Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Navalnı rusiyalıları kütləvi etirazlara çağırır


Navanlı Berlin-Moskva təyyarəsində, 17 yanvar 2021
Navanlı Berlin-Moskva təyyarəsində, 17 yanvar 2021

Rusiya müxalifətçisi Aleksey Navalnı Moskva yaxınlığında tələsik keçirilən səyyar məhkəmə onu 30 sutka azadlıqdan məhrum etmək hökmü çıxarandan dərhal sonra rusiyalıları küçələrə çıxıb etiraz etməyə çağırırb.

O yanvarın 18-də Ximki şəhərində keçirilən məhkəməni “ədalətin lağa qoyulması” adlandırıb.

O fevralın 15-dək həbsxanada saxlanacaq. Bundan sonra keçiriləcək məhkəmə onun 3 il yarımlıq icbari həbsinin real həbsxana cəzasına çevrilməsi məsələsinə baxacaq.

Navalnı 2014-cü ildə mənimsəmə ittihamı ilə məhkum edilmişdi.

Rusiya müxalifətçisinin həbsi bütün dünyada hiddətə səbəb olub. Qərb hökumətləri və beynəlxalq təşkilatlar Rusiya prezidenti Vladimir Putini Navalnını dərhal azad etməyə çağırırblar.

Sankt Peterburqun Qostinı Dvor deyilən yerində Navalnının həbsinə etiraz edən 20-dək fəal saxlanıb.

Navalnı həbsi ilə əlaqədar videonu YouTube kanalında dərc edib:

“O çox qoca kişi, o oğru öz bunkerində oturub qorxusundan titrəyir. Onlar qorxurlar, ona görə də hər şeyi belə tələsik, gizlicə və oğrucasına edirlər. Onlar qorxduqlarına görə məni həbs etməyə bu qədər tələsiblər. Sakit dayanmayın, küçələrə çıxın. Bizi özümüzdən başqa heç kim müdafiə etməyəcək. Biz o qədər çoxuq ki, istəsək məqsədimizə nail ola bilərik”.

Navalnının Sankt Peterburqdakı qərargahı yanvarın 23-də ölkə boyunca etiraz aksiyalarına çağırış edib.

Navalnının 30 sutkalıq saxlandığı xəbər verilir

Rusiyada yanvarın 17-də Şeremetyevo hava limanında saxlanmış müxalifətçi Aleksey Navalnı 30 sutkalıq həbs edilib.

Navalnının vəkili Vadim Kobzev yanvarın 18-də deyib ki, onu federal cəzaların icrası xidmətinin vəsatəti ilə saxlayıblar.

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, məhkəmə Moskva yaxınlığındakı Ximki şəhərinin polis idarəsində keçirilib.

Məhkəmənin olacağı barədə məlumatı nə Navalnıya, nə də vəkillərinə verməyiblər.

Amma vəkillər məhkəmə prosesinə buraxılıb.

Moskva Daxili İşlər İdarəsində artıq məhkəmə başlanandan sonra bildiriblər ki, Navalnını onda koronavirus testinin nəticələri barədə arayış olmadığına görə saxlayıblar. Mövcud qaydaya görə Rusiyaya xaricdən gələn şəxslərə virusa yoluxmadıqlarına dair arayış almaları üçün 72 saat vaxt verilir.

Bu da bildirilir ki, sanitar-epidemioloji təhlükəsizlik məqsədilə məhkəmə otağına giriş məhdudlaşdırılıb.

Polis idarəsinin qarşısında Navalnının 100-dən artıq tərəfdarı toplaşıb.

Məhkəmə qapalı keçirilməsə də jurnalıstləri zala buraxmayıblar.

Zala yalnız Life və Rossiya telekanılının çəkiliş qrupu buraxılıb.

Navalnı ona qarşı qanunsuzluq edildiynə dair bəyanat verib. Müxalifətçi həm də məhkəmənin səyyar keçirilməsindən təəccübünü bildirib.

Cəzaların İcrası Xidməti bundan əvvəl bildirmişdi ki, Navalnı onun barəsində 2014-cü ildə çıxarılmış şərti cəzanın həbs-qətimkan tədbiri ilə əvəzlənməsinə görə saxlanıb.

Yanvarın 29-da Navalnının daha bir məhkəməsi olacaq.

Rusiyaya dönən Navalnı hava limanında saxlandı

Moskvadakı Şeremetyevo hava limanına düşən Aleksey Navalnı pasport yoxlanması zamanı saxlanılıb. Hələki onun hara aparıldığı barədə dəqiq məlumat verilmir. Bu arada “Amnesty International” və Avropa Şurası rəhbərləri Rusiya hakimiyyətini Navalnını azad etməyə çağırıb.

***

Navalnının Berlindən Moskvaya uçduğu təyyarə Şeremetyevo hava limanına enib

Aleksey Navalnı, Moskva, 17 yanvar 2021
Aleksey Navalnı, Moskva, 17 yanvar 2021

"Nastoyaşeo Vremya"nın verdiyi məlumata görə, artıq təyyarə Şeremetyevo hava limanına enib. Navalnını geri qayıtma reysində Rusiya və bir sıra xarici jurnalistlər müşayət edirlər.

Navalnın olduğu təyyarənin Vnukovoya enməsinə icazə verilmədi...

Navalnının olduğu təyyarənin Vnukovo hava limanına enməsinə icazə verilməyib. Bunu təyyarə heyəti elan edib və bildirilib ki, təyyarə Şeremetyevo hava limanına enəcək.

***

Moskvadan gələn xəbərlərə görə, Vnukovo hava lımanına Navalnını qarşılamağa gələnlər saxlanılır. Məlumatlarda bildirilir ki, saxlananlar arasında Korrupsiyaya Qarşı Mübarizə Fondunun əməkdaşları Lyubov Sobol və Ruslan Şaveddinov, bundan başqa yeni azadlığa buraxılan keçmiş siyasi məhbus Konstantin Kotov və Navalnının qardaşı Oleq Navalnı da var.

Yayılan videokadrlarda hava limanına çoxsaylı "OMON" qüvvələrinin gəldiyi görünür.

***

Navalnının 'Qələbə' ilə Rusiyaya dönür

Navalnının olduğu təyyarə yanvarın 17-də Berlin-Brandenburq hava limanından Moskvaya yola düşüb. Təyyarədə olan jurnalistlərin suallarına cavab verən Navalnı həbs oluna biləcəyini istisna etməyib.

Bu gün (17 yanvar 2021) axşam rusiyalı siyasətçi, ötən ilin avqustundan Almaniyada müalicə olunan Aleksey Navalnının Moskvaya qayıdacağı gözlənilir. O, "Pobeda" aviaşirkətinə məxsus təyyarə ilə Moskvaya dönəcəyi barədə məlumatı yanvarın 13-də bəyan edib.

Artıq Rusiya hüquq-mühafizə orqanları Navalnı və tərəfdarlarına hava limanında izdihamlı görüşün "qanunsuzluğu" barədə xəbərdarlıq ediblər. Məlumatlara görə, bundan başqa belə xəbərdarlıqlar Rusiyanın müxtəlif şəhərlərindən qarşılama üçün Moskvaya yola düşmək istəyənlərə də edilib.

İndi Aleksey Navalnı Moskvaya çatanda nələrin baş verə biləcəyi ilə bağlı məsələlər onun tərəfdarları ilə əleyhdarları arasında qızığın müzakirə olunmaqdadır.

2020-ci il avqustun 20-də Tomskdan Moskvaya uçduğu təyyarədə Aleksey Navalnının səhhəti kəskin pisləşib. Vəziyyəti kritik olduğundan təyyarə Omsk hava limanına təcili eniş edib. Bir müddət yerli xəstəxanada qaldıqdan sonra o, xüsusi təyyarə ilə Almaniyaya aparılıb. Berlindəki Charite klinikasına 32 gün intensiv müalicəsinə olunub.

Alexey Navalnı Berlindəki xəstəxanada olanda
Alexey Navalnı Berlindəki xəstəxanada olanda

Sentyabrın 2-də alman həkimlər üç müxtəlif laboratoriyanın nəticələrinə istinad edərək Navalnının "Noviçok"la zəhərləndiyini bəyan ediblər.

Bundan 5 gün sonra, sentyabrın 7-də o, komadan ayılıb. Təxminən iki həftədən çox bir müddətdə onun həyatı əhəmiyyətli orqanlarının fəaliyyəti bərpa olunub. Sentyabrın 23-də siyasətçinin müalicəsi başa çatıb.

Son anda "Alman Dalğası"nın Berlindən verdiyi məlumata görə, Aleksey Navalnın hava limanı qarşısında dayanan jurnalistlərlə görüşü mümkün olmayacaq, beləki o birbaşa reyslə yola salınacaq.

XS
SM
MD
LG