Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:45

Pərviz Həşimli məhkəmədə son söz deyib


Pəriz Həşimli
Pəriz Həşimli

Mayın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimli son sözlə çıxış edib.

O, son sözündə təqsirsiz olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirib:
“Cənab hakim, siz bu zalda terrorçuları, dələduzları mühakimə etmisiz. Yaxşı bilirsiz ki, əsl cinayətkarlar kimlərdir. Əsl cinayətkarlar mənim həbsimi sifariş edənlər və MTN-in təcridxanasında mənə işgəncə verənlərdir. Əgər mənim həbsimə beynəlxalq reaksiyalar olmasa idi, məni içəridə öldürəcəkdilər”.

Pərviz Həşimli bildirib ki, günahsız olduğunu sübut etmək üçün kifayətdir qədər faktlar olsa da məhkəmə onlardan istifadə etməyib:

“Silahın kim tərəfindən evimə qoyulduğu mənzilimin təhlükəsizlik kamerasına düşüb. Ancaq, məhkəmə bundan istifadə etmək istəmədi. Mən prezidentə müraciət edərdim. Həbsdə olarkən fiziki işgəncələr gördüm, ailə üzvlərim təqib olundu. İlham Əliyev özü deyir ki, ədalətsizliyə dözümsüzdür. Mənə olan ədalətsizliyə də dözməsin”.

Növbəti məhkəmə prosesi mayın 15-nə təyin olunub. Bu prosesdə Pərviz Həşimliyə hökm oxunacağı gözlənir.

Mayın 13-də dövlət ittihamçısı Pərviz Həşimliyə 9 il həbs cəzası istəmişdi.

Pərviz Həşimli keçən ilin sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

İnsan haqlarını müdafiə təşkilatları jurnalistin siyasi sifarişlər tutulduğunu deyirlər.
XS
SM
MD
LG