Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:57

Gabriel Garcia Marquez: «Tanrı mənə bir azca can versə...»


Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez
-
Gabriel Garcia Marquez-in vəfatından sonra, vaxtilə ona aid edilən, ancaq yazıçının sağlığında nə təsdiq, nə də təkzib etdiyi «Vida Məktubu» internetdə oxunma rekordları qırır. AzadlıqRadiosunun «İz» proqramı həmin mübahisəli məktubu diqqətə yetirir:

«Tanrı bir anlığa bir bez bəbəsi olduğumu unudub, mükafat kimi mənə can versə, ağlımdan keçən hər şeyi dilə gətirməyə bilərdim, amma ən azından dilə gətirdiklərimi bütün incəliyiylə ağlımdan keçirib düşünərdim.

Əşyaların maddi yönlərinə deyil, mənasına dəyər verərdim.

Az yatar, çox yuxu görər, gözümü yumduğum hər dəqiqədə 60 saniyə boyunca işığı itirdiyimi düşünərdim.

İnsan sevgidən vaz keçərsə yaşlanar.

Başqaları dayandığı zaman yeriməyə ara verməzdim. Başqaları yatarkən, oyaq qalmağa çalışardım. Başqaları danışarkən dinləyər, şokoladlı dondurmanın dadını çıxarardım.

Tanrı mənə bir azca can versə, sadə geyinər, üzümü günəşə çevirər, təkcə vücudumu deyil, ruhumu da tamam soyundurardım.

Tanrım, bir ürəyim olsaydı, buzu oyub nifrətimi onun üzərinə hopdurar və günəşin bunu göstərməsini gözlərdim.

Göy üzündəki aya, ulduzlar boyda Van Gogh rəsmləri çəkər, Benedetti-nin şeirlərini oxuyar və Ay işığında sevgi nəğmələri söylərdim.

Göz yaşlarımla gülləri sulayar, vücuduma batdıqca gül tikanlarının ağrısını hiss edib al qırmızı ləçəklərini öpmək istərdim.

Tanrım, bircə udum yaşasaydım… Qarşılaşdığım insanların hamısına onları sevdiyimi söyləmədən keçməzdim.

Bütün qadınları, bütün kişiləri ən çox sevdiyim insanlar olduğuna tək-tək inandırardım. Və sevgi içində yaşayardım.

Yaşlandıqları zaman sevgidən uzaq durmalarının nə qədər yanlış olduğunu kişilərə anladardım. Axı insan sevgini tərk edincə yaşlanar.

Uşaqlara qanad verər, amma uçmağı özlərinin öyrənməsinə imkan yaradardım. Yaşlılara isə ölümün yaşlananda deyil, unudanda gəldiyini öyrədərdim.

Ey insanlar! Sizlərdən nə qədər də çox şey öyrənmişəm. Xoşbəxtliyin gerçəkləri görməkdə gizləndiyini bilmədən, bütün insanların dağların zirvəsində yaşamaq istədiyini öyrəndim.

Yeni doğulan körpə atasının barmağını sıxarkən, əslində, onu özünə sonsuzluğadək qandallayır, – bunu öyrəndim.

Sizlərdən çox şey öyrəndim. Amma bu öyrəndiklərim elə də işə yaramayacaq.

Axı hamısını bir çantaya kilidlədim. Xoşbəxtlik duymadan… Artıq ölə bilərəmmi?».
XS
SM
MD
LG