Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:00

Hadı Rəcəbli: «O vaxt qoymadınız İlqar Məmmədovu tutduraq...»


Milli Məclis
Milli Məclis
-
İyunun 21-də Azərbaycan Milli Məclisi növbədənkənar sessiyada iclasını keçirir. AzadlıqRadiosunun əməkdaşı Milli Məclisdən xəbər verir:

Milli Məclisi başlayan kimi spiker Oqtay Əsədov Avropa Parlamentinin iyunun 13-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməsi də gündəliyə salınmasını təklif etdi:
«Avropa Parlamentinin 734 deputatından 32 nəfər iştirak edib və Azərbaycan əleyhinə qətnamə qəbul edilib. Biz bir daha görürük ki, Azərbayacana qarşı qərəzli qüvvələr belə bir qətnamə qəbul edib. Bilirsiz ki, Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik. Şərq tərəfdaşlığa çərçivəsində Parlamentlərarası münasibətlər, əlaqələr inkişaf edib. Amma buna baxmayaraq bunların heç birində Azərbaycanın heç bir xeyrinə olmayan məsələlər qəbul edilir. Mən çox təssüf edirəm. Bu onu göstərir ki, Azərbaycanın müstəqil siyasəti heç kimin xoşuna gəlmir. Siz bizə demokratiyadan dərs demək istəyirsiz amma özünüz qeyri-demokratik addım atırsınız. İlk dəfə «Eurovision»da təxirəsalınmaz qətnamə qəbul edilib. Bu hamısı təzyiq məsələsidir. Bir neçə Avropa televiziyasında Azərbaycan əleyhinə verilişlər veriblər. Leyla Yunus, Xədicə və Qubad İbadoğlu çıxışlar edib həmin də televiziylar da onu veriblər».

Milli Məclisin vitse-spikeri, Azərbaycan –Avropa Parlamenti əməkdaşlıq Komitəsinin sədri Valeh Ələsgərov qətnaməni tənqid edən çıxış etdi. Daha sonra bəyanata cavab vermək üçün 5 deputatdan ibarət işçi qrup yaradılmasını təklif etdi. Təklif qəbul olundu.

Hadı Rəcəbli
Hadı Rəcəbli

HADI RƏCƏBLİ: O VAXT QOYMADINIZ ONU TUTDURAQ...

Hadı Rəcəbli isə deyib ki, Azərbaycanda bu qədər qaçqın olduğu halda bu kimi qurumlar bir dənə bununla bağlı bir sənəd qəbul etməyib. İndiyə qədər Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı BMT bir neçə qətnamə qəbul edib, amma bunun heç birinə əməl olunmayıb:
«Baxın, Avropa Parlamentinin qətnaməsində bizə 9 irad tutulub. Birində deyilir ki, aksiyalar zamanı polis zorakılığa son qoyulsun. Amma baxın görün onların özündə aksiyalarla bağlı hansı zorakılıqlara yol verirlər. Görün bizə nə qədər ultimativ formada deyirlər ki, həbsdə olan jurnalistlərin hamısı buraxılsın. İlqar Məmmədovun adını burda çox halandırmaq istəmirəm. Yanvar ayında bütün məclisi zooparka bənzətmişdi. Oqtay müəllim sizə bir ürəyimdən gələn iradı bildirmək istəyirəm. O vaxt qoymadınız onu tutduraq...»
Oqtay Əsəadov Hadı Rəcəblinini bu fikirinə replika ilə cavab verib.
«Tutdurmaq yox, məhkəməyə vermək».
MUSA QULİYEV: «AZƏRBAYCAN 20 İL ƏVVƏLKİ AZƏRBAYCAN DEYİL»
Deputat Musa Quliyev də Avropa Parlamentinin qətnaməsinin əsasız, qərəzli və hüququ cəhətdən qanunsuz olduğunu bildirib:
İlqar Məmmədov (Arxiv foto)
İlqar Məmmədov (Arxiv foto)
«Sənəd İlqar Məmmədovla bağlı olsa da orda tamamilə başqa qərəzli məsələlər var. Qeyd olunur ki, İlqar Məmmədov dərhal buraxılmalıdır. Əslində İsmayıllıda hadisə baş verib və bununla bağlı adamlar saxlanılıb, onlardan biri də İlqar Məmmədovdur. Onun nə partiyası var, nə hansısa siyasi qurumda təmsil olunur. Qaldı ki, onun prezidentliyə namizəd olması ilə bağlı deyilənlərə, bu da əsasız məsələdir. Ona qalsa Azərbaycanın hər bir vətəndaşı ürəyində prezidentliyə namizəd ola bilər. Bu qətnamə əsassızdır. Orda qeyd edilir ki, siyasi səbəblərə və jurnalist fəaliyyərinə görə həbs olunanlar dərhalı azad olunmalıdır. Azərbaycanda heç kim siyasi və ya jurnalist fəaliyyətinə görə həbs olunmayıb, həbs olunlanalar konkret cinayətr əməlinə görə həbs olunub. Bundan başqa Bakının mərkəzində kütləvi aksiyaların keçirilməsini tələb etmək absurddur. Avropa Parrlamentinin qəbul etdiyi qətnamə Azərbaycna təzyiq vasitəsidir. Amma onlar düşünsünlər ki, Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil».
SİYAVUŞ NOVRUZOV: «AVROPA PARLAMENTİNDƏ NƏYİNKİ, İLQAR MƏMMƏDOV, HEÇ İSA QƏMBƏRİ TANIYAN YOXDUR»
Siyavuş Novruzov
Siyavuş Novruzov
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da Avropa Parlamenti qətnaməsinin qərəzli olduğunu bildirib:
«O Avropa Parlamentinin deputatları İlqar Məmmədov haqında qətnamə qəbul etsə də, siz araşdırıb baxsanız görərsiniz onların heç biri nəyinki, İlqar Məmmədovu, heç İsa Qəmbəri tanımırlar. Qeyd olunur ki, İlqar Məmmədov prezidentliyə real namizəd olduğu üçün həbs edilib. İlqar Məmmədov heç bələdiyyə sədliyinə namizədə ola bilməz. Küçəyə çıxıb adamlardan soruşsanız İlqar Məmmədovu heç 3 nəfər tanımır. Bu Azərbaycana təzyiqdir, özü də bu Azərbaycandan güzəşt əldə etmək üçün edilən təzyiqdir. Müsavatçıları illərdir müdafiə edən hüquq müdafiəçisi Novella Cəfəroğlu bir dəfə düz söz dedi, Müsavat partiyası onun partityadan azad olunması məsələsinə qədər fikirlər səsləndirlir. Dünyanın hansı ölkəsində belə bir şey var ki, istintaqı gedən adam azadlığa buraxılsın. Siz onlarla bağlı cinayət işi ilə tanışsınızmı? Və ya hansısa jurnalist cinayət törədib, onun tutulması niyə peşə fəaliyyəti ilə əlaqələndirlməlidir? Bunlar demokratiya deyil iqtisadi maraq güdürlər. Azərbaycanda mühüm layihələr həyata keçirildiyi bir ərəfədə Azərbaycana təzyiq göstərmək istəyirlər».

«CİNAYƏT TÖRƏDƏN ADAMA HƏBSXANADA AĞ «PASTEL»TƏLƏB EDİRLƏR, AMMA...»
Fəzail İbrahimov da qətnaməyə mövqe bildirdi:
«Cinayət törədən adama həbsxanada ağ «pastel» tələb edirlər, amma 20 ildir öz torpaqlarından didərgin düşən adamların taleyindən bir dəfə də yazmırlar».
«AVROPA FAŞİZMİN VƏTƏNİDİR»
Yaqub Mahmudov
Yaqub Mahmudov
«Səni sevəcəm, sən sevməsəm də fəlsəfəsindən imtina etməliyik»- bu fikirləri deputat Yaqub Mahmudov səsləndirb. O. Avropa parlamentinin qətnaməsini Azərbaycana qarşı siyasi əxlaqsızlıq adlandırıb:
«İki dünya müharibəsi Avropada başlayıb. Avropa faşizmin vətəndir. Bizim isə üzmüz ağdır. Ərzaq təhlükəsizliyində, enerji təhlükəsizliyində iştirak edirik. Onlar nə ediblər. Biz belə siyasətə nifrət edirik. Heç kimin mənim ölkəmin mənafeyi tapdalamağa haqqı yoxdur. Biz müstəqil dövlətik».
İQBAL AĞAZADƏ İLƏ OQTAY ƏSƏDOVUN DEYİŞMƏSİ
Bundan sonra deputat İqbal Ağazadə çıxış istəyib. Amma spiker ona razı olmayıb və növbəti məsələyə keçildiyini bildirib. İqbal Ağazadənin yerindən etdiyi etiraza cavab olaraq Oqtay Əsədov «razı deyilsənsə onda məndən şikayət edərsən» deyə gündəliyin növbəti məsələsinə keçdiyini deyib.
Bundan sonra İqbal Ağazadə Milli Məclisin iclasını tərk edib.

MİLLİ MƏCLİS BƏYANAT QƏBUL EDİB...

İclasın sonunda Milli Məclis Avropa Parlamentinin Azərbaycanı tənqid edən qətnaməsi ilə bağlı hazırlanan bəyanat müzakirəyə çıxarılıb.
Bəyanatı vitse-spiker Valeh Ələsgərov təqdim edib.
Bəyanatda Avropa Parlamentinin faktları yoxlamadan qətnamə qəbul etməsindən təəssüf bildirilir. Qeyd edilir ki, qətnamədə həbsdən azad olunması tələb edilən şəxslərin hər biri konkret cinayət əməlinə görə həbs edildiyi bildirilir. Onların həbsdə qalması və ya azad olunması məhkəmələrin səlahiyyətində olan bir məsələ hesab edilir. Azərbaycanda heç kimin rəsmən prezidentliyə namizədliyin qəbul edilmədiyi və heç bir prezidentliyə namizədin də həbs olunmadığı bildirilir.
Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı bəyanatda bəzi ifadələrə etiraz edib:
«Bizə heç kim böyük qardaşlıq edə bilməz kimi təkəbbürlü ifadələr işlədilməməlidir. Biz müstəqilik bizə heç bir söz deyə bilməzsiniz» kimi ifadələrdən istifadə etmək olmaz. Biz bu kimi məsələləri yumşaq, hüquq dilində yazmalıyıq».
Musa Qasımlı isə sənədin bəyanat yox, müraciət adlandırlmasını təklif edib:
«Bir də həmin sənəddə qeyd etməliyik ki, Avropa Parlamentinin bu bəyanatı Azərbaycanda Avropaya münasibəti sarsıda bilər».
Oqtay Əsədov isə qeyd edilən məsələlərin hamısının bəyanatda öz əksini tapdığını deyib.
Ceyhun Osmanlı sənədlə tam razı olduğunu deyib:
«Amma Avropa Parlamentinin bir qətnaməsinə Azərbaycan parlamentində bir neçə saat müzakirə olunmasına ehtiyac yoxdur. Yaxşı olardı ki, buna parlament qrupları səviyyəsində cavab verilsin».
Oqtay Əsədov sözügedən sənədin Avropa Parlamentinin sənədi olduğunu vurğulayıb və buna da parlamentin cavab verilməsinin vacib olduğunu deyib.
Sonda bəyanat qəbul edilib.
XS
SM
MD
LG