Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Vilyam Hacıyevin ailəsi şikayətçidir: Milyonluq evlər, maşınlar...


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

14 il ərzində Göygöl, Samux və İmişli rayonlarının icra başçısı olmuş Vilyam Hacıyevin 12 illik həbsi haqda hökmdən özü ilə yanaşı, ailə üzvləri də apellyasiya şikayəti verib. Sabiq icra başçısının həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev əmlakların müsadirəsi hissəsindən narazıdır.

5.4 milyon manatlıq əmlak

Bakı Ağır Cinayətlər Məhkəməsinin Hacıyev haqqındakı hökmü ilə təxminən 5.4 milyon manatlıq əmlak, o cümlədən sabiq icra başçısı saxlanılarkən onun evindən və iş otağından tapılan pullar müsadirə olunub. Dövlət nəfinə müsadirə edilən əmlaklar arasında Hacıyevlər ailəsinə məxsus evlər, avtomobillər var. Onların da əksəriyyəti keçmiş icra başçısının həyat yoldaşının, bir avtomobil də oğlunun adınadır.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Cülyetta İbrahimova 5.2 milyon manatlıq ev və maşınlar, Məhəmməd Hacıyev isə 126 min manatlıq "Land Rover" markalı avtomobillə bağlı müsadirə qərarının ləğvini istəyir.

İbrahimovanın adına olan və müsadirə edilmiş əmlaklar arasında Bakıda "milyonçular məhəlləsi" adlanan ərazidə - Teymur Əliyev küçəsində 1.8 milyon manatlıq ev, Nərimanov rayonu, Sabit Rəhman küçəsində 275 min manatlıq mənzil, Nardaranda 2.7 milyon manatlıq bağ evi, Xırdalanda dörd mənzil, "Bentley" və BMW markalı avtomobillər var.

Xatırlatma

65-yaşlı Vilyam Hacıyev 2004-2020-ci illərdə icra başçısı vəzifəsində çalıb. O, öncə 2 il Göygöl, ardınca 6 il Samuxun icra başçısı olub. 2012-ci ildən 2020-ci ilin mayında həbs olunana qədər isə İmişli rayonuna rəhbərlik edib.

7 milyondan artıq yeyinti, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanan Hacıyev 2022-ci ilin iyulunda 12 il azadlıqdan məhrum edilib.

Sabiq icra başçısı özünü təqsirli bilmir, ona qarşı irəli sürülmüş ittihamlarla razılaşmır. O, məhkəmədə bildirib ki, sifarişlə həbs edilib.

XS
SM
MD
LG