Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:52

ABŞ Rusiyanı terrorçuluğa sponsorluq edən ölkə siyahısına salmaq istəmir


Xarkov Rusiyanın raket zərbəzindən sonra, 18 avqust, 2022-ci il
Xarkov Rusiyanın raket zərbəzindən sonra, 18 avqust, 2022-ci il

İndiyədək bu siyahıya Şimali Koreya, Suriya, Kuba və İran salınıb

Dövlət Departamenti Rusiyanı terrorçuluğa dəstək verən ölkələr siyahısına salmağa ehtiyat edir, çünki bu, Ukrayna limanlarından taxıl ixracı razılaşmasını poza bilər. Bu haqda “Politico” dərgisi yazır.

Konqresin atdığı addımlar

İyulda Nümayəndələr Palatasının Spikeri Nenci Pelosi Dövlət katibi Antoni Blinkenə deyib ki, əgər o, Rusiyanı terrorçuluq siyahısına salmasa, onda bunu konqres edəcək. O vaxtdan senat yekdilliklə qəbul etdiyi qətnamədə Blikeni bunu həyata keçirməyə çağırıb. Daha sonra palatada hazırlanmış qanun layihəsində Rusiyanın Blinkedən yan keçərək rəsmən bu siyahıya salınması nəzərdə tutulub.

İndiyədək departament rəsmiləri palatanın addımıyla bağlı açıq bir söz deməyib. Ancaq israrla bildiriblər ki, yekun qərarı Blinken verməlidir. Onların mövqeyincə, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar və ixrac qadağaları elə layihədə nəzərdə tutulana bərabərdir.

Məsələdən agah çoxsaylı mənbələr dərgiyə deyiblər ki, son günlər departament rəsmiləri konqresdəki idarələrə sözügedən qanunvericiliklə ciddi problemlərin olduğunu deyirlər.

Sərt sanksiyalar qoyularsa...

Onların sözlərinə görə, Rusiyanın terrorçuluğa sponsorluq edən ölkə siyahısına salınması taxıl gəmilərinin Ukrayna limanlarından çıxmasını nəzərdə tutan razılaşmaya təhlükə yaradar. Bu razılaşma bir neçə aya əldə olunub, artıq gəmilər tədricən Qara Dənizdən çıxır və qlobal ərzaq böhranını səngidir. Rusiyanın ABŞ tərəfindən belə birbaşa hədəfə alınacağı halda öhdəliklərinə əməl edəcəyinə zəmanət yoxdur.

İndiyədək bu siyahıya Şimali Koreya, Suriya, Kuba və İran salınıb. Siyahıdakı ölkələrə sərt sanksiyalar tətbiq olunur, ABŞ amerikalıların həmin ölkələrdə bizneslə aparmasını qadağan edir. Sanksiyalar nüvə materialları üzrə əməkdaşlığa da təsir göstərir.

Bir məsələ də var ki, qanunu administrasiya dəstəkləməsə, palatanı xarici işlər komitəsində müzakirəyə çıxarılması alınmayacaq.

Kiyev və bir sıra Qərb ölkələri Vaşinqtonu Rusiyanın Ukraynanı işğal etməsindən dolayı onu terrorçuluğu dəstəkləyən ölkələr siyahısına salmağa çağırırlar.

XS
SM
MD
LG