Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:29

Rusiyada payız çağırışçılarını müharibəyə aparmamaq vədi veriblər


ABŞ Müharibə Tədqiqatları İnstitutu (ISW) hesab edir ki, payız çağırışçılarını onsuz da gələn yazda, 4-6 aylıq təlimdən sonra Ukrayna müharibəsinə aparacaqlar

2022-ci ilin payız çağırışında müddətli xidmətə çağırılanları Ukraynanın ilhaq olunmuş ərazilərində döyüş əməliyyatlarına cəlb etməyəcəklər.

Bunu Rusiya silahlı qüvvələri baş qərargahının təşkilat-səfərbərlik idarəsinin rəisi Yevgeni Burdinski verib.

Rusiyada builki payız çağırışı noyabrın 1-dən, yəni adətən olduğundan bir ay gec başlanır.

Çağırışın tarixi prezident Vladimir Putinin sentyabrın 21-də elan etdiyi qismən səfərbərliyə görə hərbi komissarlıqlarda işin artması ilə bağlı dəyişdirilib.

Onsuz da aparacaqlar

Müdafiə naziri Sergey Şoyqu oktyabrın 28-də prezidentə qismən səfərbərliyin başa çatmasına dair məruzə edib. Amma bu barədə rəsmi fərman olmayıb.

Bu payız çağırışnda 120 min nəfərə bildiriş göndərilməlidir.

ABŞ Müharibə Tədqiqatları İnstitutu (ISW) hesab edir ki, payız çağırışçılarını onsuz da gələn yazda, 4-6 aylıq təlimdən sonra Ukrayna müharibəsinə aparacaqlar.

Qanuna görə müddətli xidmət qulluqçularını xarici ölkəyə 4 aylıq təlim verilmədən göndərmək olmaz. Lakin bu qayda hərbi vəziyyət elan olunmuş ərazilərə şamil edilmir.

Putin Ukraynanın ilhaq olunmuş ərazilərində hərbi vəziyyəti oktyabrın 19-dan elan edib.

Şirakda 1700-dək ailə qışda donmaq təhlükəsi ilə üzləşib
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Təhqiramiz qeydlər

Hökumət portallarından biri xəbər vermişdi ki, əsgərlikdən bu ilin oktyabrında tərxis edilənləri xidmət müddəti başa çatdıqdan sonra müharibəyə göndərə bilərlər.

Rusiya Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəyə başlayandan bəri hakimiyyət bir neçə dəfə bəyan edib ki, hərbi əməliyyatlara yalnız zabitlər və müqaviləli hərbi qulluqçular cəlb olunacaqlar.

Rusiyalı çağırışçılar: "Ukraynaya ölümə getmək istəmirik"
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Buna baxmayaraq bu qaydanın pozulması, müddətli hərbi qulluqçulara müqavilə imzaladılıraq müharibəyə aparıldıqları barədə xəbərlər gəlib.

Bundan sonra məlum olmuşdu ki, müddətli hərbi xidmətdə olanlar da səhvən müharibəyə göndərilib.

Müqavilə imzalayan, amma Ukraynada döyüşməkdən imtina edilənlər xidmətdən qovulur, onların hərbi biletlərində təhqiramiz qeydlər edilirdi.

Bəziləri məhkəmə qaydası ilə bu qeydləri ləğv etdirə biliblər.

XS
SM
MD
LG