Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:31

E.Məmmədyarov: «ATƏT-in Bakı ofisinin statusu bu ilin sonunacan həll olunacaq» (VİDEO)


E.Məmmədyarov 7 rayonun azad olunması və seçkilər haqda
Gözlə

No media source currently available

0:00 0:06:06 0:00

E.Məmmədyarov 7 rayonun azad olunması və seçkilər haqda

-
ATƏT-in Nazirlər Şurasının Kiyevdəki görüşündə iştirak edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 5-də jurnalistlərin suallarını cavablayıb.

YUMUŞAQ RİTORİKA, YOXSA,

Məmmədyarov bu səfər çərçivəsində ermənsitanlı həmkarı ilə dünənki görüşü haqda danışıb. Bildirib ki, 4 saat davam edən görüşdə prezidentlərin konkret məsələlər müzakirə olunub.

Onun sözlərinə görə, dekabrın 16-da həmsədrlərin regiona səfəri zamanı onları Kiyev danışıqlarının nəticələri haqda məlumatlandırılacaqlar. Bundan sonra yanvarın sonunda erməni həmkarı ilə yenidən görüşəcək.

Elmar Məmmədyarov ATƏT nazirlər Şurasındakı çıxışında “yumuşaq” ritorika hiss olunması barədə suala cavab olaraq bildirib ki, bu məntiqli və kontrekt danışıqların nəticəsidir:

“O zaman məntiqli, konkret danışıqlar yox idi. Bu dəfəki danışıqlarda biz konkret məsələlərə toxunduq. Bu görüş prezndentlərin tapşırıığı əsasında baş tutub.

2004-cü ildən Praqa prosesi çərçivəsində aparılan danışıqlar kimi konkret müzakirələr Kazan görüşündən sonra aparılmamışdı. Dünən ilk dəfə biz konkret məsələlərə toxunduq. Detalları açıqlaya bilmərəm. Məhz bu danışıqların əsasında mən ATƏT Nazirlər Şurasının iclasındakı çıxışımı qurdum. Dublin danışıqlarda konkretlik yox idi”.

NAZİR NİYƏ ANCAQ 7 RAYONUN AZAD OLUNMASINDAN DANIŞDI…

Nazir Elmar Məmmədyarovun bu günkü çıxışında özəlliklə bütün işğal olunan ərazilər deyil, ancaq 7 rayonun azad edilməsi məsələsini vurğulayıb. E.Məmmədyarov çıxışını Madrid prinsiplərinə uyğun qurduğunu deyir:

“Çünki Madrid Prinsiplərinin əsasında bu mərhələli bir prosesdir. İlk əvvəl söhbət 7 rayondan, əvvəl 5 rayondan, sonra isə Kəlbəcər və Laçından gedirdi. Sonra isə yol və kommunikasiyaların açılması müzakirə olunurdu.
Kiyev görüşündə ilk dəfə biz konkret məsələləri müzakirə etdik.

Bundan əvvəl biz ümumi müzakirələr aparırdıq – yəni ümumi mühit barədə. Dünən isə artıq konkret məsələlərə toxunub, onları müzakirə etdik.

Misal üçün mən Azərbaycan Prezidentinin tapşırığı əsasında mövqeyimizi bildirdim. Ermənistanın naziri də nə ilə razı olub, nəyi qəbul edə bilməyəcəklərini dedi. Konkret nəticə olsa bunu tarixi görüş adlandıra bilərik”.
Nazir bildirib ki, Kiyevdə ATƏT-in Bakı ofisinin statusu ilə bağlı məsələlər müzakirə edilib. ATƏT-lə Azərbaycan bu ilin sonunacan yeni memerandumu imzalaya bilər:

“Mən bu gün ATƏT-in Baş katibi ilə görüşdüm. Bu məsələ demək olar ki, həll olunub. Ancaq maliyyə məsələləri qalıb. Biz ATƏT-in Bakı ofisinin statusu ilə bağlı məsələni Ukraynanın sədrliyi çərçivəsində həll etməyi planlaşdırıq. Bu məsələ ATƏT sədrliyinin İsveçrəyə keçməsinə qədər həll olunacaq”.

“BİZ ATƏT/DTİHB-NUN QİYMƏTLƏNDİRMƏSİ İLƏ RAZI DEYİLİK”

Elmar Məmmədyarov ATƏTin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə (ATƏT/DTİHB) əməkdaşlığın gələcəyi barədə suala cavabında bildirib ki, seçkiləri izləyən 50 təşkilatdan 49-u razı qalıb. Onların arasında yalnız ATƏT/DTİHB seçkiyə mənfi rəy verirsə bu şühbələr yaradır:

“Gələcəkdə ATƏT/DTİHB-nu seçkiləri izləmək üçün dəvət edib-etməyəcəyik bu barədə danışmaq hələ tezdir. Ümumilikdə ATƏT-in bütün institutları ilə əməkdaşlığı davam etdirəcəyik.

Digər tərəfdən bəzi məqamlar var. Biz ATƏT/DTİHB-nun qiymətləndirməsi ilə razı deyilik və bunu açıq şəkildə onlara çatdırmışıq. Seçkini izləyən 50 təşkilatdan 49-u razı qalıb, biri razı olmayanda, bu onların öz mövqelərini şübhə altına qoyur”.
XS
SM
MD
LG