Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:55

Ovçular sosial şəbəkədə “tələyə” düşdü


İllüstrasiya
İllüstrasiya

►Qanunsuz ova görə 4400 manatadək cərimə oluna bilərsiniz

Ölkənin ayrı-ayrı yerlərindən gəlib Şabranda quş ovu kimi “ekzotik tur”da iştirak etdiklərini güman edən 12 nəfər polis idarəsinə düşəcəyini və 7 min manat məbləğində cərimə olunacağını bilsəydi, yəqin ki, əlinə silah almazdan qabaq, “Ovçuluq haqqında” qanunu götürüb yaxşı-yaxşı oxuyardı.

Sosial şəbəkələrdə ov turlarının təşkil olunması haqda elanları oxuyub, işbazların toruna düşənlərin bir neçəsinin yolu Şabran rayonu Ağzıbir Ovçuluq Təsərrüfatına düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının burada keçirdiyi reyd zamanı Şabrandan, Bakıdan, Şəkidən olan şəxslərin heç birinin ova icazə sənədinin olmadığı aşkar edilib. Onlardan 2 ədəd sənədsiz ov tüfəngi də götürülüb.

“Qanunvericiliyə görə, ovçuluq fəaliyyəti ilə ETSN-dən müvafiq ovçuluq bileti almış şəxslər məşğul ola bilərlər. Bu bilet əsasında nazirliyin ərazi ekologiya idarələri ova icazə sənədi verir”.

Bunu nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin sektor müdiri Bəhruz Məhəmmədov AzadlıqRadiosuna deyib.

11 MANATDAN 4400 MANATADƏK...

Bu il may ayının 30-dan etibarən Azərbaycan ərazisində 2015-2016-cı illərin ov mövsümü açıq elan edilib. Departament vəhşi heyvanların və quşların ovlanmasının müddətləri və normalarını müəyyən edib.

Buna da bax: Yeni şirkət kişilərə hicablı gəlin tapır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarı ilə "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni heyvan ovuna cərimələr" təsdiq olunub. Bu sənədə görə, qaban ovlamaq üçün şərti maliyyə vahidinin (1 manat 10 qəpik) 15 misli, qaşqaldağ ovlamaq üçün şərti maliyyə vahidinin 0,28 mislini ödəmək lazımdır.

Qeyri-qanuni ova görə cərimələrin məbləği isə 11 manatdan 4400 manatadək dəyişir.

2014-cü ildə Departamentin Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətində qanunsuz ovla məşğul olanlara qarşı 36 akt və 36 protokol tərtib olunub, brakonyerlərə 34400 manat məbləğində сərimə tətbiq edilib.

XS
SM
MD
LG