Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:04

Deputat: 'QHT sektorunda problem yoxdur'


Milli Şuranın mitinqində şüar.
Milli Şuranın mitinqində şüar.

“Azərbaycanda qeyri-hökumət təşkilatlarıyla bağlı qanunlar dünyəvi, mütərəqqi qanunlara tam uyğundur. Azərbaycan QHT sektorunun inkişafında maraqlıdır və bu istiqamətdə mühüm işlər aparılır”.

Deputat Rövşən Rzayev Avropa Birliyi və Avropa Şurasının təşkilatçılığı ilə beynəlxalq ekspertlərin “Azərbaycanda QHT-lərə dair qanunvericiliyin standartlara uyğunlaşdırılması” adlı sənəddə səsləndirdiyi tənqid və tövsiyələrə münasibət bildirərkən belə deyir.

Buna da bax:​ 'QHT qanunvericiliyi Avropa standartlarına cavab vermir'

Rövşən Rzayev
Rövşən Rzayev

TƏHLÜKƏSİZLİYİ TƏMİN ETMƏK

Deputat AzadlıqRadiosu-na bildirir ki, həmin sənəddəki fikirlər “qərəzlidir”, o, Azərbaycanda QHT-lərə dəstək məqsədilə Dövlət Fondu yaradıldığını da yada salır.

Beynəlxalq ekspertlərin hazırladığı hesabatda Azərbaycanda QHT-lərin yaradılması və fəaliyyətinə dair qanunvericiliyin Avropa standartlarının tələblərinə cavab vermədiyi deyilir. Bundan başqa, 2009-2016-cı illərdə QHT-lərlə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərin düzəldilməli olduğu bildirilir. Həmçinin tövsiyə edilir ki, QHT-lərin qeydiyyatı onlayn olsun, qrantların qeydiyyatı ləğv edilsin.

Rövşən Rzayev: "Azərbaycan QHT sektorunun inkişafında maraqlıdır"
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid

Buna da bax: Avropa Birliyinin QHT-lərlə bağlı tövsiyələri

Rövşən Rzayev isə QHT sektorunda problem olmadığını, Azərbaycan hökumətinin, sadəcə, “təhlükəsizliyini təmin etməkdən ötrü vacib addımlar atdığını” söyləyir.

“AVROPA TƏCRÜBƏSİNİ ÖZ QANUNVERİCİLİYİMİZƏ GƏTİRDİK”

Başqa bir deputat Fuad Muradov son illər QHT haqda qanunvericiliyə edilən dəyişiklikləri “dünyadan gələn tələb” kimi dəyərləndirir:

Fuad Muradov
Fuad Muradov

“Bu gün bütün dünyada şəffaflıq, hesabatlılıq ilk və vacib məsələlərdəndir. Avropada elə QHT yoxdur ki, vaxtlı-vaxtında hesabatını verməsin. Ona görə son illər qanunvericiliyə etdiyimiz dəyişikliklərlə bəzi istiqamətlərdə şəffaflığın, hesabatlılığın daha dürüst formada təmin edilməsinə çalışmışıq. İkincisi, burda xaricdən maliyyələşən QHT-lər, eləcə də bəzi xarici təşkilatların nümayəndəlikləri mövcud idi. Biz də Avropa təcrübəsindən istifadə etdik, Avropa Birliyi ölkələrində qeyri-hökumət təşkilatlarının qeydiyyatı, fəaliyyəti tam şəffafdır, biz də bunu öz qanunvericiliyimizə gətirdik”.

Buna da bax:​ EITI rəhbərinin Bakı səfəri dəyişiklik gətirməlidir – HRW

Fuad Muradov: "Avropada elə QHT yoxdur ki, vaxtlı-vaxtında hesabatını verməsin"
Gözlə

No media source currently available

0:00 0:03:31 0:00
Direct-ə keçid

Fuad Muradov Azərbaycanda QHT haqda qanunvericiliyin sərtləşdirilməsi barədə deyilənləri də qəbul etmir.

Sənəd müəllifləri hesab edirlər ki, hökumət qrantların və xidmət müqavilələrinin qeydiyyata alınması tələbini də aradan qaldırmalı, xarici QHT-lərlə bağlı şərtlər də dəyişməlidir.

Fuad Muradov xarici qrantların qeydiyyatının “vacibliyini” vurğulayır və hesab edir ki, həmin layihələrlə bağlı ictimaiyyətə açıqlama verilməlidir: “Avropa Birliyində necədirsə, bizdə də elədir. Həm maliyyə, həm hesabatlılıq, həm də ictimaiyyətə təqdimat məsələsi AB ölkələrində olduğu kimidir”.

Buna da bax: Deputat 'QHT-lərin problemi yoxdu' deyir, QHT üzvü əksini

“QHT SEKTORU İFLİC OLUB”

Hüquqşünas Ələsgər Məmmədli isə deputatlardan fərqli olaraq, sözügedən sənəddə Azərbaycanın QHT haqda qanunvericiliyinin “çox aydın şəkildə” təsvirinin verildiyini, hətta “çox yumşaq ifadələrlə” qanunun düzəldilməsinin tövsiyə edildiyini söyləyir.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Hüquqşünas deyir ki, Azərbaycan qanunları hökmən Konstitusiyaya və Konstitusiyanın istinad etdiyi insan hüquq və azadlıqlarının üstünlüyü prinsipinə söykənməlidir. Onun qənaətincə, indiki qanunvericilik “normal fəaliyyətə” imkan vermir.

“2013-cü ildə QHT haqda qanunvericiliyə edilən dəyişiklik və əlavələr vətəndaş cəmiyyətinin strukturlarının işləməsində kifayət qədər problem yaradır. Artıq dörd ildir ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları iflic vəziyyətdədir. Bu sənəd yetərincə obyektivdir, hökumətin və parlamentin qəbul edib-etməməsindən asılı olmadan”.

Ələsgər Məmmədli: "İndiki qanunvericilik “normal fəaliyyətə” imkan vermir"
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid

Buna da bax:​ ‘Qrant qanunvericiliyi sadələşdirilməlidir’

Azərbaycan hökuməti tövsiyələri nəzərə alaraq qanunvericilikdə dəyişiklik edə bilərmi? Ələsgər Məmmədli deyir ki, hökumət QHT sektorunun normal fəaliyyət göstərməsini istəsəydi, onu bu vəziyyətə gətirməzdi. O, siyasi hakimiyyətin vətəndaş cəmiyyəti institutlarını “özünə təhlükə gördüyünü” və bu baxımdan fəaliyyətinə imkan vermədiyini bildirir.

XATIRLATMA

2013-cü ildə Azərbaycanda QHT-lərlə bağlı qanunvericiliyə çoxsaylı dəyişikliklər edilib. Həmin dəyişikliklərdən sonra ölkədəki QHT-lərin bir çoxu, özəlliklə də xaricdən maliyyələşən birliklər fəaliyyətini dayandırmalı olublar. Həmin QHT-lər ölkə qanunvericiliyinin normal fəaliyyət göstərməyə imkan vermədiyini deyirlər. Hökumət təmsilçiləri isə tənqidləri qəbul etmirlər.

Buna da bax:​ Müstəqil QHT-lər alternativ forum yaradır

Son zamanlar beynəlxalq qurumlardan vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən qanunların dəyişdirilməsi barədə təkliflər səsləndirilir.

XS
SM
MD
LG