Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:03

Ukraynada itkin düşmüş avromaydan fəalı çarmıxa çəkilibmiş


Ukrayna,Dmytro Bulatov
Ukrayna,Dmytro Bulatov
-
Ukraynada itkin düşmüş maydan fəalı tapılıb

“Məni çarmıxa çəkiblər. Əllərimi deşiblər. Qulağımı kəsiblər. Üzümə kəsik-kəsik ediblər”

ƏVVƏL 2 FƏAL YOXA ÇIXIB

Bir həftə öncə itkin düşmüş Ukrayna müxalifət fəalı Kiyev yaxınlığında peyda olub. O, rus ləhcəsiylə danışan naməlum şəxslər tərəfindən oğurlandığını, işgəncəyə məruz qaldığını deyib.

Avtomaydan etiraz qrupunun 35 yaşlı sözçüsü Dmytro Bulatov yanvarın 23-də itkin düşüb. Ondan əvvəl daha iki müxalifət fəalı oğurlanıb. Onlardan biri Kiyev yaxınlığında meşədə ölü tapılıb. Üzərində işgəncə izləri olub.

AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir ki, Bulatov cümə axşamı Kiyev yaxınlığında xəstəxanaya aparılıb, aldığı xəsarətlərdən orada müalicə olunub. Onun qulağında, əllərində yaralar olub.

“BƏDƏNİMDƏ ƏZİLMƏYƏN YER YOXDUR”

Bulatov deyib ki, onu çarmıxa çəkilmiş kimi asıblar, sonra maşına oturdub şəhər kənarına atıblar.

“Məni çarmıxa çəkiblər. Əllərimi deşiblər. Qulağımı kəsiblər. Üzümə kəsik-kəsik ediblər. Bədənimdə əzilməyən yer yoxdur. Baxa bilərsiniz. Ancaq, şükür Allaha ki, sağam”.

Bulatovun etiraz qrupuna avtomobil sürənlər daxildir. Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləmək üçün noyabrın sonlarında birləşiblər.

Qrupunun 5 min üzvü var. Etirazçıları polisdən xilas etmək üçün çevik şəbəkə də yaradıb. Avtomaydan Kiyev etirazlarının öz sırasına çıxıb. Qrup fəalları vaxtaşırı müxalifət liderləri ilə görüşüb.
XS
SM
MD
LG