Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:57

Kreml bildirir ki, Putin və Ərdoğan Ukraynanı müzakirə etməyiblər


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Ərdoğan Astana danışıqlarında
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Recep Tayyip Ərdoğan Astana danışıqlarında

Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 13-də deyib ki, bu danışıqlarda Rusiya-Ukrayna tənzimləməsi məsələsi müzakirə olunmayıb

Rusiya və Türkiyə prezidentləri Vladimir PutinRecep Tayyip Ərdoğan oktyabrın 13-də Qazaxıtanda keçirdikləri ikitərəfli danışıqlarda Ukrayna müharibəsini müzakirə etməyiblər.

Bu görüşdən əvvəl Türkiyə prezidenti demişdi ki, o Ukraynadakı münaqişədə vasitəçi olmağa hazırdır və bu barədə Astanada keçirilən regional forumda Rusiya tərəfinə rəsmi təkliflə çıxış edəcək.

Lakin Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 13-də deyib ki, bu danışıqlarda Rusiya-Ukrayna tənzimləməsi məsələsi müzakirə olunmayıb.

Türkiyə tərəfi bu barədə hələki açıqlama verməyib.

Ermənistanda kənd sakinləri itkin düşmüş əsgərə görə yolu bağlayıblar
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00

"Yalnız terrora güvənən və gələcəyi olmayan Putin”

Ankara bundan əvvəl mart ayında iki dəfə Kiyev və Moskva arasında danışıqlara vasitəçilik etməyə çalışıb.

Lakin onun bu səyləri uğurla nəticələnməyib.

Bu arada Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 13-də Avropa Şurası Parlament Assambleyasında internetlə çıxışında bir daha bəyanat verib ki, Rusiya prezidenti Vladimri Putinlə heç bir danışıqlar mümkün deyil.

Onun sözlərinə görə beynəlxalq hüquqqa hörmət etməyən liderlərlə danışıqlar qeyri-mümkündür.

Zelenski oktyabrın 12-də G7 liderləri sammitinə müraciətində də demişdi ki, “yalnız terrora güvənən və gələcəyi olmayan Putinlə” danışıqlar mənasızdır.

XS
SM
MD
LG