Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:49

İsveçrə bankını Azərbaycanda neft şirkəti satışı ilə bağlı məhkəməyə veriblər


-

İsveçrənin məşhur Credit Suisse bankını Azərbaycanda neft layihəsi ilə bağlı məhkəməyə veriblər.

Gürcü iş adamı Zaur Leshkasheli iddia edir ki, İsveçrə bankı 2008-ci ildə Caspian Energy Group adlı şirkətin satılmasında ən yaxşı qiyməti təmin edə bilmədi. Bu şirkət Azərbaycanın Dövlət Neft Şirkəti ilə birlikdə işləyirdi.

Leshkashelinin özünün 2 şirkəti var, bu şirkətlərin həmin Caspian Energy Group-da biznes maraqları var.

Leshkasheli Suisse Credit bankını müqaviləni pozmaqda və səhlənkarlıqda ittiham edir.

SOCAR-la birgə müəssisəsi olan Caspian Energy Group 245 milyon dollara Berghoff/GEA şirkətinə satıldı.

Bu şirkət Rusiyanın neft maqnatı , Rusneftin keçmiş sədri Mikhail Gutserievlə bağlıdır.

Leshkasheli isə iddia edir ki, Credit Suisse alternativ təkliflərə baxılmasını təmin etmədi. O cümlədən Qazpromdan gələn təklifi. Leshkasheli bildirir ki, bu halda o, azı 700 milyon dollar çox qazanacaqdı.

Financial Times qəzeti yazır ki, Credit Suisse Leshkashelinin həmin iki şirkətinə krediti şərtlə veribmiş ki, Caspian Energy Group satılsa və ya birləşsə, bu, Credit Suissenin məsləhəti ilə olacaq.

Leshkasheli isə bildirir ki, Caspian energy Group satılanda Credit Suisse ən yaxşı qiymətləri təmin etmədi.

Ali Məhkəmədə icalsın əvvəlində Leshkashelinin şirkətlərinin arqumentlərini səsləndirən Jeremy Cousins deyib ki, əgər biri başqası adından satış həyata keçirirsə, onda düzgün qiymətə satmalıdır. Bunu tələb etmək ədalətlidir.

Məhkəməyə Credit Cuissenin yazılı izahatında isə deyilir ki, “bankdan borc alanda Leshkasheli banka deməmişdi ki, onun SOCAR-la ciddi problemləri var və satış vaxtı o, onların köməyinə ümid edə bilməz”.

Bank bildirir ki, Berghoff şirkətinin təklifi o vaxt ən yüksək qiymət idi. “O vəziyyətdə əldə olunan bilən ən yaxşı qiymət idi”.

Bank yazır ki, iddia qaldıranlar satışda hər məsələyə mikroskop altında baxıb səhv və çatışmazlıq axtarırlar ki, öz öhdəliklərini yerinə yetirməsinlər.

Məhkəmə davam edir.

XS
SM
MD
LG