Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:31

Navalnıya cinayət işi açılır


YouTube-da A.Navalnının etiraz aksiyasına çağırdığı video, arxiv fotosu
YouTube-da A.Navalnının etiraz aksiyasına çağırdığı video, arxiv fotosu

İstintaq Komitəsinin dekabrın 29-da bildirməsinə görə, Antikorrupsiya Fondu daxil olmaqla Navalnının idarə etdiyi qeyri-kommersiya təşkilatları vətəndaşlardan ümumilikdə 588 milyon rubl (7.94 milyon dollar) yığıb

Rusiyanın İstintaq Komitəsi müxalifətçi Aleksey Navalnıya cinayət işi açıb. O, özünün antikorrupsiya fonduna ianə edilmiş yüzmilyonlarla rublu oğurlamaqda ittiham olunur.

Bu cinayət işi hazırda Almaniyada müalicə olunan Navalnının Rusiyaya qayıdıb-qayıtmayacağı ilə bağlı suallar yaradır. O, uzunmüddətli həbsə məhkum edilə bilər.

Navalnı ittihamları zəhərlənmədən sağ çıxmasına görə hökumətin ona qarşı qisası adlandırıb. Müxalifətçi avqustda zəhərlənməsini dövlət təhlükəsizlik xidmətlərinin əməli sayır.

“Susmaqdan imtina edənləri öldürməyə hazırdır”

“Dərhal demişdim: onlar məni ölmədiyimə görə həbs etməyə çalışacaq, sonra qatillərimi axtaracaqlar. Putinin hər şeyin arxasında şəxsən dayandığını isbat etdiyimə görə. O oğrudur, onun oğurluğu haqda susmaqdan imtina edənləri öldürməyə hazırdır”, – Navalnı dekabrın 29-da, cinayət işi açılandan az sonra tvitində yazıb.

Navalnı illərdir hökumətin yüksək eşelonlarında korrupsiyanı araşdırır, müxtəlif vaxtlarda qısa müddətə həbs olunub.

Onun Rusiya rəsmilərinin dəbdəbəli həyatından söz açan YouTube videolarına hər dəfə milyonlarla insan baxır, ictimaiyyətdə hökumət, hakim Vahid Rusiya partiyasıyla bağlı narazılıq yaradır.

Son illər iqtisadi çətinliklər ortaya çıxdıqca Kreml də müxalifətə təzyiqləri gücləndirir.

5 milyona yaxın vəsaitin mənimsənildiyi deyilir

Gələn il Rusiyada parlament seçkiləri planlaşdırılır. Navalnı isə tərəfdarlarını digər namizədlərə səs verməyə çağırmaqla Vahid Rusiyanı zəiflətməyə çalışır.

İstintaq Komitəsinin dekabrın 29-da bildirməsinə görə, Antikorrupsiya Fondu daxil olmaqla Navalnının idarə etdiyi qeyri-kommersiya təşkilatları vətəndaşlardan ümumilikdə 588 milyon rubl (7.94 milyon dollar) yığıb.

Müstəntiqlər onun şəxsi əşyalar almağa və xaricdə istirahətlərə 356 milyon rubl (4.81 milyon dollar) xərclədiyini iddia edirlər. Ancaq həmin əşyaların nədən ibarət olması, onlardan iş üçün istifadə olunub-olunmaması, iddia olunan tətillərin onun çəkiliş etdiyi məkanlarla eyni olub-olmamasıyla bağlı məlumat verilməyib.

Navalnı isə fondunun ianə səhifəsinin linkini tvitinə yerləşdirib, tərəfdarlarına deyib ki, hakimiyyətin “uydurduğu” yeni cinayət işinə “gülməyin ən yaxşı yolu” onun işini maliyyələşdirməkdir.

XS
SM
MD
LG