Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:12

Əli Abbasovla Eldar Mahmudovu kim toxunulmaz edib?


Əli Abbasov və Eldar Mahmudov
Əli Abbasov və Eldar Mahmudov

“Azadlıq” qəzeti yazır ki, ölkədə gecə-gündüz MTN-dəki qanunsuzluqlar, cinayətlər haqda xəbərlər yayılsa da, bu qurumun milli təhlükəyə çevrildiyini etiraf etsələr də, əsas fiqurlar hələ də azadlıqdadır.

“Hətta ölkə başçısı səviyyəsində bu qurumda baş verənlər reketçilik, natəmizlik, cinayətkarlıq kimi qiymətləndirilib. Amma quruma rəhbərlik edən azadlıqda gəzir, onun işçiləri zindanlıq olub. Eyni vəziyyət Rabitə Nazirliyində də baş verir. Deməli, nazirliyin əməkdaşları həbs olunur, 100 milyonlarla yeyiniti aşkar edilir, cinayət işi açılır və s.

Buna da bax: Kosmosda tualet necə işləyir?

Amma nazir evində oturub istirahət edir. Bəli, Əli Abbasov mətbuata açıqlamasında bildirib ki, evində istirahət edir, heç kimə ifadə verməyib, istintaqa cəlb olunmayıb. Həqiqətən də analoqsuzluq göz deşir. Necə ola bilər ki, bütün ölkə bir nazirlikdəki qanunsuzluqla, korrupsiya faktları ilə silkələnir, ölkə başçısı səviyyəsində məsələ nəzarətə götürülür və keçmiş nazirdən ifadə almağa belə lüzum görülmür? Təsəvvür edin ki, bir cinayətkar dəstəni həbs edirlər və bu dəstənin rəhbəri kənarda qalır”.

keçmiş nazir Eldar Mahmudov
keçmiş nazir Eldar Mahmudov

Qəzet məqalənu bu sualla bitirir: “Görəsən, Əli AbbasovEldar Mahmudovu kim toxunulmaz edib?”

BAKIDA MEYVƏ-TƏRƏVƏZ BAHALAŞIB

“Bizim Yol” qəzeti yazır ki, Bakı bazarlarında satıcılar da, alıcılar da bahalıqdan gilrylənir.

"Dərmana ehtiyac olmasın deyə, bol-bol meyvə-tərəvəz yemək lazımdır. Amma nə dərman, nə də meyvə-tərəvəz almağa pulumuz yoxdur. Elə baxıb keçirik".

Bu sözləri "Yasamal bazarı"nda təqaüdçü Əli Əliyev bildirdi. Onun dediklərini satıcılar da təsdiqlədilər. Bildirdilər ki, hər bir meyvə-tərəvəzin qiyməti ən azı 40 qəpik bahalaşıb. Malı 1 kiloqramdan az alanların sayı çoxalıb.

arxiv foto
arxiv foto

"Məmurlar çox zaman Azərbaycandakı qiymətləri Avropadakı qiymətlərlə müqayisə edirlər, amma nədənsə o ölkələrdəki maaş və təqaüdlə müqayisə aparılmır. Qiymətlər bahalaşmaqda davam edir. Kənd təsərrüfatı gəlirli sahə deyil. Odur ki, bu sahədə çalışan rayon sakinlərinin əksəriyyəti başqa sahələrə, xüsusən ticarət sektoruna üz tuturlar".

YENİ İSLAHATLARIN HƏDƏFİ

“Azərbaycan” qəzeti yazır ki, ölkədə sistemli yeni iqtisadi strategiya formalaşır.

“Əsas vəzifə dinamik dəyişən beynəlxalq iqtisadiyyata uyğun olaraq qlobal iqtisadiyyatdan gələn şokların neytrallaşdırılması, büdcənin yığcamlaşdırılması, Dövlət Neft Fondunun vəsaitlərinin səmərəli istifadə edilməsi və bütövlükdə iqtisadi sabitliyin tam bərpa olunmasıdır. Dövlət başçısının müəllifi olduğu yeni islahatlar paketi çox ciddi tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Buna da bax: Rusiya ən parlaq riyaziyyatçılarından məhrum olub

Əmanətlərin tam sığortalanması, əmanətlərdən olan gəlirlərin vergidən azad edilməsi, satınalmalar, vergi ödəmələri sahəsində bir sıra dəyişikliklər həm iqtisadi sahədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsinə, həm də insanların rifahının, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərdir. Artıq qanun imkan verəcək ki, insanlar heç bir narahatlıq hiss etmədən əmanətlərinə sahib olsunlar və gələcəkdə ondan daha rahat istifadə etsinlər”.

XS
SM
MD
LG