Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:59

HRW Anar Məmmədlini azad etməyə çağırır


Human Rights Watch
Human Rights Watch
-
Human Rights Watch Anar Məmmədlinin həbsi ilə bağlı bəyanat yayıb.

Bildirilir ki, hakimiyyət dərhal Anar Məmmədlini azad etməli və bütün siaysi ittihamları onun üzərindən götürməlidir:

“Seçki müşahidəçisinin həbsi Azərbaycan hakimiyyətinin müstəqil fəallara qarşı etdiyi növbəti kampaniyadır”- deyə HRW -un Şimali Qafqaz üzrə araşdırmaçısı Giorgi Gogia bildirib.

O qeyd edib ki, hakimiyyət Anar Məmmədlini həbs etməklə seçki saxtakarlığını örtbasdır etməkdə maraqlı olduğu mesajını vermək istəyir.

Təşkilat bildirir ki, A. Məmmədlini həbsdə saxlamaq üçün qanuni və etibarlı əsas yoxdur. Buna görə də o dərhal azad edilməlidir.

HRW bildirir ki, onun həbsi hökumətin aktivistlər və tənqidi jurnalistlər üzərinə sərt dayanmasının göstəricisidir.

Təşkilat həmçinin vurğulayır ki, Azərbaycan höküməti yanvar ayından bəri saxta ittihamlarla gənc fəalları, jurnalistləri həbs edib və dinc aksiyalarda iştirak edənlərə qarşı qanunları sərtləşdirib.

“Bunlar Azərbaycanın da təsdiqlədiyi Mülki və Siyasi haqlar üzrə Beynəlxalq Pakta ziddir”.
XS
SM
MD
LG