmuş 10 nəfər Şevçenkove sakininin adı da siyahıya düşüb. Bu adamlar işğal dövründə yol-hərəkət müfəttişindən tutmuş müstəntiqə qədər müxtəlif işlərdə çalışıblar.

“Schemes” həmin insanlarla Ukrayna telefon nömrələri və sosial media vasitəsilə əlaqə saxlamağa çalışıb, ancaq heç bir cavab almayıb. Mırhorodski yerli sakinlərə istinadən rusların geri çəkilməsindən sonra onların da Rusiyaya qaçdığını deyir.

32 şübhəli saxlanıb

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) sentyabrın 30-dək Xarkov regionunda işğalçı qüvvələrlə əməkdaşlıq halları ilə bağlı 178 araşdırma aparıb. SBU-nun regional ofisinin rəhbəri Oleksandr Kuts bu halların bəzilərində bir neçə nəfərin iştirakından söhbət getdiyini deyir. O bugünədək aralarında işğal dövründə mer və polis rəisi olmuş 32 şübhəlinin saxlandığını deyir.

"Onlar müxtəlif səviyyələrdə əməkdaşlıq ediblər. Bəziləri kollaborant olub, bəziləri müəyyən kömək göstərib, bəziləri isə açıq-aşkar xəyanət edib”, – Kuts deyir.

Bölgədə işğalçıların yerli sakinlərə işgəncə verməsi faktları beynəlxalq təşkilatların hesabatlarında da əks olunub.

"Rusiya qüvvələri və onların nəzarəti altında fəaliyyət göstərən digərləri İzyumda altı aylıq işğal dövründə saxlanılan şəxslərə müntəzəm işgəncə veriblər", – “Human Rights Watch” təşkilatı Xarkov vilayətinin İzyum şəhəri ilə bağlı hesabatında yazır. Şevçenkove kəndindən 50 kilometr cənubda yerləşən İzyum şəhəri də sentyabrda Ukrayna ordusu tərəfindən azad edilib.

XS
SM
MD
LG