Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:09

Rusiya Ermənistana ən müasir raket kompleksi satır


Ermənistan və Rusiyanın birgə hərbi paradı
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

Ermənistan və Rusiyanın birgə hərbi paradı

-

"Ermənistan ordusunun aldığı bu müasir silahlar "regionda qüvvələr balansına ciddi təsir edəcək".

Rusiya Ermənistana ən müasir raket kompleksi - "İskander-M" operativ-taktiki raket kompleksi satmaq niyyətindədir.

Bununla bağlı Rusiya ilə Ermənistan arasında danışıqlar gedir.

Belə raketləri alacağı təqdirdə, Ermənistan müharibə vəziyyətində olduğu Azərbaycanın istənilən nöqtəsindəki hədəfləri vura bilər.

Rusiyanın "TACC" agentliyi danışıqlar barədə xəbəri "hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbə"yə istinadla yayıb.

Mənbə bildirib ki, hələ ki danışıqlar gedir, müqavilə imzalanmayıb: "Belə müqavilələr barədə bütün xəbərlər məxfi saxlanır".

"İskander" komplesklərini istehsal edən konstruktor bürosu bundan əvvəl bildirmişdi ki, sözügedən komplekslərin xaricə satılmasına icazə verilib, amma 2016-cı il üçün belə bir plan yoxdur.

İyulun 2-də isə Ermənistan parlamenti Rusiya ilə əməkdaşlıq sazişini təsdiqləyib.

Iskander-M
Iskander-M

Həmin sazişə görə, Rusiya Ermənistana 200 milyon dollar kredit verəcək.

Həmin kreditlə Ermənistan Rusiyadan müasir silahlar alacaq, Rusiya onun ordusunu modernləşdirəcək.

Bu güzəştli kredit 13 illiyinə verilib. Silahların qiymətində Ermənistana güzəşt olunacaq.

Parlamentdəki müzakirələrdə müdafiə nazirinin müavini Ara Nazaryan deyib ki, kredit bütünlüklə orduya sərf ediləcək. Başqa məqsədlərə yönəldilməyəcək.

Onun sözlərinə görə, Ermənistan ordusunun aldığı müasir silahlar "regionda qüvvələr balansına ciddi təsir edəcək".

Xatırladaq ki, son illər Rusiyanın Azərbaycana milyardlarla dollar dəyərində silah satmasına görə Ermənistan rəhbərliyi Kremlə narazılığını bildirirdi.

İskander M
İskander M

İskander kompleksinin təqdimatı ilk dəfə 1999-cu ildə keçirilib. Daha sonra modernləşdirilib.

Bu raketlər - ilk növbədə düşmən ordusunun cəbhənin ön xəttində yox, daha uzaqda yerləşən hərbi obyekt və avadanlıqlarının məhvi üçün nəzərdə tutulub.

Daha dəqiqi, düşmənin raket sistemləri, uzaqvuran artilleriyası, havadan müdafiə sistemləri, raketdən müdafiə qurğuları, aerodromlardakı təyyarə və vertolyotları, qərargahları, mülki infrastrukturuni məhv etmək üçündür.

Bir raketin start çəkisi 4 tona yaxındır.

Döyüş başlığının çəkisi 480 kq-dır.

Raketin uzunluğu - 7,2 metr,

Diametri 92 sm-dir.

Vurduğu minimal uzaqlıq - 50 kilometr,

Maksimal uzaqlıq 500 km-ə qədərdir.

Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanın belə bir müasir raket sistemi yoxdur. Azərbaycan tərəfi hələ ki bu xəbərlərə münasibət bildirməyib.

XS
SM
MD
LG