Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:29

Azərbaycan 7 pillə irəliləyib


Dünya İqtisadi Forumu 2013-2014-cü il üzrə «Dünya Rəqabətlilik Hesabatı»
Dünya İqtisadi Forumu 2013-2014-cü il üzrə «Dünya Rəqabətlilik Hesabatı»
-
Dünya İqtisadi Forumu 2013-2014-cü il üzrə «Dünya Rəqabətlilik Hesabatı»nı açıqlayıb.
Hesabata əsasən, Azərbaycan rəqabətlilik reytinqinə görə, 148 ölkə arasında 4,51 balla 39-cı yerdə qərarlaşıb.
Azərbaycan Qlobal Rəqabətlilik İndeksində 148 ölkə arasında 39-cudur. İndeksi İsveçrədəki Dünya İqtisadi Forumu hazırlayıb.
Müqayisə üçün Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu yerdədir.


REYTİNQ NECƏ HESABLANIR

Bu siyahı ictimaiyyətə açıq olan məlumatlar və iş adamları arasında keçirilən rəy sorğusu əsasında hazırlanır.

Azərbaycanın İndeksdəki göstəriciləri
Azərbaycanın İndeksdəki göstəriciləri
Sonra toplanan məlumatlar 12 kateqoriya üzrə analiz olunur: İnstitutlaşma, İnfrastruktur, Makroiqtisadi vəziyyət, Səhiyyə və orta təhsil, Ali təhsil və peşə hazırlığı, Əmtəə bazarının effektivliyi, Əmək bazarının effektivliyi, Maliyyə bazarının inkişafı, Texnoloji hazırlıq, Bazarın genişliyi, Biznesin dərinliyi,, İnnovasiyalar.

Bütün 12 kateqoriya üzrə toplanan göstəricilər 3 əsas tələb qrupunda birləşdirilir. Baza tələbləri, Effektivlik göstəriciləri, və İnovativ faktorlar üzrə göstəricilər 1-7 ballıq şkala ilə qiymətləndirlir.

Məsələn, Azərbaycan bu il baza tələbləri üzrə 4.9 bal, Effektivlik üzrə 4.1 bal, və İnnovasiyalar üzrə ancaq 3.7 bal toplayıb. Azərbaycanın ümumi orta balı 4.5 olub. Bu hər öncəki ildə 0.1 bal daha yaxşıdır. Ancaq İndeksdə artan 0.1 bal Azərbaycanı siyahıda 7 pillə qabağa atıb.

Məsələn, Qlobal Rəqabətlilik indeksində Azərbaycan 2012-ci ildə 144 dövlət arasında 46-cı, 2011-ci ildə 142 ölkə arasında 55-ci yerdə olub.


İNKİŞAF SƏVİYYƏSİNƏ GÖRƏ AZƏRBAYCANIN YERİ

Hesabat müəllifləri ölkələri inkişaf səviyyəsinə görə, 3 qrupa ayrılır. Xammal ixracı və ya təbii sərvətlər kimi hansısa amillərə söykənən iqtisadiyyatlar, Effektivliyin hesabına genişlənən iqtisadiyyatlar və innovasiyalar hesabına inkişaf edənlər. Azərbaycan hələ ki, Ermənistan, İran, Liviya, Anqola, Səudiyyə Ərəbistanı və başqalarıyla birgə 1-ci qrupdan 2-cisinə keçmək üzrə olan aralıq qrupunda yer alır.

Hesabatı hazırlayan Dünya İqtisadi forumunun İcraçı Direktoru Klaus Schwab deyir ki, bu bölgünü boş yerə aparmayıblar:

“Çünki gələcəkdə daha çox inkişaf edən və ya az inkişaf edən ğlkələr arasında fərqlər o qədər azalacaq ki, fərqli terminlərdən istifadə olunacaq. İnnovasiyalar, yeniliklər sarıdan zəngin və kasıb ölkələrə. Bu üzdən yeniliklərə, innovasiyalara hazır olmaq üçün təhsili inkişaf etdirmək və yenilikləri təşviq edən münbit mühit yaradılmalıdır”.


MDB İLƏ MÜAYİSƏDƏ

İndeksdə Azərbaycanın göstəriciləri MDB dövlətlərinin orta göstəricisiylə də müqayisə olunur. Məsələn, Adambaşına düşən ÜDM həcminə görə Azərbaycan 1992-ci ildən MDB üzrə orta göstəricidən təxminən 3 min dollar geri qalır. Məsələn bu indeksdə Azərbaycanda adambaşına düşən gəlir 7 450 dollardırsa, MDB üzrə orta rəqəm 13 min dollara yaxındır.


AZƏRBAYCANDAKI PROBLEMLƏR

Dünya İqtisadi Forumu bu indekslə birgə çap elədiyi hesabatda ölkələrdəki problemlərə də toxunur. Məsələn Azərbaycanda iş adamları arasında keçirilən sorğulara görə, ən aktual problemlər bunlardır:

Korrupsiya 23.6%,
Yüksək Vergilər 13.6%,
İş qüvvəsinin peşə hazırlığının olmaması 11.2%,
Maliyyələşmənin çətinliyi 10.6%,
Vergi qanunvericiliyi 10.6%,
Məmur bürokratiyası 7%,
Yerli işçilərin iş əxlaqı 4.9% və s.


ƏN YAXŞILAR

Qlobal Rəqabətlilik İndeksində ilk yerlərə gəldikdə isə, İsveçrə birinci, Sinqapur ikinci, Finlandiya üçüncü yerdə gəlir. Almaniya ilə ABŞ 4-cü-5-ci yerləri bölüşürlər.

Dünya İqtisadi Forumu müstəqil beynəlxalq təşkilatdır. Məqsədi dünya üzrə dövlətlərin və liderlərin əməkdaşlığına, həmçinin də qlobal və regional sənaye məqsədlərinə nail olmağa çalışır.
XS
SM
MD
LG