Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:17

Malta Azərbaycanla enerji sazişindən nə qədər pul itirir


SOCAR-ın yanacaqdoldurma stansiyası
SOCAR-ın yanacaqdoldurma stansiyası

Avropa Komissiyasının təsdiqlədiyi Azərbaycanla enerji sazişi ucbatından maltalı vergiödəyiciləri ilə on milyonlarla avro itirə bilər. Bunu mediaya sızdırılmış faylların təhlili üzə çıxarıb.

Materialları maltalı jurnalist Daphne Caruana Galizia-ya içəridən bir nəfər ötürüb. Jurnalist ötən oktyabrda maşınına qoyulmuş bombanın partladılması nəticəsində həlak olub. Bu haqda “The Guardian” qəzetində Juliette Garside yazır.

Fayllar 15 ölkədən Guardian, Reuters və Süddeutsche Zeitung kimi 18 media təşkilatının əməkdaşlıq etdiyi Daphne Layihəsi ilə paylaşılıb.

***Buna da bax: Prezidentin qızlarının Dubayda əmlak imperiyası – yeni araşdırma

İKİ DƏFƏ BAHA

Caruana Galizia bu sızdırılmış məlumatlarla bağlı hər hansı araşdırma dərc etməyə imkan tapmayıb. Ancaq Londondan üç enerji eksperti faylları araşdırıb. Fayllarda indiyədək Malta hökumətinin ictimaiyyətlə paylaşmaqdan imtina etdiyi kontraktla bağlı informasiya var.

Daphne Capuana Galizia
Daphne Capuana Galizia

Bəzi materiallar Azərbaycanın dövlət neft şirkəti SOCAR-la dəyəri 1 milyard dollardan artıq olan bir razılaşma barədədir. Bu kontraktla Malta növbəti 10 il ərzində elektrik stansiyalarına gərəkən bütün qazın idxalına razılaşır.

Son bir ildə Malta qaza görə 131 milyon avro (153 milyon dollar) ödəyib ki, bu da açıq bazardakı qiymətdən iki dəfəyədək bahadır.

Ekspertlərdən biri maltalı vergiödəyicilərinin çox sürətlə pul itirdiyini deyib.

Saziş SOCAR-la 2015-ci ildə imzalanıb. Araşdırma Maltanın elə o vaxt da qaza görə Yunanıstan, İtaliya və Türkiyə ilə danışılandan daha çox ödədiyini üzə çıxarıb. “Guardian”ın hesablamasına görə, həmin qaz SOCAR-a Maltaya satdığından 40 milyon dollar az məbləğə başa gəlib.

***Buna da bax: İranlı bankir ABŞ-da saxlandı, Maltada işdən çıxarıldı

Qaz maye formasında (LNG) daşınır. Ekspertlərin fikrincə, kontrakt imzalananda LNG istehsalı, yaxud ticarəti üzrə təcrübəsi olmayan SOCAR-ın niyə Maltanın tərəfdaşı seçilməsiylə bağlı suallar var.

40 MİLYON DOLLAR QAZANC

Kontrakta görə, SOCAR Shell-dən 113 milyon dollarlıq qaz alır və eyni həcmdə qazı Electrogas Malta şirkətinə 153 milyon dollara satır. Electrogas Malta isə eyni qazı eyni qiymətə Enemalta şirkətinə ötürür. Qaz elektrikə çevrilərək evlərə və şirkətlərə verilir.

Müəllif yazır ki, tərəflərin hansına yanlışa yol verdiyi iddia olunmur. Ancaq müxalifətdən olan siyasətçilər iddia edirlər ki, qaz kontraktı üçün dövlət tenderi barədə bilgisizlik, onun strukturu və dəyəri barədə açıq informasiyanın olmaması hökumətin vergiödəyiciləri üçün ən yaxşı kontraktı imzalayıb-imzalamaması barədə debatları əngəlləyib.

Maltanın Əmək Partiyasının başçılıq etdiyi hökuməti enerji bazarı siyasətini uğurlu sayır. İnsafən, elektrik stansiyalarının dizel yanacağından daha təmiz və ucuz qaza keçməsi məişətdə elektrik enerjisindən istifadə haqqını 25 faiz azalıb.

Millətçi partiyanın keçmiş lideri Simon Busuttil bu kontraktla bağlı tam bir şəffaflıq çatışmazlığı olduğunu deyib.

Qazı birbaşa Shell-dən daha ucuz qiymətə almaq mümkün olduğu halda SOCAR-ın bu işə cəlb olunmasının izahı yoxdur”, – o söyləyib.

"RƏQABƏTLİ VƏ CƏLBEDİCİ" TƏKLİF VERİLİB

Daphne Layihəsi məhz onu üzə çıxarıb ki, SOCAR LNG istehsal etmir, Shell-dən alaraq Electrogas-a satır və bundan qazanır.

***Buna da bax: Maltalı jurnalistə Əliyevlər ailəsiylə bağlı informasiya ötürən polisə təslim olub

Oksford Enerji Araşdırmaları İnstitutunun aparıcı tədqiqatçısı Simon Pirani qəzetə deyib: “Maltalı vergiödəyicisi olsaydım, belə bir zəif sazişin niyə imzalandığını, SOCAR-ın LNG satıcısı kimi niyə cəlb olunduğunu bilmək istərdim”.

Hazırda Maltanın turizm naziri olan, enerji naziri postunda ikən bu layihənin reallaşmasına çalışmış Konrad Mizzi isə qəzetə 6 səhifəlik məktubunda yazıb ki, hökumətin təşəbbüsləri sayəsində korporasiya və banklardan yüz milyonlarla sərmayə cəlb olunub. O, həmin dönəmdə Maltanın enerji sektorunun hərtərəfli yenidənqurmaya ehtiyacı olduğunu vurğulayıb, deyib ki, qaz təchizatı kənar oyunçulara verməyin əsas səbəblərindən biri dövlət provayderinin maliyyə çətinlikləri ilə bağlı idi.

SOCAR-ın bildirməsinə görə, 33% paya sahib olduğu Electrogas şirkəti ədalətli və açıq tender prosesi nəticəsində Enemalta-nın tərəfdaşı seçilib və işrkət “rəqabətli və cəlbedici” təklif verib.

Avropa Komissiyası sazişin qiymətindən xəbərdar olduğunu bildirir. Qurum sənəd 2017-ci ilin yanvarında təsdiqlənib.

XS
SM
MD
LG