Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Anar Məmmədlinin həyat yoldaşı: «Bilirdi ki, seçki təhlükəli işdir»


Anar Məmmədli
Anar Məmmədli
-
22 dekabr medianın icmalı
Bunu Mediaforum saytına müsahibəsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həyat yoldaşı Vəfa Sübhanı deyib.
Saytın «Anar Məmmədli həbsini gözləyirdimi» sualına həya yoldaşı belə cavab verib:
«Nə vaxtsa həbs ediləcəyini gözləyirdik. Anar özü də bunu dəflərlə deyirdi. Bilirdi ki, seçki təhlükəli işdir. Çoxlarının buna görə qorxub geri çəkildiyini vurğulayırdı. Amma prezident seçkisindən dərhal sonra həbsini gözləmirdi. Deyirdi ki, buna getməzlər. Çünki saxta seçkini yenidən gündəmə gətirmək hökumətə sərf etməz. Amma yəqin hakimiyyətdə kimlərəsə sərf edirmiş ki, seçki müşahidə təşkilatının rəhbərini həbs edib seçki pozuntularını gündəmə gətirsin. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT bu həbsi yaxşı qarşılamayacaq. Artıq xeyli sərt bəyanatlar səslənir. O cümlədən məsələ beynəlxalq KİV-in hədəfinə gələcək».
ELŞAD ABDULLAYEVDƏN NÖVBƏTİ İLGİNC MƏKTUB
Elşad Abdullayevin çəkdiyi gizli görüntü
Elşad Abdullayevin çəkdiyi gizli görüntü
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev «Azadlıq» qəzetinə məktub göndərib. Qəzet yazır ki, məktub keçmiş deputat Gülər Əhmədovanın mərhum rəfiqəsi Sevinc Babayevanın Türkiyədə gizlənməsinə yardımçı olan Səlcuq Ağlayan haqqındadır.
Elşad Abdullayev məktubunda yazır ki, «Gülər Əhmədovanı axtaran zaman həmin ərəfələrdə Sevinc Babayeva mənə bildirdi: “Başımız qarışıqdır, Gülər türkiyəli iş adamı Səlcuğa külli miqdarda pul atıb. O da Gülərdən prokurorluğa şikayət edib. Bu halda da pulunu ala bilməyəndə Səlcuq məni və Güləri Prezident yanında İdarəetmə Akademiyasının qabağında Gülərin təzə şəxsi avtomobilində arxadan zərblə vurdurdu. Bizi Allah qurtardı, o əzilmiş maşından heç kim sağ çıxa bilməzdi, biz çıxdıq. Sən demə, Səlcuq «ağbaşın» adamı imiş. O hadisədən sonra , Gülər qaça-qaça təcili pulu geri qaytardı».
BAKIDA SAKİNLƏR YOL BAĞLADILAR
Bakıda, Həzi Aslanov metrosunun yaxınlığında etiraz aksiyası keçirilir. «Yeni Müsavat» qəzeti yazır ki, aksiyaya səbəb qaz problemidir.
Qəzetin yazdığına görə, yaşayış binalarında qaz probleminin olmasına etiraz edən sakinlər yolu bağlayıblar.
HEYDƏR ƏLiYEV MƏRKƏZiNiN YENi LAYiHƏSi - «KÜKNAR»
Heydər Əliyev Mərkəzinin yeni layihəsi - «KÜKNAR» Beynəlxalq İncəsənət Sərgisi və Müsabiqəsi reallaşdırılıb.
Trend-in məlumatına görə, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Tədbir iştirakçıları «KÜKNAR» Beynəlxalq İncəsənət Sərgisi ilə tanış olublar. 18 əsər Heydər Əliyev Mərkəzinin parkında təqdim olunub. «Bu unikal, fərqli tərtibatlı Yeni il ağacları 18 heykəltəraş və rəssamın - onlar arasında tanınmış sənətkarlarla yanaşı, gənclər də var - əsərləridir.
İki aya yaxın davam edən incəsənət müsabiqəsində rəssam və heykəltəraşların eskizləri əsasında hər birinin hündürlüyü 3 metrdən çox olan qeyri-adi formalı küknarlar hazırlanıb. Soyuğa və istiyə davamlı müxtəlif materiallardan hazırlanan bu ağaclar rəssamlar tərəfindən dizayn edilərək bəzədilib.
Adil Mirseyid
Adil Mirseyid
Əsərlər 2014-cü il martın 1-dək Heydər Əliyev Mərkəzinin parkında sərgilənəcək.
ADİL MİRSEYİD: «DEMƏYƏ HEÇ BIR SÖZÜM YOXDUR»
Modern.az saytı tanınmış şair və rəssamı Adil Mirseyidlə 61 yaşı tamam olması münasibəti ilə əlaqə saxlayıb.
«Adil Mirseyid hələ ki səhhəti üzündən yaradıcılığında fasilə edib. Son zamanlar media da Adil Mirseyidi yalnız pozulmuş səhhəti ilə əlaqədar yad edir. Səhhətinin əvvəlki günlərə nisbətən yaxşı olduğunu bildirən Adil Mirseyid nikbin danışıb:
«Şükür Allaha bir az yaxşıyam. Təbrikə görə də hamınıza təşəkkür edirəm. Hələ ki, heç bir işlə məşğul olmuram. Onda görə də heç bir sözüm yoxdu».
Adil Mirseyid qara ciyər serrozundan əziyyət çəkir.
XS
SM
MD
LG