Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:13

SnappFood-un İrandakı həbslərdə rolu varmı


İranda qadınların etirazı
İranda qadınların etirazı

İranda etirazlara cənub-qərbi Şuş şəhərindəki Haft Tepe şəkər zavodunun işçilərinin qoşulması xəbərləri gəlir

İranda hökumətə qarşı etirazlarda iki kinorejissor saxlanıb. Ötən ay gənc qadın Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə polis tərəfindən saxlanıb, bundan üç gün sonra vəfat edib. Bu hadisə ölkədə böyük etirazlara yol açıb.

Kinorejissor Nik Yusifinin etiraz hərəkatına dəstək məqsədilə hazırladığı musiqili video internetdə geniş yayılmışdı. Dostları onun oktyabrın 16-da saxlandığını deyirlər.

Tətbiqlərin həbslərdə rolu

Yusifi ötən həftə tvitində yazıb ki, Tehrandan çıxıb, həbsdən yayınmaq üçün mobil telefonunu da söndürüb.

Yusifinin sözlərinə görə, təhlükəsizlik agentləri onun SnappFood tətbiqindən əldə olunmuş şəxsi informasiya əsasında dostunun evinə gediblər, amma orda olmayıb. Bu yemək sifarişi tətbiqinin onlarla digər istifadəçisi də belə xəbərdarlıq səsləndirib, təhlükəsizlik qüvvələrinin bu və digər tətbiqlər vasitəsilə etirazçıların izinə düşərək həbs etdiklərini deyiblər.

Yusifi həftəsonuna başqa bir yerdə həbs olunub.

Sənədli film rejissoru Mojqan İlanlunun həbsi haqda məlumat isə Instagram-da yayılıb. O daha öncə Tehran küçələrində özünün hicabsız fotolarını yayaraq etirazçılara dəstək bildirmişdi.

Əminin ölümündən sonra başlanan etirazlar müddətində bir sıra tanınmış kinematoqrafçılar və digər fiqurlar ya dindirilməyə çağırılıb, ya da həbs olunub. Onların sırasında Cəfər Pənahi, Məhəmməd Rasulof, Mustafa əl-Əhməd var.

Tətillər

İranda etirazlara cənub-qərbi Şuş şəhərindəki Haft Tepe şəkər zavodunun işçilərinin qoşulması xəbərləri gəlir.

Tanınmış əmək fəalı İsmail Baxşı oktyabrın 18-də tvitində yazıb ki, zavod menecerlerəi fəhlələri tətildən çəkindirmək üçün onların bank hesablarına pul qoyublar, amma “onlar şərəf nümayiş etdirərək tətilə çıxıblar”.

İran iqtisadiyyatının müxtəlif sektorlarında tətillər hökumətə təzyiqi artırır. ABŞ İranla nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edəndən sonra ölkədə iqtisadi problemlər dərinləşib.

Son günlər müxtəlif şəhərlərindən fəhlə tətilləri haqda xəbərlər gəlir, özəlliklə neft sənayesinin mərkəzi cənub ərazilərindən. Neft iqtisadiyyatın hökumətə qazanc gətirən azsaylı sektorlarındandır.

Tehran, Gilan, Mazandaran daxil olmaqla müxtəlif şəhərlərdə universitet tələbələri etirazları, oturaq aksiyaları davam etdirir.

XS
SM
MD
LG